Bakı şikəstəsi - Hər bölgənin özünəməxsus şikəstəsi vardır: Bakı şikəstəsi, Qarabağ şikəstəsi və Şirvan şikəstəsi. Bu məclislər arasında müsabiqələr keçirilir, qaliblər mükafatlandırılırdı. Məclisin harada keçirilməsindən asılı olmayaraq hər üç şikəstə mənsub olduğu müvafiq bölgənin ifaçıları tərəfindən “himn” kimi səsləndirilirdi.
Bakı şikəstəsi |
---|
A.İ.Nəcəfzadənin Etnoorqanologiya[1] musiqi təmayüllü ali məktəblər üçün dərsliyində haqqında danışdığımız zərbli muğamın ilkin adının Bakı şikəstəsi olduğu bildirilir[2] Xalq artisti Baba Mahmudoğlu (1940-2006) Dastan folklor ansamblı ilə Kəsmə şikəstə ni məşq edərkən söyləyirdi: Bu şikəstənin əsl adı Bakı şikəstəsi olub. 5 Sonradan ifaçıların dilində Bakı sözü kəsmə ilə əvəzlənib və elmi ədəbiyyata da bu şəkildə düşüb . Mən 10 il (1979-1989) həmin ansambılın musiqi rəhbəri olmuşam. B.Mahmudoğlu oxuyacağı hər hansı musiqi haqqında öncə bizə, ansamblın üzvlərinə ətraflı məlumat verirdi. Sonra həmin melodiyanı məşq edib lentə alırdıq. Kəsmə şikəstə ni də Azərbaycan radiosunun fondu üçün belə ifa etmişik.1954-cü ildə Əziz Özər Türkiyədə Azərbaycan türkü və oyun havalan adlı əsərində Bakı şikəstəsindən bəhs edir[3] Kəsmə şikəstəsi nin ilkin adının Bakı şikəstəsi olduğunu təsdiqləyən faktların ən mühümü etnoqrafik, xalqm yaddaşından süzülüb gələn mənbələrdir. Onlardan da Aşıq Məhəmmədin, Vamiq Məmmədəliyevin, Möhlət Müslümovun, Faiq Çələbiyevin, Valeh Rəhimovun, Vüqar Əhmədin, Elxan Müzəffərovun dediklərinə əsaslanırıq. Xalq artisti, professor Möhlət Müslümovun fikirləri: Bu zərbli muğam bakılıların ana laylasıdır və onun ritmi, poetik mətni və melodiyası Abşeron camaatının ümumi ruhuna uyğun yaradılıb. Bakı şikəstəsi barədə mətbuatda illər boyu yazılar gedib və müxtəlif teleproqramlarda verilişlər hazırlanıb, dissertasiya mövzusuna çevrilib. Onları yazılma tarixinə görə, xronoloji ardıcıllıqla təqdim edirik Əlihüseyn Dağlının 1924-1958-ci illərdə yazdığı və AMEA M.Füzuli adma Əlyazmalar İnstitutunda C-1021/9974 şifrəsilə qorunan əlyazması əsasmda A.Nəcəfzadə tərəfindən tərtib edilib nəşr edilmiş Ozan Qaravəli kitabında müəllif Kəsmə (Bakı) yazmaqla, bu şikəstənin Bakıya aid olduğunu bildirib (28, s. 163). Dünya şöhrətli xanəndə, xalq artisti, professor Alim Qasımov, xalq artisti, professor Zamiq Əliyev, əməkdar artist, dosent Mirnazim Əsədullayev də haqqında söhbət açdığımız zərbli muğamın əsl adının Bakı şikəstəsi olduğunu təsdiqləyirlər. Alim Qasımıv belə dedi ki: eşitdiyimə görə bu zərbli muğama Bakı şikəstəsi deyiblər. Amma qulaq günahkarı da ola bilərəm. Zamiq müəllimdən isə Kəsmə şikəstə haqqında nə deyə bilərsiniz?; soruşduqda, o, fikirləşmədən dedi: Təxminən 20 il bundan əvvəl Vahid Poeziya Evində Kəsmə şikəstə yə sənət möhürünü vurmuş Fatma Mehrəliyevaya həsr olunmuş televerilişə dəvət edilmişdim. Orada vurğulandı ki, əvvəllər bu zərbli muğamın adı Bakı şikəstəsi olub. Çəkilişdə ölkəmizin bir çox tanınmış ziyalılan iştirak edirdi: qəzəlxan Həkim Qəni (1918- 2008), virtuoz kamança çalan - Habil Əliyev (1927-2015), dünya şöhrətli opera müğənnisi Lütfiyar İmanov (1928-2008), müğənni - Məmməd Salmanov (1930- 2000), şair — Həmid Abbas (1935-1999), professor Vaqif Arzumanlı (1947-2014), xanəndələr -- Sara Qədimova (1922-2005), Yaqub Məmmədov (1930-2002), Tələt Qasımov (1933-2013), İslam Rzayev (1934-2008), Əlibaba Məmmədov, Arif Babayev, virtuoz tarzən Ramiz Quliyev, Hacı Şahin Verdiyev, Xalq qəzetinin əməkdaşları — Rafiq Salmanov, İlham Abbasov və başqalan”.[4]
Faiq Çələbiyev də indi Kəsmə şikəstə adlanan zərbli muğamı elmi dəlillərlə bir vaxtlar Bakı şikəstəsi (Qədeşi şikəstə) olduğunu sübuta yetirib. O, bu fikirləri söyləyərkən ustadları Mirzə Mənsur və Bəhram Mansurovlara istinad edir. F.Çələbiyev hətta Məmmədsaleh İsmayılovun (1912- 1994) bu barədə çıxışının lent yazılarım şəxsi arxivində saxladığım söyləyir. Bakı şikəstəsi (eləcə də Qədeşi şikəstə”) zərbli muğamının adım F.Çələbiyev elmi dairələrdə aprobasiyadan keçmiş dissertasiya işində çəkir (12, s. 427).
Kəsmə şikəstəsi nin ilkin adının Bakı şikəstəsi olduğunu təsdiqləyən faktların ən mühümü etnoqrafik, xalqın yaddaşından süzülüb gələn mənbələrdir. Onlardan da Aşıq Məhəmmədin, Vamiq Məmmədəliyevin, Möhlət Müslümovun, Faiq Çələbiyevin, Valeh Rəhimovun, Vüqar Əhmədin, Elxan Müzəffərovun dediklərinə əsaslanırıq. Xalq artisti, professor Möhlət Müslümovun fikirləri: Bu zərbli muğam bakılıların ana laylasıdır və onun ritmi, poetik mətni və melodiyası Abşeron camaatının ümumi ruhuna uyğun yaradılıb.