Can Dündar

Can Dündar (türk. Can Dündar; 16 iyun 1961[1], Ankara) — Türkiyəli tədqiqatçı, jurnalist, televiziya və sənədli film istehsalçısı.

Can Dündar
türk. Can Dündar
Doğum tarixi 16 iyun 1961(1961-06-16)[1] (63 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti felyetonçu[d], jurnalist, ssenarist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türkiyənin yaxın tarixi, siyasəti və məşhur mədəniyyət mövzularında hazırladığı sənədli filmləri ilə tanınmış istelsalçısıdır. Xüsusilə "Sarı Zeybek" (1993) sənədli filmi diqqəti cəlb etdi. 2015-ci ilin fevral ayında Cümhuriyət qəzetinin baş redaktoru olan Can Dündarın[2][3] 29 may 2015-ci ildə imzasında dərc olunan Milli Kəşfiyyat Təşkilatının tırlarındakı silah xəbəri böyük əks-səda verdi və jurnalist bu xəbərə görə tutuldu. Məhkəmə nəticəsində cəsusluq və dövlətin gizli sənədlərini əldə edib yayımladığı üçün cəzalandırıldı. Apelyasiya məhkəməsi gedərkən hələ də azadlıqda olan C. Dündar təhlükəsizliyi ilə əlaqədar Almaniyaya getdi.[4] O, Cümhuriyət gəzetinin baş redaktoru vəzifəsindən ayrıldı və eyni qəzetdə köşə yazarlığına davam edəcəyini açıqladı.[5] 31 oktyabr 2016-cı ildə barəsində həbs qətimkan tədbiri görüldü.[6] Oslo Sülh Araşdırma İnstitutu tərəfindən elan edilən 2017 Nobel Sülh Mükafatına namizədlər arasında üçüncü yerdə qərarlaşdı.[7]

Can Dündar 16 iyun 1961-ci ildə Ankarada Əli Rza və Öznur Dündarın tək övladı olaraq dünyaya gəldi. İlk və orta təhsilini Ankarada başa vuran Dündar Ankara Atatürk Liseyini bitirdikdən sonra 1982-ci ildə Ankara Universiteti, Siyasi Elmlər Fakültəsinin Mətbuat və Yayım şöbəsini bitirdi. Universitet illərində jurnalistikaya başlamışdır. 1979-cu ildən başlayaraq Əks-səda, Hürriyet, Nöqtə, Həftəlik Baxış, Söz və Tempo qəzetlərində işləyib. 1986-cı ildə Birləşmiş Krallıqdakı London Jurnalistika Məktəbini bitirdi. Elə həmin il Yaxın Şərq Tekniki Universitetinin İqtisadi və İdarəetmə fakültəsi, Siyasi Elmlər və Dövlət İdarəçiliyi bölməsində siyasi elmlər üzrə magistr dərəcəsini tamamladı. Magistrlik dissertasiyasında Mediya və Demokratiya, Belgrano və Qocatəpə hadisələrinin mediyada əks olunmasının müqayisəsini, habelə iki ölkədə döyüş gəmisinin təsadüfən batması və bunun dövlət sirri olaraq saxlanılması mövzusunu araşdırdı.

Televiziya işi

[redaktə | mənbəni redaktə et]

O, televiziya işinə 1988-ci ildə TRT-də Sənan Levent ilə başlamışdır. 1989–1995-ci illər ərzində "32 Gün" proqramının kolleltivi arasında çalışdı. 1993–1994-cü illərdə Show TV-də Məmməd Əli Birand ilə birlikdə "Xaç atəşi" proqramını hazırladı. Xüsusilə 1993-cü ildə Sivas valisi Əhməd Karabilgin, Sivas Bələdiyyə Başçısı Təməl Karamollaoğlu və yazıçı Əziz Nesinin qonaq olduqları bölüm gündəm yaratdı və qarşıdurmalara səbəb oldu.[8] Jurnalistliyə və sənədli film çəkməyə üstünlük verdikdən sonra 2006-cı ildə televiziyaya yonələn C. Dündar 19 sentyabr 2006-cı ildə başladığı "Niyə?" adlı qarşıdurma proqramını 9 iyun 2009-cu il tarixinə qədər hazırlayıb təqdim etdi. 2009–2010-cu illərdə NTV kanalında yayımlanan "Canlı Qaste" proqramını hazırladı və 2010–2011-ci illərdə eyni xəbər kanalında əsas xəbər bülletenlərini təqdim etdi.

Jurnalistliyi və sənədli filmləri

[redaktə | mənbəni redaktə et]

Məmməd Əli Birand və Bülent Çaplı ilə birlikdə "Demirkırat" (1991) və "12 Mart" (1994) adlı sənədli seriallarını, eyni zamanda Türkiyənin gözəllik kraliçalarından danışan "Cümhuriyətin kraliçaları" və Atatürkün son 300 günündən bəhs edən "Sarı Zeybek" adlı sənədli filmləri hazırladı. 1994–1995-ci illərdə Türkiyə tarixinin kölgədə qalmış qəhrəmanlarında bəhs edən "Kölgədəkilər" adlı sənədli seriyasnı təqdim etdi.

Köşə yazarlığına 1994-cü ildə başlamışdır, elə eyni ildə də "Yeni Yüz il" qəzeti üçün gündəlik köşə yazıları yazmağa başladı və beş il orada çalışdı. Köşə yazarlığı və sənədli filmləri davam edərkən Yaxın Şərq Tekniki Universitetidə doktorluq təhsilini davam edən C. Dündar 1996-cı ildə "Terrorizm və media: Liberal nəzəriyyəsi işığında terror hadisələrinin televiziyada aparılmasına tənqidi yanaşma" tezisi ilə doktoranturasını başa vurdu. O, həmçinin Ankara Universitetinin İctimai münasibətlər fakültəsində və YŞTU-də Siyasi Elm və Dövlət İdarəçiliyi kafedrasında dərs demişdir.

1996–1997-ci illərdə, Show TV üçün hazırladığı 10 hissədən ibarət "Güzgülər" sənədli filmi ilə siyasi və tarixi mövzulardan kənara çıxaraq məşhur mədəniyyət sahəsindəki araşdırmalara müraciət etdi. 1996–1998-ci illərdə 40 dəqiqəlik sənədli-xəbər proqramını hazırlayıb təqdim etdi. 7 yanvar 1997-ci ildə yayımlanan proqramda Susurluq qəzası haqqında başlayan tədqiqatlarla bağlı iddialar uzun müddət gündəmdə qaldı.[8]

1998-ci ildə Atatürkün tələbəlik həyatındakı ölkə vəziyyətini və o zamankı baş verən dəyişikliklər haqda bəhs edən sənədli filmlə geri döndü. Türkiyə siyasi tarixi və məşhur mədəniyyətindəki əhəmiyyətli kəslər, Kənd İnstitutları, Dövlət Teatrları, Dövlət Bankı kimi təşkilatlara bağlı çoxlu sayda sənədli filmlər hazırladı.

1999-cu ilin yanvarından 2001-ci ilin yanvar ayının sonuna qədər "Sabah" qəzetində köşə yazarı vəzifəsində çalışmışdır. 2001-ci ilin yanvar ayından etibarən "Milliyyət" qəzetində "Ada" adlı köşə yazısı yazmışdır. 2003–2004-cü illərdə "Milliyyət" qəzeti üçün "Məşhur mədəniyyət" əlavəsini nəşr etdi. 1 avqust 2013-cü ildə "Milliyyət" qəzeti ilə yolları ayırdı.[9] "Milliyyət" qəzetindən ayrıldıqdan sonra "BirGün" qəzetində Doğan Tılıçın köşəsinde bir ay boyunca həftədə üç gün yazısı çıxdı.

Atatürk haqda sənədli filmi

[redaktə | mənbəni redaktə et]

Mustafa Kamal Atatürkün həyatından bəhs edən ssenari yazmış və film çəkmişdir. 2008-ci ildə yayımlanan film Atatürkü mühakimə etdiyinə və ya pislədiyinə görə tənqidlərə məruz qalmışdır.[10]

Baş redaktorluğu

[redaktə | mənbəni redaktə et]

25 oktyabr 2013-cü ildən Cumhuriyet qəzetində yazan C. Dündar 8 fevral 2015-ci ildə qəzetin baş redaktoru təyin edilmişdir.[11] 2014-cü ildə Gəzi Parkı etirazları haqqında "Gözdağı" adlı sənədli film hazırladı.[12]

İşlədiyi qəzetlər

[redaktə | mənbəni redaktə et]
  • 1979 — Əks-səda;
  • 1979–1982 — Hürriyet;
  • 1982–1983 — Nöqtə;
  • 1983–1984 — Həftəyə baxış;
  • 1984–1986 — Söz;
  • 1986–1994 — Tempo;
  • 1994 — Aktüel;
  • 1994–1996 — Yeni əsr;
  • 1999–2001 — Sabah;
  • 1999–2001 — Milliyet (qəzet);
  • 2013 — Birgün;
  • 2013–2016 — Cumhuriyet (qəzet)

Çalışdığı TV kanalları

[redaktə | mənbəni redaktə et]

Hazırladığı sənədli filmlər

[redaktə | mənbəni redaktə et]
  • Demirkırat (1991) — Məmməd Əli Birand və Bülənt Çaplı ilə birlikdə, 10 bölüm, TRT;
  • Cümhuriyət kraliçaları — (1992) — 5 bölüm, Show TV;
  • Sarı Zeybek (1993) — 1 bölüm, Show TV;
  • 12 mart (1994) — 10 bölüm, Show TV;
  • Kölgələr (1994–1995) — 6 bölüm, Kanal D;
  • Güzgülər (1996–1997) — 10 bölüm, Show TV;
  • Yüksələn Dəniz (1998) — 4 fəsil, Kanal D (Atatürkün tələbə həyatındakı vəziyyətini və Atatürklə baş verən dəyişiklikləri təsvir edir);
  • İsmət Paşa (1999) — Bülent Çaplı ilə, 3 bölüm, CNN Türk;
  • Teatr nədir? (1999) — 3 bölüm, ATV (Dövlət Teatrları haqqında);
  • 4-cü nəsil (2000) — 10 bölüm, NTV;
  • Atatürk Bankı (2000) — 1 hissə, NTV
  • Kənd İnstitutları (2000) — 2 bölmə, ATV;
  • Xələf (2001) — 1 hissə, CNN Türk (Atatürk ətrafındakılar haqqında danışır);
  • Fənərbaxça (2002) — 3 bölüm, Kanal D (Fənərbaxça İdman Klubunun tarixindən danışan "Baxça"dakı Fənər);
  • Nazim Hikmət sənədli filmi (2002) — 4 bölüm, CNN Türk;
  • Həmin gün (2002) — 11 bölüm, CNN Türk;
  • Bir həyat tərzi: Nejat Eczacıbaşı (2003) — 2 bölüm, Kanal D;
  • Qaraoğlan, Bir Ecevit sənədli filmi (2004) — 5 bölüm, CNN Türk;
  • Birinci İnsandır! (2004) — CNN Türk (Türkiyədə İnsan Hüquqları və Vətəndaş Cəmiyyət inkişafının Vizual Tanıtımı)
  • Əsrin eşqi (2004) — 10 bölüm, CNN Türk;
  • Qəribə, Neşet Ertaş haqqında sənədli film (2005) — 3 bölüm, Star TV;
  • İlk Dayanacaq (2005) — Nəbil Özgəntürk ilə birlikdə, 2 bölüm, CNN Türk;
  • Biz böyüdük çünki! Mülkiyyət haqqında sənədli film (2006) — 4 bölüm, CNN Türk;
  • Çalıquşları: Notre Damedə Sionun uşaqları (2006) — 3 bölüm, NTV;
  • Lider Portretlər (2007) — 4 bölüm, NTV (Rəcəb Tayyib Ərdoğan, Dəniz Baykal, Mehmet Ağar və Dövlət Baxçalı);
  • Mustafa (2008);
  • "Oğlum … Ulduzlara yaxşı bax …" (2012) — 1 hissə, CNN Türk (Deniz Gəzmiş);
  • 17 dekabr — Ərdoğanın ən uzun günü (2014) — Arti Bir TV.
  • Demirkırat: Demokratiyanın Doğuluşu (1991) — Mehmet Ali Birand və Bülent Çaplı ilə birlikdə;
  • Sarı Zeybek: Atatürkün son 300 günü (1994);
  • 12 Mart: İnqilabın pəncəsində demokratiya (1994) — Mehmet Ali Birand və Bülent Çaplı ilə birlikdə;
  • Kölgədəkilər (1995);
  • Həyat və siyasət haqqında (1995);
  • Yağışdan sonra (1996);
  • Ergenekon (1997) — Cəlal Kazdağlı ilə birlikdə;
  • Yarım iyunun (1998);
  • Mənim gəncliyim (1999);
  • Kənd İnstitutları (2000);
  • Hara? (2001);
  • Yaveri Atatürkü izah edir: Saleh Bozokun xatirələri (2001);
  • Uzaqlar (2002);
  • Jurnalist Can Dündarın 2002-ci il tarixli romanı. Romanda Can Dündarın səfərləri haqqında danışılır. Kitabı kiçik bir siyasətnamə adlandırmaq olar. Kitab 14 dəfə nəşr edilmişdir;
  • Bir yüksələn dəniz (2002) Atatürkün tələbə həyatındakı vəziyyəti və Atatürklə bərabər dəyişiklikləri izah edən bir kitab. Imğə kitabevinin 2002-ci ildə nəşrə buraxılımış kitabı 203 səhifədən ibarət idi;
  • Müharibədə nə etdin, ata? (2003);
  • Həyat tərzi: Dr. Nejat Əczaçıbaşı (2003);
  • Aramızda Mustafa Kamal (2003) — Ülkəm Özgə Sevgilier ilə birlikdə;
  • Sehrli fənər (2003);
  • Divar (2003) — oğlu Ege ilə birlikdə yazdığı nağıl kitabı;
  • Ulduzlar (2004);
  • Sedat Alp: İlk Türk Hititoloqunun həyat hekayəsi (2004) — Fatma Sevinc ilə birlikdə;
  • Qırmızı Velosiped (2005);
  • Nəzim Hikmət (2005);
  • İlk dayanacaq: İstanbulun Tarixi (2005) — Nebil Özgentürk ilə birlikdə;
  • Vehbi Koç Şəxsi Arxivdən Sənədlər və Xatirələr (2006);
  • Həyat haqqında (şeir);
  • Əsrin sevgisi (2006);
  • Qaraoğlan (2006) — Rıdvan Akar ilə birlikdə;
  • İsmət Paşa (2006) — Bülent Çaplı ilə birlikdə;
  • Yaxamdakı üzlər (2007);
  • Ecevit və Gizli Arxivi (2008) — Rıdvan Akar ilə birlikdə;
  • Mən belə vidalaşmalıyam (2008) — İsmayıl Cem ilə birlikdə

İsmayıl Cem ilə edilmiş uzun bir reportajın Jurnalist-yazar Can Dündar tərəfindən kitablaşdırılmış halı. "Mən belə vidalaşmalıyam" kitabının çapı İsmayıl Cemin ölümünün ildönümünə təsadüf etdi. Kitab siyasətçi, jurnalist və keçmiş xarici işlər naziri İ. Cemin həyatının bəzi hissələrini, Türk mətbuat tarixi və siyasəti haqqında verdiyi bütün reportajları, 2006-cı ilin sonlarından başlayaraq xəstəliyinin son aylarına qədər davam edən bir dövrü əhatə edir. Kitabda İsmayıl Cemin uşaqlıq və təhsil həyatı, TRT baş direktoru vəzifəsinə qədər siyasətə olan marağı, Milliyyət və Cumhuriyet qəzetlərindəki işləri və nazirlikdəki məqamı Can Dündar tərəfindən məqarətlə qələmə alınıb. Kitabın sonunda 1995-ci ildə Nyu Yorkda yazdığı bir şeir var: adı Veda. Şeir mən belə vidalaşmalıyam sətri ilə sonlanır. Can Dündar isə bu son sətri isə kitabın adına verib. Kitabın giriş məqaləsində İ. Cemin Can Dündarın bir sualına cavabı var:

" "Hayat müthiş bir macera. Her insanın kendisiyle beraber olanlarla paylaştığı, ortaklaşa yaşadığı ve bir bakıma her insanın tek başına üstlendiği bir macera... Ben kendi payıma yapmak istediklerimi yaptım, bu macerayı çok güzel bir şekilde yaşadım. Tabii zaman zaman zorlukları oldu, sıkıntıları oldu, ama bunlardan fazlaca şikayet etmeyi de başkalarına karşı haksızlık gibi görüyorum. Çünkü çok insan çok şey çekti Türkiye`de; bize düşmez kalkıp da kendi sıkıntılarımızı çok fazla abartmak...

Bundan sonra benim söyleyebileceğim; insanlarımız, Türkiye`nin geleceğine güvensinler; daha dikkatli olsunlar, kendilerine daha çok inansınlar. Geçmişe, kültürümüze sahip çıksınlar. Ama bunların tek başına yetmeyeceğini, dünyaya açıldığımız bir çağda yaşadığımızı da bilsinler. Dileğim toplumun, bireyin bu doğrultuda gelişmesi... Kavgayla hiçbir şeyin çözülemeyeceğinin bilinmesi... Sonuçta biz çok uzun mesafeden geliyoruz; nereden geliyoruz, nereye gitmekteyiz, bizim insanlık alemine getirebileceğimiz özgün katkı nedir? Bunları hep değerlendirmek ve düşünmek gerekiyor. Biz bunları yapabiliriz, ben buna güveniyorum, topluma güveniyorum, insanıma ve insana güveniyorum. Teşekkür ederim."

"
  • Lüsyen (2010);
  • Sevgiyə Veda (2012);
  • Qardaşım Dəniz (2014);
  • Bizi həbs etdilər (2016).

Milli Kəşfiyyat Təşkilatının Tır hadisəsi

[redaktə | mənbəni redaktə et]

29 may 2015-ci ildə Suriyaya göndərilən MKT TIR-ları ilə bağlı xəbərlərin "Cümhuriyət" qəzetində "Budur Ərdoğanın yox dediyi silahlar" başlığı altında Can Dündarın imzası ilə dərc olunmasından sonra bu xəbərlərə yayım qadağası qoyuldu. Elə həmin gün İstanbul Baş Prokurorluğunda Can Dündar dövlət təhlükəsizliyi, habelə siyasi və hərbi casusluq haqqında məlumat vermək, gizli qalmalı olan məlumatları açıqlamaq və terror təşkilatının təbliğini aparmağa görə istintaqa cəlb olundu.MİT TIR’ları haberine yayın yasağı Bir neçə gün sonra prezident Erdoğan bu hadisə haqqında belə demişdi:[13]

" Bu xəbəri yazan müxbir çox ağır cəzalandırılacaq. Mən bu işi belə qoymayacağam. "

Ərdoğanın Prokurorluğa fərdi müraciəti ilə Can Dündara həqiqəti əks etdirməyən xəbərlər, şərhlər və görüntülər yayımlayaraq ədalətli mühakiməyə təsir göstərmək cəhdi ilə günahlandırılaraq 42 il həbs cəzası tələb edildi.[14] Bu hadisə zamanı Can Dündar 26 noyabr 2015-ci ildə qəzetin Ankara nümayəndəsi Erdem Gül ilə birlikdə tutuldu.[15]

24 noyabrda isə Ərdoğan hadisə ilə bağlı aşağıdakıları söyləmişdi:

" Həmin yük maşınları Bayırbucakdakı Türkmənlərə köməyə gedirdi. İndi deyəcəklər ki, baş nazir tırların içində silahın olmadığını deyirdi. Orada silahın olub olmamağı heç nəyi dəyişmir.[16] "

Dövlətin gizli qalması lazım olan məlumatlarını siyasi və ya hərbi casusluq məqsədiylə təmin etmə, dövlətin təhlükəsizliyinə bağlı gizli qalması lazım olan məlumatları casusluq məqsədilə açıqlama, şiddət göstərərək Türkiyə Respublikası Hökumətini süquta uğratma və ya vəzifələrini icra etməsinə qismən ya da tamamilə maneə törətməyə təşəbbüs etmək və silahlı terror təşkilatına üzv olmadan istəyərək kömək etmək kimi iddianamələr İstanbul 14-cü Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edildi.[17] 26 noyabr 2015-ci ildə həbsxanaya girdi.

6 dekabr 2015-ci ildə C. Dündar E. Gül ilə birlikdə Məhkəməyə fərdi müraciət edərək mühakimə olunarkən hüquqlarının pozulduğunu söylədilər. Bu ərizədən sonra İstanbul 14-cü Ağır Cəza Məhkəməsinin "Siyasi casusluqla məşğul olduqları barədə konkret məlumat yoxdur"[18] əsaslandırılmış qərarı ilə 25 fevral 2016-cı il tarixində azadlığa buraxıldılar.[19]

Ədalət və İnkişaf Partiyası fraksiyasının sədri Bülent Turan qərarı sevinclə qarşıladıqlarını, lakin məhkəmə qərarı üzərindən Ədalət və İnkişaf Partiyasını ittiham etməyin doğru olmadığını söylədi. Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədri Levent Gök isə bu qərara görə Konstitusiya Məhkəməsi üzvlərini təbrik etdi. Milliyətçi Hərəkat Partiyası fraksiyasının sədri Erkan Akçay, Xalqların Demokratik Partiyası fraksiyasının sədri İdris Baluken və Pervin Buldan bu qərarı sevinclə qarşıladıqlarının ifadə etdilər.[20]

Avropa Şurasının baş katibi Turbyorn YaqlandAvropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı da bu qərarı alqışlayaraq bu hərəkətin mətbuatın azadlığı üçün vacib amil hesab etdiklərini söylədilər.[21]

Prezident Rəcəb Tayyib Ərdoğan 28 fevralda Konstitusiya Məhkəməsinin Can Dündarın sərbəstliyi haqqında verdiyi qərara bunları demişdi:

" Məhkəmə belə bir qərar verə bilər. Mən yalnız Konstitusiya Məhkəməsinin qərarına səssiz qalıram. Ancaq onu qəbul etmək məcburiyyətində deyiləm (...) Və qərarına hörmət etmirəm. (...) Əslində, onlar haqqında qərar verən məhkəmə qərara qarşı çıxa bilər. Əgər qərara müqavimət göstərmiş olsaydı, fərdi ərizə də, Konstitusiya Məhkəməsinin qərarı da nəticəsiz qalacaqdı.[22] "

Ərdoğan 4 martda isə "Bəli, Konstitusiya pozuntusu var, Ancaq mən Konstitusiyanı pozmuram. Bu Konstitusiya Məhkəməsinin qərarıdır. İlk məhkəmə Konstitusiya Məhkəməsinin qərarına əməl etdi, lakin bu işin bitdiyini ifadə etmir. Prokuror qərara etiraz etdiyi təqdirdə daha yüksək bir məhkəmə yeni bir prosesə başlaya bilər."[23]

6 may 2016-cı ildə keçirilən dördüncü məhkəmə iclası nəticəsində C. Dündar və E. Gül dövlət çevrilişi ittihamından bəraət aldılar.[24] Hər ikisi haqqında da casusluq ittihamı aradan qaldırıldı. Dövlətin gizli sənədlərini əldə etməsi və həmin sənədləri yaymaqda ittiham edilərək yeddi il müddətinə azadlıqdan məhrum edilən C. Dündarın cəzası beş il on aya qədər endirildi. Məhkəmə prosesi müddətində şərti azadlqda olarkən C. Dündar həyat təhlükəsizliyi ilə əlaqədar Almaniyaya getdi.[4] 2016-cı ilin avqustunda Cumhuriyet qəzetinin baş redaktoru vəzifəsindən istefa etdi; eyni qəzetdə köşə yazarlığına davam edəcəyini açıqladı. 24 yanvar 2017-ci ildən bu günə qədər Almaniyada yerləşən "Özgürüz" xəbər portalının baş direktoru vəzifəsində çalışır.[25]

  • Mətin Göytəpə jurnalistlik mükafatları — jüri özə mükafatı (2016);
  • Sosial demokratiya dərnəyi — İnsan Hüquqları Demokratiya Sülh və Həmrəylik Mükafatı (2015);
  • İsveç Mətbuat Klubu — Fikir Azadlığı Mükafatı (2016)[26];
  • Avropa Mətbuat və Media Azadlığı Mərkəzi — Mətbuat Azadlığı və Media Gələcəyi Mükafatı (2016)[27];
  • PENAlmaniya Hermann Kesten mükafatı[28];
  • Jurnalistləri Müdafiə Komitəsi — Beynəlxalq Mətbuat Azadlığı Mükafatı (2016)[29]
  1. 1 2 Can Dündar // Munzinger Personen (alm.).
  2. "Cumhuriyet'in Genel Yayın Yönetmenliği'ne Can Dündar getirildi". 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  3. "Cumhuriyet'in Genel Yayın Yönetmenliği'ne Can Dündar getirildi". 2019-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  4. 1 2 "Can Dündar Almanya'ya gitti". 2016-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  5. "Veda vakti". 2016-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  6. "Can Dündar'a Nobel adaylığı ve kırmızı bülten". 2017-10-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  7. "Can Dündar'a Nobel adaylığı ve kırmızı bülten". 2017-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  8. 1 2 "Can Dündar kimdir". 2019-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  9. "Can Dündar ile Milliyet'in yolları ayrıldı". 2019-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  10. "Mustafa, Can Dündar ve eleştiriler". 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  11. "Çıkan Kısmın Özeti". 2019-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  12. "Can Dündar'dan Gezi Belgeseli: Gözdağı". 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  13. "Erdoğan'dan canlı yayında Can Dündar'a tehdit". 2018-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  14. "İddianame Saray'dan". 2015-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  15. "SARAY'DAN TALİMATLI ADALET... Can Dündar ve Erdem Gül tutuklandı". 2018-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  16. "MİT tırları soruşturması: Neler olmuştu?". 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  17. "Gazeteciliğin cezası: Dündar ve Gül için biri ağırlaştırılmış iki müebbet ve 30 yıl hapis talebi". 2017-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  18. "AYM-den Dündar və Gül kararının gereçkesi: Siyasi casusluğa ilişkin somut bilgi yok". 2021-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-26.
  19. "AYM: Can Dündar ve Erdem Gül'ün tutuklanmaları hak ihlali". 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  20. "AK Partili Turan'dan Can Dündar yorumu". 2017-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  21. "Avrupa Konseyi ve Avrupa Güvenlik ve İşbirliği Teşkilatı (AGİT) Cumhuriyet Gazetesi Genel Yayın Yönetmeni Can Dündar ve Ankara Temsilcisi Erdem Gül'ün, tahliye edilmesine ilişkin kararı memnuniyetle karşıladı". 2019-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  22. "Cumhurbaşkanı Erdoğan'dan Dündar ve Gül'ün tahliyesiyle ilgili açıklama". 2017-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  23. "Cumhurbaşkanı Erdoğan AYM'nin Can Dündar kararını yorumladı: Ben değil onlar ihlal etti". 2018-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  24. "Gazetecilik mahkum edildi: Can Dündar'a beş yıl 10 ay, Erdem Gül'e beş yıl hapis". 2016-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  25. "Can Dündar'ın 'Özgürüz' portalı yayında". 2017-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  26. "İsveç'te Can Dündar ve Erdem Gül'e Fikir Özgürlüğü Ödülü". 2017-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  27. "Dündar and Gül receive Prize for the Freedom and Future of the Media". 2016-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  28. "PEN Almanya'dan Can Dündar ve Erdem Gül'e ödül". 2017-01-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
  29. "Can Dündar'a CPJ'den ödül". 2016-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.