Ceyhun Sultanov (12 iyun 1979, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbol mütəxəssisi, keçmiş futbolçu, Bakı FK-nın seleksiyaçı məşqçisi. Fərid Bakı, Neftçi Bakı, Dinamo Bakı, Maşinsazi Təbriz, Xəzər-Lənkəran, Kəpəz Gəncə, Sumqayıt, Qəbələ klublarının heyətində çıxış edib.
Ceyhun Sultanov Bakı şəhərində anadan olub. 10 yaşından etibarən futbolla məşğul olur. Top oyununun sirlərinə Vaqif Paşayevin rəhbərliyi altında yiyələnib. Ceyhun Sultanov orta təhsilini 9-cu sinifə qədər 20 nömrəli, daha sonra isə 277 nömrəli məktəbdə alıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Ailəlidir, 3 qız övladı var.[1]
Artıq 16 yaşında yüksək liqada debüt edib. Sultanov bu şansı Ruslan Abdullayevin çalışdırdığı Fərid Bakı klubunda qazanıb. Daha sonra Neftçiyə baş məşqçi təyin olunan Ruslan Abdullayev Ceyhunu da özü ilə aparıb. 1 mövsüm Neftçidə çıxış edən Sultanov 1998-ci ildə paytaxtın Dinamo klubuna keçib. Ceyhun Viləşin heyətində də çıxış edib. Amma onun Masallı klubunda karyerası qısa olub.[1]
Pleymeyker UEFA İntertoto Kubokunda Qrindavikə qarşı oynayıb. Ölkədə futbolun olmadığı günlərdə Ceyhun Sultanov futzala üz tutub və bir müddət Tribut klubunda çıxış edib. Çempionat yenidən start götürəndə Sultanov Dinamoya qayıdıb. Ceyhun 2002/2003 mövsümündə legioner həyatı yaşayıb. Futbolçu İranın Maşinsazi Təbriz klubunun şərəfini qoruyub. Vətənə qayıdan yarımmüdafiəçi daha bir neçə mövsüm Bakıda çıxış edib. 2007-ci ildə Xəzər-Lənkərana tarnsfer olunub. 2010-cu ildə isə Gəncəyə keçib.[1] 2013-cü ildə Bakı klubunun seleksiyaçı məşqçisi vəzifəsinə təyin olunub.
[16]
- Bakı FK
- Xəzər-Lənkəran
- Azərbaycan Premyer Liqası ayın oyunçusu: avqust 2011[17]