Samir Əliyev (futbolçu)

Samir Əliyev (14 aprel 1979[1][2], Vorontsovka) — azərbaycanlı futbol mütəxəssisi, Səbail-in sabiq baş məşqçisi. Futboçu karyerasında hücumçu mövqeyində çıxış etmişdir.

Samir Əliyev
Ümumi məlumatlar
Tam adı Samir Yaqub oğlu Əliyev
Doğum tarixi 14 aprel 1979(1979-04-14)[1][2] (45 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Boyu 175 sm
Çəkisi 75 kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Klub karyerası[* 1]
1997 Azərbaycan Bakılı (Bakı) 1 (0)
1997—1999 Azərbaycan MOİK (Bakı) 35 (18)
1999—2002 Azərbaycan Neftçi (Bakı) 55 (13)
2002—2004 Ukrayna Volın 33 (11)
2004 Rusiya Uralan 13 (4)
2004—2005 Azərbaycan Xəzər-Lənkəran 42 (24)
2005—2006 Azərbaycan İnter (Bakı) 21 (11)
2007—2010 Azərbaycan Neftçi (Bakı) 47 (8)
2010—2011 Azərbaycan Simurq 21 (3)
2011—2012 Azərbaycan Turan (Tovuz) 2 (0)
Milli yığma[* 2]
1996—1997 Azərbaycan Azərbaycan (18 yaşlılar) 29 (7)
1997—2007 Azərbaycan Azərbaycan 31 (2)
Məşqçisi olduğu klublar
2015—2016 Azərbaycan Neftçi (Bakı)
2017—2018 AzərbaycanSəbail
2019—h.h. AzərbaycanAzərbaycan (19 yaşlılar)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Peşəkar futbol karyerasına 1996-cı ildə Azərbaycanın 18 yaşlı gənclər komandasının oyunçularından tam heyətlə hazırlanan "U-18" komandasında çıxışla başlamışdır.

Daha sonra MOİK (Bakı) ordu klubunda 2 mövsüm çıxış edib.

1999–2002-ci illərdə "Neftçi"də oynamışdır. 2002-ci ildə "Azərbaycanın ən yaxşı futbolçusu" seçilib ("Futbol +" qəzetinə əsasən)[3].

2002-ci ildə Ukraynanın "Volın" (Lutsk) klubu ilə müqavilə imzaladı və həmin klubda 2 mövsüm çıxış etmişdir.

2004-cü ildə Rusiyanın "Uralan" (Elista) komandası ilə Azərbaycana qayıtdı və burada Xəzər-Lənkəran klubunda çıxış etməyə başladı. 2005–2006-cı illərdə "İnter" (Bakı) klubunda oynayıb.

2006–2010-cu illərdə "Neftçi"də çıxış etmişdir. 2010/2011 mövsümündə isə Simurqda oynayıb.

2011-ci ilin iyulunda Turan klubuna qatıldı[4], lakin altı aydan sonra maddi problemlərə görə klubdan ayrıldı.

1997-ci ildə Azərbaycan yığmasında debüt etmişdir. 10 il ərzində milli komandada 31 oyun keçirib və 2 qola imza atıb.

Karyerasını 17 iyul 2012-ci ildə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Neftçi" — "Zestafoni" oyununun fasiləsi zamanı rəsmən başa vurmuşdur[5].

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan kubokunun qalibi: 1998/99 "Neftçi" (Bakı)
  • Azərbaycan çempionatının gümüş medal mükafatçısı (3): 2000/01 "Neftçi" (Bakı), 2004/05 "Xəzər-Lənkəran", 2006/07 "Neftçi" (Bakı)
  • Azərbaycan çempionatının bürünc medal mükafatçısı (4): 1998/99, 1999/2000, 2005/06, 2007/08 hamısı "Neftçi" (Bakı)
  • Azərbaycanda ilin futbolçusu: 2002
  1. 1 2 Samir Aliev // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Samir Aliyev // FBref (çd.).
  3. "Futbol+" 2006-nın ən yaxşılarını seçir Arxiv surəti 6 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-07-06 at the Wayback Machine (az.)
  4. "Самир Алиев: «Главное, чтобы я играл»". 2012-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-25. (rus.)
  5. Джавадов поздравил Алиева Arxivləşdirilib 2022-08-31 at the Wayback Machine (rus.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Samir Əliyev National-Football-Teams.com'da