Ceyms Stirlinq (22 aprel 1926[1][2][…], Qlazqo – 25 iyun 1992[1][2][…], London) — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir.
Ceyms Sterlinq | |
---|---|
James Frazer Stirling | |
Şəxsi məlumatlar | |
Doğum adı | James Frazer Stirling |
Doğum tarixi | |
Doğum yeri | Qlazqo, Şotlandiya, Böyük Britaniya. |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | London, İngiltərə, Böyük Britaniya |
Vətəndaşlığı | Birləşmiş Krallıq |
Təhsili |
|
İşləri və nailiyyətləri | |
Əsas tikililəri | Siili Tarix Kitabxanası |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
II Dünya müharibəsi boyunca əsgərlik edən Sterlinq 1945–1950-ci illəri arasında Liverpul Univesitetində memarlıq təhsili gördü. O, burada karyerasına böyük təsir göstərən Kolin Rouv ilə tanış oldu.
Bir müddət universitetdə fəaliyyətini davam etdirən Sterlinq 1956-cı ildə Ceyms Qovan ilə birlikdə öz memarlıq ofisini açdı. Bu dövrdə inşa etdirdiyi ən əhəmiyyətli işi Lester Universitetinin Mühəndislik Fakultəsi olmuşdur. Həmin dövrün digər işləri arasında Kembric Univesitetinin Tarixi Fakultə Kitabxanası və Oksfor Universitetinin Kven Kolleci olmuşdur.
1963-cü ildə Sterlinq Ceyms Qovanla əməkdaşlığını bitirdi və şəxsi ofisini açdı. Daha sonra partneri olacaq Maykl Uilfordu da köməkçi kimi işə aldı. Həmin dövrdə ən məşhur işi Olivetti Mərkəzi idi.
Ceyms Sterlinq 1981-ci ildə Pritsker mükafatını qazanmış, 1992-ci ildə ölümündən az müddət qabaq cəngavər tituluna layiq görülmüşdür.