Mahmud Nəcməddin Əfəndi (23 iyun 1878, Topqapı sarayı – 27 iyun 1913, İstanbul) — 35-ci Osmanlı sultanı Sultan Rəşadın oğlu, Osmanlı şahzadəsi.
Mahmud Nəcməddin Əfəndi | |
---|---|
osman. شہزادہ محمود نجم الدین | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (35 yaşında) |
Vəfat yeri | Beşiktaş sarayı, İstanbul, Osmanlı imperiyası |
Dəfn yeri | Sultan Rəşad türbəsi, İstanbul |
Atası | Sultan Rəşad |
Anası | Dürrüadən Qadınəfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Şahzadə Nəcməddin Əfəndi 23 iyun 1878-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Rəşad Əfəndi, anası isə onun ikinci xanımı Dürrüadən Qadınəfəndidir. Atasının taxta çıxışının ardından 1909-cu ildə təşkil edilən Anadolu səyahəti boyunca qardaşları Ziyayəddin Əfəndi və Hilmi Əfəndiylə birlikdə atasının yanında yer aldı. Yenə 1911-ci ildə atası və qardaşlarıyla birlikdə Rumeliyə səyahət etdi.
Dolmabağça və Ulduz saraylarında xüsusi otaqlar verilsə də, Nəcməddin Əfəndi 1910-cu ildən etibarən Beşiktaş sarayında yaşamağa başladı. Burada günlərini möhtəşəm yemək və musiqi ziyafətlərində keçirən Nəcməddin Əfəndi obez xəstəsi idi. Məhz ağır çəkili olması səbəbilə 27 iyun 1913-cü ildə keçirdiyi spazm səbəbilə anidən vəfat etdi. Cənazəsi Sultan Rəşad türbəsinə dəfn edildi. Övladı olmamışdır.