İslam Hacıyev

İslam Abdulla oğlu Hacıyev (1899, Şuşa1938) — Azərbaycan və sovet dövlət xadimi, Azərbaycan SSR xalq daxili işlər komissarının müavini.

İslam Hacıyev
Göyçay Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
Ağdam Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
1931 – ?
bayraq
Azərbaycan SSR xalq daxili işlər komissarının müavini
bayraq2
1929 – 19??
KomissarStepan Yemelyanov
Şamaxı Qəza Soveti İcraiyyə Komitəsinin sədri
Şamxor Qəza Soveti İcraiyyə Komitəsinin sədri
Şəxsi məlumatlar
Doğum tarixi 1899
Doğum yeri
Vəfat tarixi 1938
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni

İslam Hacıyev 1889-cu ildə Şuşa qəzasının Şuşa şəhərində doğulmuşdur. 1904-cü ildən Bakıda neft mədənlərində işləmişdir.[1]

1918–1919-cu illər Bakıda Qırmızı Qvardiya və Həştərxanda Dəmir Polk tərkibində əks-inqilabçılara qarşı vuruşmuşdur.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İslam Hacıyev 1917-ci ilin may ayından etibarən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.

İslam Hacıyev Bakıda fəhləlik etdiyi dövrdə inqilabi hərəkata qoşulmuşdur.[1]

Aprel işğalından sonra İslam Hacıyev Şuşa Qəza Milis İdarəsinin rəisi olmuşdur. İslam Hacıyev Şamxor və Şamaxı qəza icraiyyə komitələrinin sədri olmuşdur. 1929–1930-cu illərdə o, xalq daxili işlər komissarının müavini, Qarabağ Mahal İcraiyyə Komitəsinin sədr müavini olmuşdur. İslam Hacıyev 1931–1935-ci illərdə Ağdam Rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan Yol-Nəqliyyat İdarəsinin rəisi, Göyçay Rayon İcraiyyə Komitəsinin sədri və s. kimi məsul vəzifələrdə çalışmışdır.[1]

İslam Hacıyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Nəzarət Komitəsinin üzvü, Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü olmuşdur.[1]

İslam Hacıyev Azərbaycan SSR-in "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.

  1. 1 2 3 4 Һаҹыјев Ислам Абдулла оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 153.