Daş Salnamə Muzeyi — Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş muzeydi. Muzeydə daş plastikanın bir çox növləri sərgilənir. Dövlət Bayrağı Meydanı ərazisində yerləşən Daş salnamə muzeyi Heydər Əliyev Fondu tərəfindən yaradılıb.[1] Azərbaycanda mənəvi həyatın ən arxaik xüsusiyyətləri məhz daş plastika ənənələrində saxlanılıb.
Daş salnamə muzeyi | |
---|---|
Əsası qoyulub | 2015 |
Mövzu | Azərbaycan tarixi |
Ölkə | |
Yerləşir | Azərbaycan, Bakı, Əhəd Yaqubov küçəsi |
Muzeyə yetişmək | M 1 İçərişəhər metrostansiyası |
İş rejimi | 10:00 - 19:00 |
40°20′24″ şm. e. 49°50′28″ ş. u.HGYO | |
heydar-aliyev-foundation.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey 1921-ci ildə inşa olunmuş və vaxtilə neft mədənlərinin enerji təminatı üçün nəzərdə tutulmuş elektrik stansiyasının binasında yerləşir. Sonralar bina tamamilə bərpa edildi. Bərpa işlərindən sonra Daş salnamə muzeyi kimi fəaliyyət göstərir.[2][3]
Muzeyin açılışı 2015-ci il iyunun ayının 8-də baş tutdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva muzeylə tanış olublar.[1]
Azərbaycanın müxtəlif guşələrində aşkar edilmiş çoxlu sayda daş plastikasının nümunələri ilə yanaşı, qədim eksponatların əhəmiyyətli hissəsini funksional məna daşıyan və heç bir bəzəyi olmayan müxtəlif məişət əşyaları təşkil edir.
"Daş salnamə" sərgisinin ekspozisiyası daş plastikanın bir çox növlərini əhatə edir. Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş "Daş salnamə" ekspozisiyasına "Qobustan" və "Qala" qoruqlarından gətirilmiş eksponatlarla yanaşı, heykəltaraş Hüseyn Haqverdiyevin əsərləri də daxildir.
Ekspozisiyanın əsas hissəsi Şirvan-Abşeron zonasında tapılmış orta əsrlərə aid olan məzar daşlarıdır. Sənduqələr və başdaşılarında orta əsr dövrünün müxtəlif ictimai-siyasi, sosial, mədəni, ideoloji hadisələri haqqında orijinal informasiya verilir.