Diauxi yaxud Diauxi krallığı — antik gürcü[1][2][3][4][5][6][7][8][9][10] dövləti. Əsasən Urartu və Assuriya mənbələrindən məlum olan bu dövlət bir neçə əsr boyu davam etmişdir. Üç əsas şəhəri var idi: Zua, Ultu və Sasilu. Ultu şəhərinin indiki Oltu şəhəri olduğu güman edilir. E.ə.1112-ci ildə Diauxi kralı Sien Assur hökmdarı I Tiqlatpalasara məğlub olmuşdu. E.ə.845-ci ildə isə III Salmanasar Diauxi kralı Asianı məğlub edib xərac almışdı. Urartu ökmdarları da kral Utupursini xəraca məcbur etmişdi. Krallıq E.ə.760-cı ildə digər gürcü qəbilələrinin hücumu nəticəsində dağıldı.
Qəbilələr konfederasiyası | |
Diauxi | |
---|---|
დიაოხის სამეფო | |
|
|
|
|
Paytaxt |
Zua Ultu |
Ən böyük şəhər | Sasilu |
Rəsmi dilləri | Zan dili |
Dövlət dini | Atəşpərəstlik |
İdarəetmə forması | Monarxiya |
Kral | |
• E.ə.1120-E.ə.1100 | Sien |
• E.ə.850-E.ə.825 | Asia |
• E.ə.810-E.ə.770 | Utupursi |
Bu məqalə aşağıdaki məqalələr silsiləsinə aiddir: |
Türkiyə tarixi |
---|
Xronologiya |
Türkiyə portalı |