Türkiyənin konstitusiya tarixi — 1876-cı ildə Osmanlı İmperiyasının ilk əsas qanununun qəbulu ilə başlayan Türkiyə hüquq tarixindəki dövr. Türkiyə Cümhuriyyətinin müasir konstitusiyası 1921-ci ildə təsdiqləndi, sonra 1924, 1961, 1982-ci illərdə və ən sonuncu dəfə 2010-cu ildə dəyişiliklər əlavə olunmuşdur.[1] 2000-ci illərdə Türkiyənin Avropa Birliyinə üzv olmaq üçün siyasi meyarlara uyğun gəlməsinə imkan verən başqa bir konstitusiya dəyişilikliyi ilə bağlı məsələ yenidən qaldırıldı.[2][3] Nəticədə, 2010-cu ildə konstitusiya referendumu keçirildi və yeni düzəlişlər təsdiqləndi.
1808: II Mahmudun dövründə Ələmdar Mustafa Paşa tərəfindən hazırlanan Sened-i İttifak, 29 sentyabrda Rumeli və Anadolu liderləri ilə Osmanlı dövləti arasında imzalanmışdır ki, mərkəzi hakimiyyət əyalətlərə hakim olsun.
1909: Osmanlı İmperatorluğunda İkinci Məşrutiyyət dövrü (1908-20) başladı, 1876-cı il Konstitusiyasına düzəlişlər edildi; konstitusiya parlament monarxiyası bərpa edildi, iki palatalı parlament yaradıldı, çoxpartiyalı sistem tətbiq olundu.
1924: Konstitutsiyada dəyişiliklər edildi: monarxiya ləğv olundu, Türkiyədə respublika elan olundu.
1961: Konstitutsiyada dəyişiliklər edildi: hakimiyyət və bəzi vətəndaş hüquqlarının bölgüsü prinsipi elan olundular; yuxarı parlament palatası, Senat və Konstitusiya Məhkəməsi tətbiq olundu; İcra Hakimiyyətinin səlahiyyətləri genişləndirildi.
1982: konstitusiyanın yeni versiyası; hərbi rejimdən demokratik respublikaya keçid tənzimləndi, Senat ləğv edildi, ölkə bir palatalı parlamentə qayıtdı.
2010: 1982-ci il Konstitusiyasına Türkiyə qanunlarının Avropa Birliyi standartlarına uyğunlaşdırılması məqsədi ilə düzəlişlər qəbul edildi.
2017: 1982-ci il konstitusiyasına düzəlişlər; prezident respublikası elan olundu; Baş Nazir vəzifəsi ləğv olundu.
↑The Grand National Assembly of Turkey. "Constitution Of The Republic Of Turkey"(PDF). Constitution Of The Republic Of Turkey. The Grand National Assembly of Turkey. 2016-07-15. Chapter Three, Section I, Article 41, Para 3-4. 2020-02-09 tarixində arxivləşdirilib(PDF). İstifadə tarixi: 2016-07-15.
Yılmaz, Faruk. Türkiye'de Anayasal Gelişmeler ve Özellikleri. Ankara: Net Yayınları. 2016.
Bozkurt, Gülnihal. Devleti'nden Türkiye Cumhuriyeti'ne resepsiyon süreci (1839-1939). Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu Türk Tarih Kurumu yayınları. Ankara: Türk Tarih Kurumu. 1996. ISBN975-16-0702-7.