𐕈 (səslənməsi /ɒ/, transkripsiyası Å, å) — Alban əlifbasının 25-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ար (Ar) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Aor" olmalıdır, çünki tərkibində bu hərf olan Qafqaz alban sözlərinin udi ekvivalentlərində "o" hərfinə çevrilmişdir.[1] Əncir mənasına gələn alb. 𐔸𐕈𐕀𐔰𐕎 (tåxan) və udi tǒxə̌n, iyirmi mənasına gələn alb. 𐕍𐕈 (q̇å) və udi qo sözləri sözügedən saitin əlavə udlaqlaşmalı və ya udlaqlaşmasız [o] səsinə yaxın olduğunu qəti şəkildə göstərir. Erməni tədqiqatçı Aşot Abramyan isə düşünürdü ki, bu hərfin düzgün transkripsiyası ä olmalıdır.[2] Sergey Murayevin fikrincə isə bu hərf udlaqlaşdırıcı saiti bildirirdi.[3] Georgi Klimov bu hərfin öncələr nə formasını, nə də mənasını başa düşməyib[4], lakin sonrakı əsərində onun fonetik dəyərini səhvən /ʒ/ kimi qeyd edib.[5]
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /ɒ/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 700 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+10548 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|