𐕛 (səslənməsi /v/, transkripsiyası V, v) — Alban əlifbasının 44-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Վէզ (Vēz) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır.[1] Demək olar ki, bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki V səsi ilə eyniləşdirirlər.[2] Bu hərfə alban dilindəki orijinal sözlərdə adətən ilk hərf kimi rast gəlinsə də, ortada və sonda çox nadir hallarda görmək mümkündür.
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /v/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 80000 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+1055B | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Nümunələr:
Alban yazısı | Transkripsiyası | Tərcüməsi | Udi dilində |
---|---|---|---|
𐕛𐔽𐔰𐕎 | vˤan | siz | və̆n |
𐕛𐔼𐕂 | vic̣ | on | vis' |
𐔳𐔴𐕛 | dev | div | dev |