𐔹 (səslənməsi: /tɕʼ/; transkripsiyası: Ć̣, ć̣) — Alban əlifbasının onuncu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ճա́ (Çá) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "ć̣a" olmalıdır.[1] Erməni tədqiqatçı Aşot Abramyan[2] və Georgi Klimov[3] bu hərfi "ž" qrafei ilə ifadənin tərəfdarı olsalar da, Muravyev və Gippert "ć̣" transkripsiyasını daha məqsədəuyğun saymışdır. Bu düşüncə Georgi Klimov və Voroşil Qukasyan[4] tərəfindən də dəstəklənmişdir. Fonetik olaraq küylü yuvaq samitdir. Müasir udi əlifbasında "č'" samitinə çevrilmişdir.
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /tɕʼ/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 10 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+10539 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Nümunələr[1]:
Alban yazısı | Transkripsiyası | Tərcüməsi | Udi dilində |
---|---|---|---|
𐕄𐔰𐔹𐔼 | ḳać̣i | kor | k'ač'i |
𐔱𐔰𐔹 | bać̣ | yüz (ədəd) | bač' |
𐔱𐕒𐔹𐔼 | boć̣i | sıx | boč'u |