𐔺 (səslənməsi: /j/; transkripsiyası: Y, y) — Alban əlifbasının 11-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Յուդ (Yud) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı doğrudur.[1] Erməni tədqiqatçı Aşot Abramyan[2] və gürcü dilçi Roman Lolua[3] bu hərfi gürcü əlifbasının Ⴈ hərfinin bir forması sayır. Fonetik olaraq Azərbaycan dilindəki Y hərfi ilə eyni səsi bildirir. Bu hərf həm də tez-tez 𐔼 (İrb) hərfi və aşağı saitlər arasındakı mövqedə tələffüz olunan fonemik olmayan sürüşməni təmsil edir. Nümunələr[1]:
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /j/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 20 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+1053A | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Alban yazısı | Transkripsiyası | Tərcüməsi | Udi dilində |
---|---|---|---|
𐔰𐔺𐔵 | ayz | dünya | ayiz (kənd) |
𐔰𐕇𐕚𐔼𐔱𐔰𐔺 | ax̣sibay | bayram | axsibay |
𐔳𐔰𐔺 | day | yaş | dəyi |