Eduard Vudstok və Qara şahzadə Eduard (ing. Edward of Woodstock; ing. Edward the Black Prince) (15 iyun 1330 – 8 iyun 1376, Vestminster sarayı, Böyük London regionu[d][2]) — İngiltərə kralı III Eduardın ən böyük oğlu və İngiltərə taxtının vəliəhdi. Ancaq atasından daha öncə öldüyü üçün atasından sonra taxta onun oğlu Riçard çıxarıldı. Buna baxmayaraq Eduard Yüzillik müharibədə iştirak edən ən önəmli hərbçilərdən biri və yaşadığı dövrün ən güclü cəngavərlərindən biri idi. 1337-ci ildə atası tərəfindən Kornvol hersoqu elan edildi. 1338, 1340 və 1342-ci illərdə atasının yoxluğunda ona naib olaraq krallığı idarə etdi. 1343-cü ildə Uels şahzadəsi elan edildi və 1346-cı ildə atası tərəfindən cəngavər statusu verildi.
Qara şahzadə Eduard | |
---|---|
ing. Edward, the Black Prince | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyun 1330 |
Vəfat tarixi | 8 iyun 1376 (45 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | dizenteriya |
Dəfn yeri | |
Atası | III Eduard[1][3] |
Uşaqları | |
Hərbi xidmət | |
Rütbəsi | Cəngavər |
Döyüşlər | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1346-cı ildə Kresi döyüşündə, 1349-cu ildə isə Kale döyüşündə iştirak etdi. Puatye döyüşündə Fransa kralı II Conu əsir aldı və 1 il sonra İngiltərəyə qayıtdı. 1360-cı ildə Fransa ilə aparılan sülh müzakirələrində iştirak etdi. 1362-ci ildə Akvitaniya və Qaskoniya şahzadəsi olaraq təyin edildi ancaq yerli zadəganlar tərəfindən onun bu ünvanı tanınmadı. Kastiliya və Navarra kralları ilə aparılan danışıqlarla bölgədə öz idarəçiliyini təmin etdi.
1371-ci ildə İngiltərəyə qayıdan Şahzadə Eduard ertəsi il Akvitaniya və Qaskoniya şahzadəsi ünvanından imtina etdi. 1376-cı ildə dizenteriya səbəbilə vəfat etdi və cənazəsi şəxsi əşyalarının qorunub saxlandığı Kenterberi kafedralına dəfn olundu.