Efiopiya paytaxtı

Əddis-Əbəbə (amh. አዲስ አበባ) — Efiopiyanın paytaxtı və ən böyük şəhəri. Ölkənin mərkəzi hissəsində yerləşir. Əhalisi 2023-ci ilin hesablamalarına görə 5,461,000 nəfərdir. Şəhərin dəniz səviyyəsindən minimal hündürlüyü 2326 metrdir. Əddis-Əbəbə dünyanın ən yüksəkdə yerləşən şəhərlərindən biridir. Şəhərin ən yüksək nöqtəsi şimal hissədə yerləşən və hündürlüyü 3000 metrə çatan Entoto dağıdır.

Əddis-Əbəbə
አዲስ አበባ
Finfinne
Tungga
Gerb
Gerb
9°01′38″ şm. e. 38°44′13″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1886
Sahəsi
  • 526,99 km²[2]
Mərkəzin hündürlüyü 2.355 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi 5,461,000 nəfər
Rəqəmsal identifikatorlar
Telefon kodu +251 11
Digər
cityaddisababa.gov.et/am
Xəritəni göstər/gizlə
Əddis-Əbəbə xəritədə
Əddis-Əbəbə
Əddis-Əbəbə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin əsası 1886-cı ildə imperator II Menelik tərəfindən həyat yoldaşı, imperatriçə Taytu Betulun xahişi ilə qoyulmuşdur. Əvvəlki adı oromo dilində "isti bulaqlar" mənasını verən Finfin olmuş, sonradan amhar dilində "yeni çiçək" mənasını verən indiki adını almışdır.