Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyi

"Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyi (TAİB)[1] və ya sadəcə "Türk Ağsaqqalları Birliyi" — Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə türkdilli dövlətlərlə əlaqələrin gücləndirilməsi məqsədilə yaradılmış ictimai birlik. Ramin Əhmədov tərəfindən təsis edilmiş qurum 2021-ci ilin sentyabrından fəaliyyət göstərir. Birliyin hal-hazırkı sədri Sudeyf İmamverdiyevdir.

Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyi
TAİB
Loqonun şəkli
Növü qeyri-hökumət təşkilatı
Fəaliyyəti ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə türkdilli dövlətlərlə əlaqələrin gücləndirilməsi
Yaranma tarixi 15 sentyabr 2021
Rəsmi dili Azərbaycan dili
Mərkəzi
Qurucusu
  • Ramin Əhmədov[d]
Sədr Sudeyf İmamverdiyev
agsaqqallar.com

Profili[redaktə | mənbəni redaktə et]

"Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyi (TAİB) 15 sentyabr 2021-ci il tarixində – Qafqaz İslam Ordusunun köməkliyi ilə Bakının azad edilməsinin 103-cü ildönümündə yaradılmış, Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçmişdir. TAİB-in təsisçisi və İdarə Heyətinin sədri, "Missiya" Media Qrupunun rəhbəri Ramin Əhmədovdur.[2] Odur ki, qurumun qərargahı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 207 ünvanında yerləşir. Təşkilatın mətbuat orqanı "Türk Dünyası Ağsaqqalları" qəzetidir.[3] TAİB-in əsas məqsədi ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə türkdilli dövlətlərlə əlaqələrin gücləndirilməsi və türk ağsaqqallarının birliyinə nail olmaqdan ibarətdir. Təşkilatın fəaliyyəti əhalisi türkdilli olan dövlətlərin ərazisini əhatə edir.[4]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

"Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyi İkinci Qarabağ müharibəsindən sonra qazilər, millət vəkilləri ilə birlikdə bir neçə mühüm tədbir təşkil etmişdir.[4] 2021-ci ilin noyabrında qurumun nümayəndə heyəti Moldovada səfərdə olmuş, həm paytaxt Kişniyovda, həm də Qaqauziyada görüşlər keçirmişdir.[5] Həmin ilin dekabrında Türk Ağsaqqalları Birliyinin təşkilatçılığı ilə Türkiyənin İğdır vilayətində "Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin rolu" mövzusunda konfrans keçirilmişdir.[6] Bundan başqa, birliyin üzvləri 2022-ci ilin əvvəllərində Şimali Kipr Türk Respublikasına səfər etmişdir.[4] Burada təşkilatın heyəti respublika prezidenti Ərsin Tatar və baş naziri Faiz Sucuoğlu ilə görüş keçirmişdir.[7][8] Həmçinin, bu zaman təşkilat Şimali Kiprdə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş konfrans keçirmişdir.[9]

Qurumun təmsilçiləri 2022-ci ilin yanvar ayında "20 Yanvar" hadisələrinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhidlərin məzarları üzərinə gül dəstələri düzmüş və "Əbədi Məşəl" abidəsinin önünə əklil qoymuşlar. Onlar daha sonra "Türk şəhidliyi"ni ziyarət etmişlər.[10] Qurumun üzvləri abidənin üzərinə tər çiçəklər düzüblər. Birlik 2022-ci ilin aprelindən "Türk ocağının" varisi olan "Azərbaycan Türk Ocağı" təşkilatı ilə əməkdaşlıq etməyə başlamışdır.[4] Həmin ilin mayında təşkilatın təşəbbüsü ilə Naxçıvan Dövlət Universitetində "Ulu öndər Heydər Əliyev və türk dünyası" mövzusunda elmi-praktik konfrans keçirmişdir.[11] Konfransdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ilə görüş keçirmiş, konfransın keçirilməsini yüksək qiymətləndirildiyini bildirmişdir.[12] 26 may tarixində birliyin və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunan konfrans keçirilmişdir.[13] Tədbirdə ADAU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor İbrahim Cəfərov, "Türk Ağsaqqalları Birliyi"nin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvü, akademik Sudeyf İmamverdiyev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, AMEA-nın nəznində Dünya Türkologiya Mərkəzinin rəhbəri, tarix elmləri doktoru Güllü Yoloğlu, ziyalılar, şəhər ictimaiyyəti, universitetin professor-müəllim heyəti və tələbələr iştirak etmişdir.[14]

Təşkilatın təşəbbüsü ilə "Vikipediya"da türk dünyasının görkəmli simaları, türkdilli xalqların tarixi və mədəni irsinin təbliği istiqamətində də işlər aparmışdır. Bu vaxta qədər "Vikipediya"da bu mövzuda 300-ə yaxın məqalə yaradılmışdır. "Türk Dünyası Vikipediyada" adlı layihəyə könüllülər də cəlb olunmuşdur.[2]

2022-ci ildə oktyabrın 20-də Qax rayonunda Türk Ağsaqqalları Birliyi – TAİB, Qax Rayon İcra Hakimiyyəti, Dünya Türkologiya Mərkəzinin birgə təşkilatçılığı, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun dəstəyi ilə böyük türk şairi və filosofu Yunus Əmrəyə həsr olunmuş "Yunus Əmrə sözünün Türk özünüdərkinə təsiri" mövzusunda elmi-praktik konfrans keçirilib.[15]

7 noyabr 2022-ci ildə birlik Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Daşkənddə Zəfər bayramı münasibətilə "Azərbaycanın Qarabağ Zəfəri türk dünyası tarixinin şanlı səhifəsidir" adlı konfrans təşkil edib.[16]

Strukturu[redaktə | mənbəni redaktə et]

22 sentyabr 2021-ci ildə "Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyinin birliyin işçi toplantısı keçirilmişdir. Burada təşkilatın İdarə Heyətinə namizədlərin siyahısı nəzərdən keçirilmişdir.[17] Birliyin 14 oktyabrda keçirilmiş toplantısında ilk Ümumi Yığıncağa hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmışdır. Eyni zamanda, İdarə Heyətinə namizədlərin siyahısı da tərtib olunmuşdur. Təşkilat Komitəsinin tərkibi aşağıdakı kimidir:[18]

Adı Vəzifəsi
Sudeyf İmamverdiyev Sədr
Ramin Əhmədov Təşkilat Komitəsinin üzvü
Eyvaz Hümbətov Təşkilat Komitəsinin üzvü
Yaqub Mehtiyev Təşkilat Komitəsinin üzvü
Sabir Tağıyev Təşkilat Komitəsinin üzvü
Tapdıq Əlibəyli Təşkilat Komitəsinin üzvü
Nicat Dağlar Təşkilat Komitəsinin üzvü
Elnur Eltürk Təşkilat Komitəsinin üzvü
Şərafət Şəfa Təşkilat Komitəsinin üzvü
Güllü Yoloğlu Qadınlar Şurasının sədri
Sübhan Xıdırzadə Gənclər Təşkilatının həmsədri
Elgün Rüstəmli Gənclər Təşkilatının sədri

İdarə Heyətinə namizədlər Azərbaycandan akademiklər Sudeyf İmamverdiyev, Teymur Bünyadov, Sabir Tağıyev, əməkdar jurnalist Telli Pənahqızı, "Missiya" Media Qrupunun rəhbəri Ramin Əhmədov, sabiq dövlət qulluçusu Eyvaz Hümbəyov, Dünya Afşarlar Birliyinin Azərbaycan təmsilçisi Şöhlət Avşar, professor və türkoloq Abid Tahirli, istefada olan polkovnik Cəlil Xəlilov, rəssam Rza Avşar, telejurnalistlər Akif Cabbarov, Bəxtiyar Qaraca, əməkdar müəllim Bayram Məmmədov, hüquqşünas Yaqub Mehtiyev, "Missiya" Media Qrupunun baş redaktoru Nicat Dağlar, İraqdan "Kərkük" qəzetinin baş redaktoru Şəmsəddin Kuzəçi, Özbəkistandan tədqiqatçı və professor Babaxan Şərif, şair Akif Azalp, Türkiyədən Qars bələdiyyəsinin sabiq sədri Karaçanta Murtaza, "TRT" İğdır bölgə təmsilçisi Sərdar Ünsal, Makedoniyadan sabiq nazir Elvin Həsən idi.[18]. Türkiyənin Azərbaycandakı 2008–2012-ci illərdə səfiri vəzifəsində olan Hulusi Kılıç birliyinin TürkiyəTürk dünyası üzrə həmsədri seçilmişdir.[19]

Gənclər Təşkilatı[redaktə | mənbəni redaktə et]

8 oktyabr 2022-ci ildə səsvermə yolu və İdarə Heyətinin yekdil səsi ilə Sübhan Xıdırzadə TAİB Gənclər Təşkilatının sədri seçilmişdir. 21 iyun 2023-cü ildə səsvermə yolu ilə Sübhan Xıdırzadə TAİB Gənclər Təşkilatında həmsədr, Elgün Rüstəmli sədr, Qədir Quliyev və Ayla Nəbiyeva isə sədr müavinləri seçiliblər.[20] İdarə Heyətinin üzvləri Gənclər Təşkilatının 19 nəfərdən ibarət Məclisini də formalaşdırıblar.[21]

Qadınlar Şurası[redaktə | mənbəni redaktə et]

19 noyabr 2022-ci ildə Türk Ağsaqqalları Birliyi (TAİB) Qadınlar Şurasının yaradılması ilə bağlı təşkilatın İdarə Heyətinin açıq iclası keçirilib. Qadınlar Şurasının sədri Güllü Yoloğlu, tarix üzrə fəlsəfə doktoru, dosent Mehparə Əliyeva və türkmedia.az saytının rəhbəri Günel Yaz sədr müavini seçiliblər.[22][23]

Qəbul[redaktə | mənbəni redaktə et]

Türk əsilli olan və İngiltərədə yaşayan yazar, şair və sosioloq Səmra Ərən-Nijhar 13 yanvar 2022-ci ildə bildirmişdir ki, "Türk Ağsaqqallar Birliyinin türk dünyasının incəsənət və mədəniyyətini önə çıxaracaq". O, əlavə etmişdir: "Tarixdə türk dünyasının gizli qalan, tanınan və tanınmayan, bilənən və ya bilinməyən yazarları, şairləri, musiqiçiləri, heykəltaraşları, rəssamları və teatrçıları önə çıxarmağa özünə məqsəd edən Türk Ağsaqqalları Birliyi türk dünyasına böyük xidmət göstərəcək".[24] Orhus Şəhər Bələdiyyə Məclisinin üzvü, Danimarka parlamentinin türk əsilli keçmiş deputatı Hüseyn Arac Türk Ağsaqqalları Birliyinin "türk toplumunun inkişafına xidmət edəcəyinə inandığı"nı qeyd etmişdir.[25] Belçika parlamentinin deputatı Şevket Temiz qurumun "türk dünyası ilə bağlı akademik, sosial, siyasət, mədəniyyət istiqamətində önəmli addımlar atacaq və layihələr həyata keçirəcəyi"nə inandığını bildirmişdir.[26] Niderland Türk Federasiyasının rəhbəri Murat Gedik təşkilat haqqında "türk dünyasına yeni nəfəs və həyəcan qatacağına inandığı"nı demişdir.[27] Türk Dövlətləri Təşkilatı yanında Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov TAİB-in fəaliyyətini yüksək qiymətləndirib.[28]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azeri şair Adana'da vefat etti". Sabah (türk). 7 fevral 2022. Archived from the original on 2022-07-17. İstifadə tarixi: `7 iyul 2022.
  2. 1 2 "Bakıda Türk Ağsaqqalları Birliyi yaradıldı – TAİB dövlət qeydiyyatından keçdi (FOTO)". azpolitika.info (az.). 15 sentyabr 2021. Archived from the original on 2021-09-15. İstifadə tarixi: 9 iyul 2022.
  3. ""Türk dünyası ağsaqqalları" qəzeti TAİB-in rəsmi orqanı oldu". 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  4. 1 2 3 4 Qocayev, İsmayıl. ""Məqsədimiz Türk Dünyası Birliyinə nail olmaq, töhfə verməkdir"". Sherg.az (az.). 16 aprel 2022. Archived from the original on 2022-07-08. İstifadə tarixi: 9 iyul 2022.
  5. "Qaqauz ağsaqqalları da TAİB-də birləşdilər - Moldovada görüşlər keçirilir - FOTOLAR". Missiya.az (az.). 10 noyabr 2021. Archived from the original on 2022-07-17. İstifadə tarixi: 17 iyul 2022.
  6. "İğdırda Heydər Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafındakı rolundan danışılıb". Diasporla İş üzrə Dövlət Komitəsi (az.). 12 dekabr 2021. Archived from the original on 2022-01-23. İstifadə tarixi: 17 iyul 2022.
  7. Təhməz, Güney. "Ersin Tatar Azərbaycan nümayəndələrini qəbul etdi". Günün Səsi (az.). 2 mart 2022. 17 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2022.
  8. "Şimali Kiprin baş naziri Türk Ağsaqqalları Birliyinin nümayəndələri ilə görüşüb - FOTOLAR". Missiya.az (az.). 2 mart 2022. Archived from the original on 2022-07-17. İstifadə tarixi: 17 iyul 2022.
  9. "Kiprdə Xocalı soyqırımı ilə bağlı konfrans keçirildi - FOTOLAR". BakuPost (az.). 28 fevral 2022. Archived from the original on 2022-07-17. İstifadə tarixi: 17 iyul 2022.
  10. "Türk Ağsaqqalları Birliyi Şəhidlər xiyabanında". AzTV (az.). 19 yanvar 2022. Archived from the original on 2022-07-08. İstifadə tarixi: 9 iyul 2022.
  11. aqqallari-birliyinini-numayende-heyetini-qebul-etdi-fotolar.html "Vasif Talıbov Türk Ağsaqqalları Birliyinin nümayəndə heyətini qəbul etdi - FOTOLAR" (#bad_url). Missiya.az (az.). 4 may 2022. 17 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2022.
  12. "Naxçıvanda keçirilən "Ulu öndər Heydər Əliyev və türk dünyası" mövzusunda elmi konfrans başa çatıb". Azərbaycan Dövlət İnformasiya Agentliyi (az.). 5 may 2022. Archived from the original on 17 May 2022. İstifadə tarixi: 17 iyul 2022.
  13. "Aqrar Universitetdə Türk Ağsaqqalları Birliyi ilə birgə Müstəqillik Gününə həsr olunan konfrans keçirilib". Azərbaycan (az.). 26 may 2022. Archived from the original on 8 July 2022. İstifadə tarixi: 9 iyul 2022.
  14. "Türk Ağsaqqalları Birliyi ADAU ilə birgə Gəncədə Müstəqillik Gününə həsr olunan tədbir keçirib - FOTO". İki sahil (az.). 26 may 2022. Archived from the original on 8 July 2022. İstifadə tarixi: 9 iyul 2022.
  15. Qaxda böyük türk şairi və filosofu Yunus Əmrəyə həsr olunan konfrans keçirilib
  16. Daşkənddə Azərbaycanın Zəfər Gününə həsr olunmuş konfrans keçirilib
  17. "Türk Ağsaqqalları Birliyinin (TAİB) işçi toplantısı keçirilib - FOTOLAR". Missiya.az (az.). 22 sentyabr 2021. Archived from the original on 2022-07-08. İstifadə tarixi: 9 iyul 2022.
  18. 1 2 "Türk Ağsaqqalları Birliyinin(TAİB) rəhbərliyində kimlər olacaq? – Akademik Təşkilat Komitəsinin sədri seçildi". Yeni Müsavat (az.). 14 oktyabr 2021. 8 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2022.
  19. "Hulusi Kılıç bu quruma həmsədr seçildi". 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  20. "Türk Ağsaqqalları Birliyinin Gənclər Təşkilatına yeni sədr seçilib". 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-31.
  21. "Türk Ağsaqqalları Birliyinin Gənclər Təşkilatı yaradıldı - TAİB böyük hədəflər yolunda". 2022-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-12.
  22. Güllü Yoloğlu TAİB Qadınlar Şurasının sədri seçildi
  23. "Güllü Yoloğlu TAİB Qadınlar Şurasının sədri seçildi- Fotolar". 2022-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-21.
  24. ""Türk Ağsaqqalları Birliyi türk dünyasına böyük xidmət göstərəcək" - Tanınmış türk yazar". Avropa.info (az.). 13 yanvar 2022. Archived from the original on 2022-07-08. İstifadə tarixi: 9 iyul 2022.
  25. "Danimarkanın türk əsilli siyasətçisi: "Azərbaycanda Türk Ağsaqqalları Birliyinin yaranması xəbəri məni sevindirdi"". Agsaqqallar.com (az.). 25 aprel 2022. 17 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2022.
  26. ""Türk Ağsaqqalları Birliyinin Türk dünyasına pəncərə olacağına heç bir şübhəm yoxdur"". Moderator.az (az.). 3 fevral 2022. 17 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2022.
  27. ""Qarabağda türk dünyasının gücünü bir daha gördülər" - Murad Gedik". AzVision.az (az.). 13 iyul 2022. Archived from the original on 2022-07-18. İstifadə tarixi: 17 iyul 2022.
  28. Türk Ağsaqqalları Birliyinin rəhbərliyi Həsən Həsənovla görüşüb

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • agsaqqallar.com — Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin rəsmi saytı