Evarist — 17 Aprel 44-cü ildə indiki Fələstin ərazisində yerləşən Yəhudiyə əyalətində doğlmuşdur[2] və Romanın 5-ci Papasıdır. 97-105-ci illər aralığında Romada papalıq vəzifəsini icra etmişdir. Müqəddəs Evarist haqqında günümüzə çox az məlumat gəlib çıxmışdır. Papalıq dövrü Roma imperatoru Trayanın hökmranlıq etdiyi dövrə təsadüf etmişdir. Bu dövr Romanın ən zülmlü dövrü hesab edilir.
Evarist | |
---|---|
lat. Evaristus PP. | |
5-ci Roma Papası | |
Şəxsi məlumatlar | |
Doğum adı | Evaristus |
Doğum tarixi | |
Doğum yeri | Betlehəm, Roma İmperiyası, Yəhudiyə əyaləti (indiki-Fələstin ərazisi) |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Roma, Roma İmperiyası |
Dəfn yeri | Müqəddəs Pyotr bazilikası |
Fəaliyyəti | katolik keşişi[d] |
Dini | xristianlıq, Roma-Katolik kilsəsi[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Papalıq hakimiyyəti | Sələfi | Xələfi |
---|---|---|
97 - 27 Oktyabr 105 | I Klement | I Aleksandr |
Papa olmamışdan əvvəl, Roma yepiskopluğunu icra etməkdə idi. Eyni zamanda da "Papa" olaraq seçilmiş və beləcə həm Papalığı həm də Roma yepiskopluğunu icra etməyə davam etmişdir. 8 il ərzində bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmişdir.
Bir çox mənbədə 105-ci ilin 26 oktyabr tarixində, sui-qəsd ilə şəhid edildiyi qeyd olunur.[3] Bu səbəblə 26 oktyabr, Papa Evaristin anım günü olaraq qeyd olunmuşdur.[4] Papalığı müddətində Romanın 25 hissəyə bölünmüş olduğu üçün, bölgələrə din adamlarını özü təyin etmiş və bu sayədə, bu parçalanmanı bitirməyə və bu bölgələrdə uğurlu olmağa çalışmışdı. Papa Evarist, xalq arasında sevilən bir papa olduğu bir çox mənbələrdə qeyd olunur. Xristian şəhidi olunca, Romada Müqəddəs Pyotr bazilikasında, Papa Müqəddəs Pyotrun yanında dəfn edilmişdir.[5]