XV Benedikt (Cakomo delyi Çiyezi; 21 noyabr 1854[1][2][…], Peqli[d], Genuya, Sardiniya Krallığı[d] – 22 yanvar 1922[3][1][…], Apostol Sarayı[d], Roma, İtaliya krallığı) — Roma Papası (1914-1922). Genuya Universitetində hüquqşünaslıq doktoru dərəcəsini almış, teologiya və diplomatiyanı öyrənmək üçün Romaya getmişdir. 1878-ci ildə keşiş, 1907-ci ildə Bolonya arxiyepiskopu, 1914-cü ildə kardinal olmuşdur. 1914-cü il sentyabrın 3-də Papa seçilmişdir. Birinci dünya müharibəsini dayandırmağa çalışmış, bitərəflik siyasəti aparmışdır. 1917-ci ildə yeni Kanonik Hüquq Kodeksini bəyan etmişdir.
XV Benedikt | |
---|---|
lat. Benedictus PP. XV | |
Doğum tarixi | 21 noyabr 1854[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 22 yanvar 1922[3][1][…] (67 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri |
|
Təhsili |
|
w2.vatican.va/content/be… | |
Vikianbarda əlaqəli mediafayllar |