XIII Klement (Latınca: Clemens XIII; 7 mart 1693[1][2][…], Venesiya – 2 fevral 1769[1][2][…], Roma[3]) — Carlo della Torre di Rezzonico adı ilə anadan olub. Klement 1758-ci ildən 1769-cu ilə qədər Roma papalıq taxtını tutdu və Cizvit təriqətini müdafiə etməsi ilə tanınırdı. Maarifçiliyə qarşı çıxan və kilsə hakimiyyətini qorumağa çalışan Klement Avropada siyasi və dini dəyişikliklərə qarşı mübarizə aparırdı.
XIII Klement | |
---|---|
Carlo della Torre di Rezzonico | |
6 iyul 1758 – 2 fevral 1769 | |
Əvvəlki | XIV Benedikt |
Sonrakı | XIV Klement |
Şəxsi məlumatlar | |
Doğum adı | Carlo della Torre di Rezzonico |
Doğum tarixi | 7 mart 1693[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 fevral 1769[1][2][…] (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | katolik keşişi[d] |
Atası | Giovanni Battista Rezzonico |
Anası | Vittoria Barbarigo |
Dini | Katolik |
Vikianbarda əlaqəli mediafayllar |
Klement 7 mart 1693-cü ildə Venesiyada zadəgan ailəsində anadan olub. [4] Cizvitlər tərəfindən təhsil almış və 1737-ci ildə Papa XIV Benedikt tərəfindən kardinal təyin edilmişdir. [5]O, Patavia yepiskopu vəzifəsində çalışmış və kilsə islahatlarında fəal rol oynamışdır.[6]
Klement 6 iyul 1758-ci ildə papa seçildi. Papalıq dövrü Avropada maarifçiliyin yüksəlişi və Cizvit təriqətinə qarşı müqavimətin artması ilə xarakterizə olunurdu. Klement Cizvitləri müdafiə edir, onların təhsil və missionerlik fəaliyyətlərini dəstəkləyirdi.[7]Bu münasibət Fransa, İspaniya və Portuqaliya kimi katolik kralları ilə gərginliyə səbəb oldu. Bu krallar Cizvitləri siyasi və iqtisadi gücə təhlükə kimi görüb onları öz ölkələrindən qovdular.[8]
Klemens Cizvitlərə "Tanrının ordusu" kimi baxır və onları kilsə və papa hakimiyyətinə sadiq bir cəmiyyət kimi müdafiə edirdi.[9] O, yezuitlərin təhsil və missionerlik Cizvitlərin təşviq edir və onların kilsə islahatlarına töhfə verəcəyinə inanırdı.[10]
Klement maarifçilik və rasionalizm ideyalarına qarşı çıxdı. O, kilsə doktrinasının və hakimiyyətinin sorğulanmasına qarşı durmağa çalışdı və Maarifçilik filosoflarına "bütpərəst" və "inqilabçı" kimi baxdı. [11]
Klement 2 fevral 1769-cu ildə Romada öldü. Papalıq dövrü Cizvit təriqətinin dağılması və Maarifçiliyin yüksəlişi ilə yadda qaldı. Buna baxmayaraq, o, kilsədə islahatlar aparmaq və papalıq hakimiyyətini saxlamaq səyləri ilə tarixdə öz izini qoyub.