Firdovsi Əliyev (nazir müavini)

Firdovsi Əliyev (tam adı: Firdovsi Şahmirzə oğlu Əliyev) — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini.

Firdovsi Əliyev
21 fevral 2004 – 4 mart 2023
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1961(1961-05-05) (62 yaş)
Doğum yeri
Partiya
Təhsili

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2021"Dövlət qulluğunda fərqlənməyə görə" medalı"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur.

1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.

1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub.

1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.

1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.

2004-cü ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavinidir.

2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə tutduğu vəzifədən azad edilib [1]

İstinadlar[redaktə | mənbəni redaktə et]