Ceyms Byukenen (ing. James Buchanan, 23 aprel 1791[1][2][…] – 1 iyun 1868[1][2][…], Lankaster, Pensilvaniya[3]) — Amerika Birləşmiş Ştatlarının 15-ci prezidenti (1857–1861) və 17-ci Dövlət katibi (1845–1849). ABŞ-nin parçalanmasından və vətəndaş müharibəsindən əvvəlki son prezident.
Ceyms Byukenen | |
---|---|
ing. James Buchanan | |
| |
4 mart 1857 – 4 mart 1861 | |
Əvvəlki | Franklin Pirs |
Sonrakı | Avraam Linkoln |
ABŞ nümayəndəsi[d] | |
4 mart 1821 – 4 mart 1823 | |
10 mart 1845 – 7 mart 1849 | |
Əvvəlki | Con Kelhun |
ABŞ nümayəndəsi[d] | |
4 mart 1823 – 3 mart 1831 | |
ABŞ senatoru[d] | |
6 dekabr 1834 – 4 mart 1835 | |
ABŞ senatoru[d] | |
4 mart 1835 – 4 mart 1837 | |
ABŞ senatoru[d] | |
4 mart 1837 – 4 mart 1839 | |
ABŞ senatoru[d] | |
4 mart 1839 – 4 mart 1841 | |
ABŞ senatoru[d] | |
4 mart 1841 – 4 mart 1843 | |
ABŞ senatoru[d] | |
4 mart 1843 – 4 mart 1845 | |
ABŞ senatoru[d] | |
4 mart 1845 – 5 mart 1845 | |
Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti[d] | |
4 noyabr 1856 – 4 mart 1857 | |
Əvvəlki | Franklin Pirs |
Sonrakı | Avraam Linkoln |
Şəxsi məlumatlar | |
Doğum adı | James Buchanan, Jr. |
Doğum tarixi | 23 aprel 1791[1][2][…] |
Vəfat tarixi | 1 iyun 1868[1][2][…] (77 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | nəfəs çatışmazlığı[d] |
Partiya | |
Fəaliyyəti | siyasətçi, diplomat, vəkil, dövlət xadimi |
Uşağı | 1 |
Dini | Presviterianlıq |
Hərbi xidmət | |
Mənsubiyyəti | Amerika Birləşmiş Ştatları |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[4] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ceyms Byukenen 1791-ci il 23 apreldə Pensilvaniya ştatının Mersersberq şəhərciyində irland immiqrantı ailəsində anadan olmuşdur. (C. Byukenenin atası Amerikadan kənarda doğulmuş beş prezidentdən biridir).
Ceymsin atası varlı ticarətçi olaraq övladlarının təhsilinə ciddi fikir verirdi. Ailənin on bir uşağından biri, eyni zamanda böyük oğlu olan Ceyms ibtidai təhsilini Karlisldəki Dikkinson kollecində almışdı. 1809-cu ildə kolleci bitirərək Lankaster vəkillər kollegiyasının nüfuzlu nümayəndəsi Ceyms Hopkinsin rəhbərliyi altında vəkillik öyrənmişdir.
Qısa müddətə 1812-ci il müharibəsində (ABŞ ilə İngiltərə arasında) könüllü kimi iştirak etdikdən sonra Lankasterə qayıdaraq müstəqil vəkillik praktikasına başlamışdı.[5]
Siyasi təcrübəsinin zənginliyinə görə Byukenen, demək olar ki, bütün prezidentləri üstələmişdi. O, 1814–1816-cı illərdə Pensilvaniya parlamentinin deputatı, [6], 1821–1831-ci illərdə federalistlər partiyasının (1824-cü ildən demokrat partiyasının) üzvü kimi konqresin deputatı olmuşdu. 1834–1845-ci illərdə Pensilvaniya ştatının Senatda nümayəndəsi kimi siyasi fəaliyyətini davam etdirmişdi. Ceyms Byukenen ədliyyə naziri təyin edilsə də, o. bu vəzifədən imtina edir. O, 1832–1833-cü illərdə diplomatik missiya ilə Rusiyada səfərdə olmuşdu. C. Polk administrasiyasında dövlət katibi vəzifəsini tutmuşdu. "Monro doktrinası"nın qızğın tərəfdarı kimi, İngiltərənin Mərkəzi Amerika və Oreqondan çıxarılması ideyasını müdafiə etmiş, Texas və Kaliforniyanın ilhaq edilməsində bilavasitə iştirak etmişdir.
Ceyms Byukenen 1848-ci və 1852-ci prezidentliyə namizəd olmaq istəsə də müvəffəqiyyətsizliyə uğrayır. Onun bu arzusu 1856-cı ildə həyata keçmiş, o, Sinsinattidən demokratlar partiyasının nümayəndəsi kimi, prezidentliyə namizəd göstərilmişdir. C. Byukenenin seçkiqabağı kompaniyasının leytmotivini abolisionist təbliğata son qoymaqla İttifaqı qorumağa çağırış təşkil edirdi. Onunla yanaşı respublikaçı Con Fremon və Amerika partiyasından keçmiş viq Millard Fillmor da prezidentliyə iddiaçı idilər.
Quldarlığa loyal münasibəti, ABŞ torpaqlarının genişləndirilməsinin tərəfdarı olması ona Cənub ştatlarında, demək olar ki, mütləq qələbə qazandırır.
Ceyms Byukenen ABŞ tarixinə quldarlıq problemini həll edə və İttifaqın dağılmasının qarşısını ala bilməmiş zəif prezident kimi daxil olmuşdur. O, cənublu olmasa da, müasirləri tərəfindən Cənub ştatlarının tərəfdarı kimi tənqid edilmişdir. 2006 və 2009-cu illərdə Amerika tarixçiləri tərəfindən müəyyənləşdirilən "ABŞ tarixinin ən pis prezidentləri" siyahısına başçılıq edir.[7]