Gömür (Şahbuz)

Gömür kəndiAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.[1]

Kənd
Gömür
39°27′42″ şm. e. 45°45′16″ ş. u.HGYO
Ölkə
Muxtar respublika Naxçıvan MR
Rayon Şahbuz rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 536 nəfər (2009)
Xəritəni göstər/gizlə
Gömür xəritədə
Gömür
Gömür

Adı mənşəcə, türk sözü olub "gömmək", "basdırmaq" mənasını verir. Başqa bir bənzər versiyaya görə isə "Göy ömür" mənasındadır.

Kənddə yeni tipli orta məktəb(2006), icra numayəndəliyi (2014) binası vardır.

Yolların asfaltlanmasi prosesi başa çatdırılıb.

Kənd dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, dağlıq ərazidə yerləşir. Geniş otlaqlara və biçənəklərə sahibdir. Ərazidə çoxlu dərman mənşəli bitki əvəlik, şıbbık, ələyəz, qırxbuğum, səhləb, solmazçiçək, çobanyastığı, böyrəkotu və s.), kol meyvələri (yemişan, zirinc, itburnu, böyürtkən, mərmərik qoyungözü, qaraçöhrə və s. vardır.

İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başlanmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Gömür kəndində 12 evdə 27 nəfəri kişilər 23 nəfəri isə qadınlar olmaqla 50 nəfər erməni (10 fevral 1828-ci ildə bağlanılmış Türkmənçay müqaviləsinin XV bəndinə əsasən 16 mart 1828-ci ildə Qacar dövlətindən köçürülmüşdülər) yaşayırdı.[2]

2009-cu il Azərbaycan Respublikası əhalisinin siyahıyaalınmasına əsasən əhalinin sayı 536 nəfərdir.[3]

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhali əsasən qoyunçuluq, maldarlıqarıçılıqla məşğuldur.

  1. Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh
  2. Шопен Иван Иванович. "памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine" Санкт-Петербург, Издательство: Типография Императорской Академии Наук, 1852 г. Оглавление: Часть III, Отделение III. Народонаселение, Глава шестая. Народонаселение, 2. Число народонаселение в настоящее время, Таблица народонаселения Армянской области, стр. 607–610
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.