Gündüz Əliş oğlu Əbdülov (1976, Şuşa, DQMV) — Azərbaycan Milli Müdafiə Universitetinin rektoru, general mayor.
Gündüz Əbdülov | |
---|---|
Vəzifədədir | |
12 yanvar 2024-cü ildən | |
Əvvəlki | Heydər Piriyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1976 |
Doğum yeri |
|
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Hərbi xidmət | |
Xidmət illəri | 2000–2019 |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi |
General-mayor |
|
|
Təltifləri |
Gündüz Əbdülov 1976-cı ildə Şuşa şəhərində anadan olub. O, 2000-ci ildə Türkiyə Milli Müdafiə Universitetində "sistem mühəndisliyi" ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Azərbaycan Milli Müdafiə Üniveristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib.[1]
2024-cü il noyabrın 7-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Gündüz Əbdülova “general-mayor” ali hərbi rütbəsi verilib.[2]
Ailəlidir, 4 övladı var.
2000-ci ildən etibarən Azərbaycan Ordusunda leytenant hərbi rütbəsində hərbi xidmətə başlamış, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində polkovnik hərbi rütbəsinədək yüksəlmiş və 2019-cu ilin sonunda öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılmışdır.
Xidmət müddəti ərzində NATO-nun Beynəlxalq Hərbi Qərargahında qərargah zabiti, daha sonra isə NATO-nun Brüsseldəki Qərargah Mənzilində Hərbi Komitə yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi — Azərbaycan Respublikasının NATO-dakı Missiyasının hərbi məsələlər üzrə müşavirinin müavini vəzifələrində hərbi diplomat missiyasını yerinə yetirmişdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsində şöbə rəisi və idarə rəisinin müavini vəzifələrində xidmət etdiyi dövr ərzində xüsusi ilə Avro-Atlantik məkanda yerləşən xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı və ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Treninq Proqramı da daxil olmaqla bir sıra hərbi təhsil və təlim proqramlarının Azərbaycan Ordusunda tətbiqinə rəhbərlik etmişdir.
Azərbaycan Ordusunun NATO və BMT ilə əməkdaşlığı çərçivəsində missiyaya açılan kontingentinin fəaliyyətinin təşkilinə, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi və Müdafiə Nazirliyi arasındakı ikitərəfli planın icrasına rəhbərlik etmişdir.
2020-ci ildə TƏBİB-in Aparat rəhbəri vəzifəsində təyin olunub. Bu vəzifədə çalışdığı müddət ərzində TƏBİB-in nəzdində yaradılmış COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Koordinasiya Qrupunun fəaliyyətinə və Vətən Müharibəsi dövründə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə TƏBİB tərəfindən həyata keçirilən tibbi xidmətin və təxliyyənin təşkilinə rəhbərlik etmişdir.
2022-ci il aprelin 29-da Gündüz Əbdülov, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında yaradılmış Qarabağ Regional Təhsil İdarəsinə Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə müdir vəzifəsinə təyin edilib.
2023-cü ilin oktyabrında Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri təyin olunub.[3]
2024-cü il yanvarın 12-də Azərbaycan Milli Müdafiə Universitetinin rektoru təyin olunub.[1]