Gürcüstan-film

Gürcüstan-film (gürc. «ქართული ფილმი») — Tbilisi şəhərində bədii filmlərin istehsalı ilə məşğul olan dünyanın ən qədim kinostudiyalarından biri. Kinostudiya 1921-ci ildə yaradılmışdır. 1923-cü ildən "Gürcü Saxkinmretsvi" (Qoskinprom), 1953-cü ildən indiki adı ilə adlandırılmışdır. 1930-cu ildən bədii filmlərlə yanaşı cizgi filmlərinin istehsalı ilə də məşğul olmağa başlamışdır. Kinostudiyada çəkilən filimlər ümumittifaq və beynəlxalq kino festivallarının (Kann Film Festivalı) mükafatlarını qazanmışdır. Hazırda kinostudiyaya Direktorlar Şurasının sədri Arçil Menaqarişvili rəhbərlik edir.

Gürcüstan-film
gürc. «ქართული ფილმი»
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi kinostudiya
Sənaye kinematoqrafiya
Məhsulları filmlər, teleseriallar
Təsis tarixi 1921 (103 il əvvəl) (1921)
Baş qərargahın yeri Tbilisi Axmeteli küçəsi, 10a
თბილისი
ახმეტელის ქ., 10ა
Rəhbərlik
Rəhbərlik Direktorlar Şurasının sədri
Arçil Menaqarişvili
www.georgianfilm.ge
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gürcüstan-film kinostudiyasında hazırkı dövrə qədər 800 bədii, televiziya üçün hazırlanmış və qısametrajlı filmlər, 600 sənədli filmlər və 300 çizgi filmləri çəkilmişdir.

Gürcüstan-filmdə çəkilmiş "Küp" bədii filmindən kadr

Gürcü filmlərinin istehsalı tarixi 1908-ci ildən başlayır. İlk çəkilən filmlər sənədli filmlər olub. Vasil Amaşukeli və Aleksandr Diqmelov əsasən cəmiyyətdə baş verən hadisələri əks etdirən ilk sənədli filmləri çəkiblər: "Dəvələrlə kömür daşımaq", "Bakı bazarları", "Kutaisi mənzərələri" və s. 1908-ci il rəsmi olaraq gürcü kino tarixinin başlanğıcı hesab olunur. 1912-ci ildə Kutaisidəki "Radium" kinoteatrında Vasil Amaşukelinin "Akakinin Raça-Leçxumiyə səyahəti" filminin premyerası oldu. Bu, ilk tammetrajlı gürcü sənədli filmi, ilk filmi idi. Bu, dünya kino tarixində ilk tammetrajlı sənədli film idi. 1916-cı ildə Germane Qogitidzenin rəhbərliyi ilə rejissor Aleksandr Tsutsunava Eqnat Ninoşvilinin eyniadlı povesti əsasında ilk tammetrajlı "Kristina" bədii filmi çəkilir.

1918-ci ildə Belçikanın "Film" kinoşirkəti vasitəsilə Tiflisdə ilk kinostudiya yaradılmışdır. 1923-cü ildə yuxarıda adı çəkilən studiyanın bazasında "Saxkinmretsvi" yaradılmışdır.[1] 1928-ci ildə kinoxronika sektoru yaradıldı. Bu müddət ərzində Gürcüstanda artıq 200-ə yaxın bədii və xronika filmi çəkilmişdi. 1938-ci ildə "Saxkinmretsvi" "Tbilisi Kinostudiyası" adlandırıldı. 1947-ci ildə ilk sovet tammetrajlı stereoskopik filminin çəkildiyi stereostudiya açıldı. 1951-ci ildə Tiflis Kinostudiyası rəngli filmlərin istehsalına başladı. 1953-cü ildə Tbilisi kinostudiyasının adı dəyişdirilərək "Gürcüstan filmi" ("Gürcüstan-film") adlandırıldı. 1956-cı ildə Gürcüstan Televiziyası yayıma başlayanda televiziya kinostudiyası açıldı.[2]

Yaradıcılıq sahəsi

[redaktə | mənbəni redaktə et]

1948–1952-ci illərdə Tbilisi Kinostudiyası SSRİ-də yeganə idi ki, ildə 2–4 film çəkilirdi (müttəfiq respublikaların qalan kinostudiyaları az və ya heç nə istehsal etmirdilər).[2]

Gürcüstan kinosunun yüz illik tarixi ərzində 800-dən çox tammetrajlı bədii, televiziya və qısametrajlı filmlər, 1600-ə qədər sənədli və elmi-populyar filmlər, 600-ə qədər animasiya və kukla filmləri yaradılmışdır. Kinostudiyada məşhur rejissorlar çalışıb: Nikolay Şengelaya, Mixail Çiaureli, Vaxtanq Tabliaşvili, Rezo Qabriadze, Eldar Şengelaya, Lana Qoqoberidze, Sergey Paracanov, Qriqori Lordkipanidze, Merab Kokoçaşvili, Tengiz AbuladzeNana Corcadze.

Müasir vəziyyəti

[redaktə | mənbəni redaktə et]
Gürcüstan-filmdə çəkilən, 1987-ci ildə Kann Film Festivalında Qran Priyə layiq görülən "Tövbə" bədii filminin rus dilində posteri

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə Rusiyanın "Qosfilmofond" kino fondundan gürcü kino irsinin geri qaytarılması prosesi mərhələlərlə həyata keçirilib. 1920-ci illərdə Saxkinmretsvi əsasında çəkilmiş 200 bədii və xronika filmindən yalnız 54-ü Rusiyada saxlanılıb, onların bir hissəsi artıq Gürcüstana qayıdıb. Onların arasında Mixail Kalatozişvilinin uzun müddət itirilmiş film hesab edilən ilk müstəqil rejissor işi olan "Onların krallığı" (1928) əsəri də var. O, həm də ilk gürcü qadın rejissoru Nutsa Qoqoberidzenin debüt işidir. Filmdə unikal xroniki materialdan istifadə olunub. Geri qaytarılan filmlər arasında həmçinin: rejissor. Aleksandr Tsutsunavanın "Xanuma" (1926), "İki ovçu" (1927) və "Quriyada üsyan" (1928) filmləri; rejissor Kote Marcanişvilinin "Krazana" (1928) və "Komunari Çibuxi" (1929); rejissor. N. Şenqelayanın "Giuli" (1927); Dir. Q. Makarovun "Bazardan gələn qadın" (1928); rej. Kote Mikaberidzenin "Mənim nənəm" (1928. Köhnə versiya); rej. M. Çiaurelinin "Səba" (1929); rej. Tengiz Abuladzenin "Tövbə" (1986) və başqaları vardır.[3]

Kinostudiyanın yenilənmiş anbarında təqribən 50 000 qutu film saxlanılır ki, bunun da 25 000-ə qədəri "Xronika" sənədli filmlər studiyasının tam arxividir. Unikal əşyaların saxlandığı fond rekvizitləri ayrıca diqqətəlayiqdir.

110 illik yubileyi ilə əlaqədar sərgi təşkil olunub və sərgiyə demək olar ki, bütün gürcü kinematoqrafçıları və diplomatik korpuslar dəvət olunub. Sərgidə filmlərdə istifadə olunan 70-ə qədər tarixi geyim və İkinci Dünya müharibəsi dövrünə aid silahlar, o cümlədən kino xadimlərinin tarixi fotoşəkilləri, 200-ə qədər kino eskizi (geyimlər, animasiya və s.), kinokameralar və çəkiliş avadanlığı nümayiş etdirilib. Ziyarətçilər yaşıl fonda rekvizitlərlə şəkil çəkdirə bilərlər.[4]

Kinostudiya cizgi filmlərinin bərpası üçün Milli Arxivlə fəal işləyir.

Məşhur filmləri

[redaktə | mənbəni redaktə et]
  1. Rollberg, Peter. Historical Dictionary of Russian and Soviet Cinema. Rowman & Littlefield. 2008. 274–277. ISBN 0-8108-6072-4. 2019-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  2. 1 2 Фомин В. И. История российской кинематографии (1941–1968 гг.). — М.: Канон+ РООИ "Реабилитация", 2018. — С. 269.
  3. "17 ქართული ფილმი საქართველოში ბრუნდება". mes.gov.ge. 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 აგვისტო, 2021.
  4. ქართული ფილმი 2018
  • Фомин В. И. История российской кинематографии (1941–1968 гг.). — М.: Канон+ РООИ "Реабилитация", 2018. — С. 269.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]