Gürcüstan etirazları (2023–2024)


2023-cü il gürcü etirazlarıQHT-lərin xaricdən aldıqları vəsait 20%-dən çox olduğu halda, "xarici agentlər" kimi qeydiyyatdan keçmələrini tələb edən "Xarici təsirin şəffaflığı haqqında" qanunun parlament tərəfindən dəstəklənməsinə görə bütün Gürcüstanda keçirilən bir sıra küçə nümayişləri idi.[5] Polis əsas paytaxt Tbilisidə etirazları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilmişdi.[6][7] Lakin parlament 10 mart 2023-cü ildə etirazlar nəticəsində qanun layihəsini geri götürməli oldu.[8]

Gürcüstan etirazları
8 mart Tbilisidə etiraz aksiyası
8 mart Tbilisidə etiraz aksiyası
Tarix 6–10 Mart 2023 (birinci dalğa)
15 aprel 2024 – hal-hazırda (ikinci dalğa)
Yeri Gürcüstan
Nəticəsi Davam edir[1]
İtkilər

135 etirazçı saxlanıldı.[2]

58 zabit yaralandı[3] bir neçəsi xəstəxanaya yerləşdirilib[4]

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2021-ci ilin yanvar ayından Gürcüstan və Ukrayna 2030-cu illərdə Avropa İttifaqına üzv olmaq üçün 2024-cü ildə Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etməyə hazırlaşırdılar.[9][10][11] Lakin 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin kəskinləşməsi fonunda Ukrayna, Gürcüstan və Moldova 2022-ci ilin fevral və mart aylarında Avropa İttifaqına üzvlük üçün birgə müraciət etdilər.[12][13]

9 iyun 2022-ci ildə Avropa Parlamenti Gürcüstan hökumətini ölkədə mətbuat azadlığını pozmaqda ittiham edən altı səhifəlik qətnamə qəbul etdi. Bu qətnamə hakim Gürcü Arzusu partiyasının təsisçisi Bidzina İvanişvilini Gürcüstanda siyasi proseslərin pisləşməsindəki roluna görə Avropa İttifaqını sanksiya tətbiq etməyə təşviq edirdi.[14]

23 iyun 2022-ci ildə Avropa Zirvəsi Ukrayna və Moldovaya Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu verdi.[15] Lakin müəyyən şərtlər yerinə yetirilənə qədər Gürcüstana namizəd statusunun verilməsini təxirə saldı.[16] Avropa Zirvəsi tövsiyə olunan islahatlar kompleksindən sonra Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu verməyə hazır olduğunu bildirdi.[15]

2022-ci il iyunun 28-də Avropa Şurası Parlament Assambleyası həbsdə olan keçmiş prezident Mixeil Saakaşvilinin təcili olaraq xaricdə xüsusi müəssisədə müalicə olunmalı olduğunu bildirən bəyannamə dərc etdi.[17] 2013-cü ildə Gürcüstanı tərk edən və vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və müxalifətçi deputatın öldürülməsinə cəhddə iştirak etdiyinə görə Tbilisi Şəhər Məhkəməsi tərəfindən 6 il həbs cəzasına məhkum edilən Saakaşvili Gürcüstana 1 oktyabr 2021-ci ildə yerli seçkilər ərəfəsində qayıtdığını elan etdi.[18][19] Geri döndükdən sonra Tbilisidə həbs edildi.[20] İstintaqın məlumatına görə, Saakaşvili süd məhsulları ilə dolu yarımqoşqulu yük maşınında gizlənərək ölkəyə gizli daxil olub. O, gömrük nəzarətindən yan keçməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçmişdi.[21] O, Rustavi həbsxanasına yerləşdirildikdən sonra həbsinə etiraz olaraq aclıq aksiyası elan edib. Həbsdən sonra səhhəti pisləşdiyi üçün şəxsi həkimi səlahiyyətlilərdən onu xəstəxanaya köçürməyi xahiş edib.

2022-ci il dekabrın 14-də Avropa Parlamenti yenidən Avropa Şurasını İvanişvilini Gürcüstanda demokratik siyasi prosesi pisləşdirməkdə günahlandıraraq sanksiyaya çağırdı, eyni zamanda Gürcüstan hökumətini Saakaşvilini xaricdə müalicə olunmaq üçün tibbi səbəblərə görə azad etməyə çağırdı.[22]

2023-cü il fevralın 14-də Avropa Parlamenti Gürcüstan hökumətini və Bidzina İvanişvilini həbsxanada Mixail Saakaşvili ilə pis rəftar etməkdə ittiham edərək, onun həbsdən azad edilməsini və İvanişviliyə qarşı şəxsi sanksiyaların tətbiq edilməsini növbəti dəfə tələb edən üçüncü qətnamə qəbul etdi.[23]

Gürcü Arzusu partiyası qətnamələri tənqid edib. Baş nazir İrakli Qaribaşvili qətnamələri "məsuliyyətsiz və gürcü xalqına qarşı təhqiramiz" adlandırıb.[24][25] Gürcü Arzusu partiyasından olan parlament üzvü Dimitri Xundadze Gürcüstanın Avropa İttifaqına üzvlük siyasətini şübhə altına alaraq deyib: "Biz namizəd statusu almaq üçün öz ləyaqətimizdən əl çəkməyəcəyik! Heç kim Bidzina İvanişvilini və ya Gürcüstan dövlətini sanksiya hədələri ilə qorxutmayacaq!".[26][27][28]

2022-ci ilin iyun-iyul aylarında Aİ-nin Gürcüstana namizəd statusu verməkdən imtina etməsindən sonra, Qərb tərəfindən maliyyələşdirilən bir qrup QHT tərəfindən bir sıra etiraz aksiyaları təşkil edildi və onlar statusu ala bilməməkdə Gürcüstan hökumətini günahlandırdılar və ondan öz problemlərini həll etməyi tələb etdilər. QHT fəallarından ibarət müvəqqəti texniki hökumətə səlahiyyət verilməsi tələbi ilə daha çox etiraz hədələri səsləndi.[29] Hətta iyunun 24-də hökumətin zorakılıqla devrilməsini müzakirə edən bir neçə QHT liderinin iştirak etdiyi gizli video çəkilişlər yayıldı.[30]

2 avqust 2022-ci ildə Gürcüstan parlamentinin deputatları Sozar Subari, Mixeil Kavelaşvili və Dimitri Xundadze hakim Gürcü Arzusu partiyasından ayrılaraq Xalq Gücü hərəkatını yaratdılar. Deputatların fikrincə, onların məqsədi Gürcüstan siyasətinin pərdəarxasında gizlənən həqiqəti danışmaq və ifşa etmək olub.[31][32] Xalq gücü hərəkatının üzvləri ABŞ və Avropa İttifaqını Gürcüstan hökumətini devirməyə cəhddə ittiham edən bir sıra ictimai məktublar dərc ediblər. Hərəkat ABŞ-ın Gürcüstandakı xarici siyasətini xüsusilə tənqid edib. Onun üzvləri ABŞ-ın Gürcüstanı maliyyələşdirməsini şübhə altına alıb və bildiriblər ki, bu, yalnız Gürcüstanın dövlət institutları və suverenliyinin məhdudlaşdırılması hesabına Gürcüstanda Amerikanın maraqlarını gücləndirməyə xidmət edir.[33] Xalq Gücü hərəkatı ABŞ və Avropa İttifaqını ölkənin daxili işlərinə qarışmaqda və Gürcüstanın məhkəmə sisteminə zərbə vurmaqda ittiham edib.[34] Avropa İttifaqının Gürcüstana namizəd statusu almaq üçün təqdim etdiyi 12 tələb arasında məhkəmə islahatları da var idi. Xalq Gücünə görə, tələb Gürcüstan məhkəmə sistemini xarici nəzarətə tabe etmək məqsədi daşıyırdı.[35] Hərəkat Gürcüstanın bir sıra siyasi partiyalarını (o cümlədən Mixail Saakaşvilinin rəhbərlik etdiyi ən böyük müxalifət partiyası Vahid Milli Hərəkat ) və QHT-ləri Amerika agenti olmaqda ittiham edib.[36] Xalq Gücü hərəkatına görə, Saakaşvili dövlət çevrilişi etmək üçün qanunsuz olaraq Gürcüstana qayıdıb və onun cəhdi ABŞ və Avropa Parlamentinin deputatları tərəfindən dəstəklənib. Xalq Gücü üzvləri daha sonra ABŞ-ın Gürcüstandakı səfirliyinin ölkəni Rusiya-Ukrayna müharibəsinə sürükləmək üçün çalışdığını, Gürcüstan hökumətinin və İvanişvilinin Avropa Parlamenti tərəfindən sülhsevər siyasəti və müharibədən imtina etdiyinə görə cəzalandırıldığını önə çəkiblər. Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə Gürcü Arzusu ABŞ-ın Gürcüstana müdaxiləsinə dair bu tənqidi bəyənmədi, İrakli Qaribaşvili ABŞ və Avropa İttifaqının Gürcüstanın strateji tərəfdaşları olduğunu söylədi.[37] Bu arada Gürcü Arzusundan hərəkata daha 6 deputat qoşularaq onu parlament çoxluğundan məhrum etdi.[38] Eyni zamanda parlamentdəki Xalq Gücü hərəkatının 9 üzvü İrakli Qaribaşvili hökumətini dəstəkləyərək hakim çoxluqda qalmaq qərarına gəlldilər. Gürcü Arzusunun sədri İrakli Kobaxidze əsas məsələlərdə Xalq Gücü ilə əməkdaşlıq edəcəyinə söz verdi.[39][40][41]

Dekabrın 29-da Xalq Gücü hərəkatı ölkədə xarici təsirin qarşısını almaq üçün xarici agent haqqında qanun layihəsi hazırlamaq niyyətində olduğunu bildirdi. 15 fevral 2023-cü ildə Xarici təsirin şəffaflığı haqqında qanun layihəsi Gürcüstan parlamentinə təqdim edildi.[42]

Qanun layihəsinə əsasən, qeyri-kommersiya hüquqi şəxsləri (Gürcüstanda QHT-nin ən çox yayılmış forması), yayımçılar, Gürcüstanda fəaliyyət göstərən media ilə əlaqələri olan hüquqi şəxslər, gürcü dilində internet vasitəsilə məlumatların yayılması üçün nəzərdə tutulmuş internet domeni və yaxud internet hostinqlər illik gəlirlərinin 20%-dən çoxunu xaricdən aldıqları təqdirdə dövlət reyestrində xarici agent kimi qeydiyyatdan keçməli və daha çox məlumat əldə etdikdə Ədliyyə Nazirliyinin monitorinqinə məruz qalmalıdırlar. Qanun layihəsi QHT-lərdən öz vəsaitlərinin mənbəyini açıqlamağı tələb edir, lakin onların fəaliyyətinə heç bir məhdudiyyət qoymurdu.[43] Gürcü Arzusu qanun layihəsini dəstəkləyərək onun xaricdən maliyyələşən QHT-lərin maliyyə şəffaflığını təşviq edəcəyini bildirmişdi.[44]

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays qanun layihəsini tənqid edib və onu MacarıstanRusiyanın xarici agent qanunlarına bənzədib. Vətəndaş cəmiyyəti təşkilatları qanun layihəsinə mətbuat azadlığı və fundamental insan hüquqlarının pozulması kimi etiraz ediblər.[45] Cavab olaraq Xalq Gücü hərəkatı qanun layihəsinin Amerika modeli əsasında hazırlandığını bildirib. Gürcü arzusunun lideri İrakli Kobaxidze həm ABŞ, həm də Rusiya qanunlarını tənqid edib. O, Gürcüstanın qanun layihəsinin ABŞ qanunlarına əsaslandığını, lakin Avropa İnsan Haqları Məhkəməsinin standartlarına cavab vermək üçün əhəmiyyətli dərəcədə yumşaldıldığını bildirib və əlavə edib ki, ABŞ qanunu Avropa məkanına keçərsə, bu qanun layihəsi ilə ziddiyyət təşkil edəcək. Lakin tənqidçilər bildiriblər ki, qanun layihəsi avtoritar dəyişikliyi təmsil edir və Gürcüstanın Avropa İttifaqına üzvlük ümidlərinə zərbə vura bilər. ABŞ-ın Gürcüstandakı səfirliyi bildirib ki, qanun layihəsi Kremldən ilhamlanıb və Gürcüstan xalqının açıq şəkildə Avropaya inteqrasiya və demokratik inkişaf istəyi ilə bir araya sığmır. Bəyanatda deyilir ki, bu qanun Gürcüstanın strateji tərəfdaşları ilə münasibətlərinə xələl gətirəcək.[46] Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Josep Borrell qanun layihəsinin Gürcüstan və onun xalqı üçün yararsız olduğunu bildirib. O bildirib ki, qanun layihəsi vətəndaş cəmiyyəti və media qurumlarına soyuq təsir göstərmək riski daşıyır. Borrell Gürcüstanı demokratiyanın təşviqi ilə bağlı öhdəliklərinə əməl etməyə çağırıb.[47] ABŞ və Avropa İttifaqı bəyan edib ki, qanun layihəsi qüvvəyə minərsə Gürcüstanın NATOAvropa İttifaqına üzv olması çətin olacaq. Beynəlxalq təşkilatlar qanun layihəsi ilə bağlı narahatlıqlarını ifadə edərək, qanun layihəsinin Gürcüstanın demokratik inkişafına qarşı işləyəcəyini bildiriblər.[7]

İrakli Kobaxidze bildirmişdi ki, Parlament qanun layihəsini onun Avropa standartlarına uyğun olduğunu sübut etmək üçün Venesiya Komissiyasına göndərəcək.[48]

60-dan çox vətəndaş cəmiyyəti təşkilatı və media qurumu qanun layihəsinin imzalanacağı təqdirdə ona əməl etməyəcəklərini bildiriblər.[49]

2023-cü il martın 6-da qanun layihələri ilə bağlı Hüquq Məsələləri Komitəsində keçirilən dinləmələr zamanı hakim koalisiyadan olan parlament deputatları ilə müxalifət arasında dava düşüb. Asayişi bərpa etmək üçün müxalifət partiyalarından olan deputatlar palatadan çıxarılıb. Bu isə Parlament binası qarşısında etiraz aksiyasının başlamasına gətirib çıxartdı və deputatlar qanun layihəsinin rədd edilməsini tələb edirdilər.[50]

2023-cü il martın 7-də parlament təklif olunan Xarici təsirin şəffaflığı haqqında qanunu birinci oxunuşda 76 lehinə, 13 əleyhinə səslə qəbul etdi.[51] Buna görə etiraz aksiyaları Gürcüstan parlamentinin qarşısında təşkil edildi. Etirazçılar binaya basqın etməyə çalışıblar və hüquq-mühafizə orqanlarına molotof kokteylləri atıblar.[52] Polis əməkdaşları etirazçıları dağıtmaq və asayişi bərpa etmək üçün gözyaşardıcı qazsu şırnaqlarından istifadə etdilər.[7][53]

Lakin buna cavab olaraq 8 mart 2023-cü ildə on minlərlə insan parlament binası qarşısında etiraz aksiyası keçirərək parlamenti xarici agentlər haqqında qanunun sonrakı müzakirələrini dayandırmağa çağırıb.[54]

9 mart 2023-cü ildə hakim koalisiya qanun layihələrini geri götürəcəklərini açıqladı. Onlar bildiriblər ki, qanunvericiliyin əhəmiyyətinə cəmiyyəti inandırmaq üçün ictimaiyyətlə daha çox müzakirələr aparılmalıdır.[55][56]

Daxili İşlər Nazirliyi həmin gün martın 7-də və 8-də inzibati qaydada həbs edilmiş şəxslərin hamısının azadlığa buraxıldığını açıqladı.[57]

10 mart 2023-cü ildə iki qanun layihəsindən biri hakim koalisiya tərəfindən geri çağırıldı, digəri isə parlamentdə rəsmi ikinci iclasda səsvermədə bir səs lehinə, 36 əleyhinə və 76 bitərəf olmaqla rədd edildi.[58]

Gürcüstan hökuməti

[redaktə | mənbəni redaktə et]

Gürcüstan prezidenti Salome Zurabişvili etirazçıların arxasınca Avrointeqrasiya yolu qorunmalıdır deyib. O, qanun layihəsinə veto qoyacağını və ləğv edəcəyini bildirib.[59]

Gürcüstanın baş naziri İrakli Qaribaşvili martın 7-də qanunu dəstəklədiyini bir daha təsdiqləyərək, xarici agentlərlə bağlı təklif olunan müddəaların Avropa və qlobal standartlara cavab verdiyini bildirib.[60]

Martın 7-də Gürcüstanın Daxili İşlər Nazirliyi sakitliyin bərpası üçün qanuni tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq edərək etirazçıları dağılışmağa çağırıb. Nazirlikdən bildirilib ki, etiraz aksiyası dinc toplantı çərçivəsindən kənara çıxıb və zorakılığa çevrilib. Nazirlik həmçinin bildirib ki, polis də ictimai asayişi bərpa etmək üçün proporsional güc tətbiq etməyə məcbur olub.[51]

Amerika Birləşmiş Ştatları

[redaktə | mənbəni redaktə et]

Ned Prays etirazları dəstəkləyib və martın 7-si müsahibəsində Gürcüstan rəsmilərinə qarşı potensial sanksiyalara eyham vuraraq, ABŞ-ın gürcü xalqının iradəsinə zidd olanları məsuliyyətə cəlb etmək üçün alətlərə malik olduğunu deyib.[61] Dövlət katibinin köməkçisi, Venesueladakı keçmiş səfir Todd Robinson etirazların başlanmasından 1 gün əvvəl gəldiyi Tbilisidən qanunvericiliyi sərt şəkildə tənqid edərək, bunu Gürcüstanın maraqlarına deyil, Rusiyanın maraqlarına əsaslanan qanun adlandırıb.[62]

Mariya Zaharova Avropa İttifaqının Gürcüstandakı vəziyyətlə bağlı mövqeyini tənqid edib və Josep Borrell-i ədəb-ərkan həddini aşmaqda və Gürcüstan vətəndaşlarına təzyiq göstərməkdə ittiham edib.[63]

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstandakı vəziyyəti Ukraynadakı Avromeydanla müqayisə edib. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi gürcülərə bu cür hadisələrin nəticələri barədə xəbərdarlıq edib.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın qanun layihəsi ilə heç bir əlaqəsinin olmadığını və bunun ABŞ-ın Xarici Agentliklərin Qeydiyyatı Aktına daha çox bənzədiyini bildirib. O, həmçinin əlavə edib ki, Rusiya vəziyyəti izləyir və onun sərhədi yaxınlığında vəziyyətin dinc qalmasında maraqlıdır.

Rusiya İqtisadi İnkişaf Nazirliyi Rusiya vətəndaşlarına Gürcüstana səfərdən çəkinməyi tövsiyə edib.[64]

Marqarita Simonyan deyib ki, əgər Gürcüstan Rusiyaya qarşı ikinci cəbhə açsa, Rusiya dərhal Tbilisini bombalayacaq.

Abxaziyanın xarici işlər naziri İnal Ardzinba bəyan edib ki, Birləşmiş Ştatlar regionda sabitliyi pozmaq və Cənubi Qafqazda Rusiya–Ukrayna müharibəsinin ikinci cəbhəsinə başlamaq üçün Gürcüstanda çevriliş etməyə çalışır.[63]

Ukrayna prezidenti Volodimir Zelenski gürcü xalqını təbrik edib və baş verən etirazları demokratiya qələbəsinin əlaməti kimi qiymətləndirib. Eləcə də martın 7-də etirazlar başlayanda, Ukrayna xalqının Gürcüstanın uğur qazanacağına ümid bəslədiyi barədə bəyanat verib.

  1. Ritchie, Rhea Mogul,Sophie Tanno,Niamh Kennedy,Hannah. "Georgia withdraws 'foreign influence' bill but opposition vows more protests". CNN. 9 March 2023. 9 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2024.
  2. "UPDATE: 134 Arrested in March 7–9 Rallies Against Foreign Agents Law". Civil Georgia (ingilis). 9 March 2023. 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  3. "58 law enforcers injured during transparency bill protests – Interior Ministry". Agenda.ge (ingilis). 10 March 2023. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
  4. "Georgia's opposition calls fresh protests over new law after clashes". France 24 (ingilis). 8 March 2023. 2023-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  5. "Law on "Transparency of Foreign Funding" Passes 76–13 in the First Reading". Civil Georgia. 7 March 2023. 8 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2024.
  6. "Georgian police use tear gas on protests against 'foreign agents' law". Reuters. 7 March 2023. 2023-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-08 – www.reuters.com vasitəsilə.
  7. 1 2 3 "Georgians protest against draft law on media, nonprofits". ABC News. 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-08.
  8. Ritchie, Rhea Mogul,Sophie Tanno,Niamh Kennedy,Hannah. "Georgia withdraws 'foreign influence' bill but opposition vows more protests". CNN. 9 March 2023. 9 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2024.
  9. "У 2024 році Україна подасть заявку на вступ до ЄС". www.ukrinform.ua. 29 January 2019. 6 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2024.
  10. Makszimov, Vlagyiszlav. "Georgian president visits Brussels in push for 2024 EU membership application". www.euractiv.com (ingilis). 22 January 2021. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
  11. "Georgia-EU Relations Within Georgia's 2024 Objective to Apply for the EU Membership". GeorgianJournal (gürcü). 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
  12. "Georgia, Moldova Formally Apply For EU Membership Amid Russia's Invasion Of Ukraine". Radio Free Europe/Radio Liberty. 3 March 2022. 3 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 April 2022.
  13. Barigazzi, Jacopo. "EU to officially examine Ukraine, Moldova and Georgia's bids to join the bloc". Politico. 7 March 2022. 9 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 April 2022.
  14. Gabritchidze, Nini. "EU parliament votes to consider sanctioning Georgia's informal leader". Eurasianet. 10 June 2022. 28 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 June 2022.
  15. 1 2 "European Council conclusions on Ukraine, the membership applications of Ukraine, the Republic of Moldova and Georgia, Western Balkans and external relations, 23 June 2022" (ukrayna). 23 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 June 2022.
  16. Свобода, Радіо. "Єврокомісія: Молдові рекомендуємо статус кандидата в ЄС, Грузії – поки що відмовляємо". Радіо Свобода (ukrayna). 17 June 2022. 13 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 June 2022.
  17. "PDF" (PDF). 2022-06-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-08.
  18. "Saakashvili Convicted Of Abuse Of Power, Sentenced In Absentia". Radio Free Europe/Radio Liberty. 29 June 2018. 24 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2022.
  19. "Georgia Arrests Ex-President Saakashvili After He Returns From Exile". Radio Free Europe/Radio Liberty. 1 October 2021. 31 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2022.
  20. "Georgian ex-leader detained after returning ahead of local election". Reuters. 1 October 2021. 1 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 October 2021.
  21. "Ex-president Saakashvili officially charged for illegal border crossing". Agenda.ge. 20 October 2021. 20 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2022.
  22. "European Parliament approves resolution on implementation of Georgia-EU Association Agreement". Agenda.ge. 14 December 2022. 14 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 December 2022.
  23. "European Parliament resolution calls for imposition of sanctions against Bidzina Ivanishvili". interpressnews.ge. 15 February 2023. 7 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 March 2023.
  24. Gabritchidze, Nini. "Georgian leaders lash out after ominous signs on EU candidacy". Eurasianet. 15 June 2022. 8 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 June 2022.
  25. "Dispatch | 13–14 June: Fake Dilemmas". Civil Georgia. 14 June 2022. 14 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 June 2022.
  26. Kincha, Shota. "Supporters question Georgia's EU aspirations over Ivanishvili sanctions threat". OC Media. 10 June 2022. 31 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 June 2022.
  27. "Georgian PM: time of Georgian authorities serving foreign interests "over"". OC Media. 7 March 2023. 28 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2023.
  28. "PM Garibashvili says Saakashvili Arrived to Georgia to "Stage a Coup"". Formula News. 6 October 2021. 8 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2023.
  29. "Georgia has a huge Western-funded NGO sector and regular outbreaks of violent protest, is there a link?". Formula News. 11 March 2023. 12 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2023.
  30. "რას გეგმავენ „სირცხვილია" და გიგა მაქარაშვილი 24 ივნისს – „ქრონიკის" მიერ მოპოვებული სკანდალური ვიდეომასალა" (gürcü). 23 June 2022. 10 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2023.
  31. ""ხალხის ძალა" – სუბარმა, ყაველაშვილმა, ხუნდაძემ და მაჭარაშვილმა მოძრაობა დააფუძნეს". რადიო თავისუფლება (gürcü). 2 August 2022. 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-17.
  32. Datunashvili, Irakli. ""ხალხის ძალა" – ოცნებიდან წასულმა დეპუტატებმა საზოგადოებრივი მოძრაობა დააფუძნეს – JAMnews". Georgian Jamnews (gürcü). 3 August 2022. 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-17.
  33. "Georgian society should be interested in US aid goals, People's Power says". 1tv (ingilis). 2022-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-21.
  34. "Former ruling party MPs accuse US Embassy of "attacking the Govt", interfering in judiciary". 1tv (ingilis). 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-21.
  35. "People Power Says USAID-backed Rule of Law Project "Attack on Sovereignty"". Civil.ge (ingilis). 24 January 2023. 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-27.
  36. "Georgia is envisioned for a certain role that we shall play under the dictation of the Embassy – new statement of the People's Power". Rustavi 2 (ingilis). 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-21.
  37. "Georgian PM says strengthening US, EU relations gov't task, "personal obligation"". Agenda.ge (ingilis). 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-18.
  38. ""სიმართლის მთქმელი" 9 დეპუტატი და "ოცნება" უმრავლესობის გარეშე". რადიო თავისუფლება (gürcü). 4 October 2022. 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-17.
  39. "Movement People's Power consults on enlargement". 1TV (ingilis). 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-17.
  40. "Irakli Garibashvili on People's Power movement". caucasuswatch.de (alman). 12 October 2022. 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-17.
  41. "ცნობილია, რომელი დეპუტატები და ექსპერტები უერთდებიან "ოცნებიდან" წასულ "ოთხეულს"". რადიო თავისუფლება (gürcü). 4 October 2022. 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-17.
  42. "Foreign agent law to be submitted to Georgian Parliament". OC Media (ingilis). 2023-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-08.
  43. Ritchie, Rhea Mogul,Sophie Tanno,Niamh Kennedy,Hannah. "Georgia withdraws 'foreign influence' bill but opposition vows more protests". CNN. 9 March 2023. 9 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2024.
  44. "GD to back draft law on foreign agents". 1st channel (ingilis). 2023-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-20.
  45. "Georgians protest against draft law on media, nonprofits". ABC News (ingilis). 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  46. "U.S. Embassy Statement on Parliament's Rushed Advancement of Kremlin-Inspired Legislation on So-Called "Foreign Influence"". U.S. Embassy in Georgia. 2023-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-08.
  47. "EU's Borrell condemns Georgia foreign influence law". Reuters (ingilis). 7 March 2023. 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  48. "Irakli Kobakhidze: It is impossible to have a negative conclusion on one, the other or both draft laws, there may be only comments or recommendations on details – the Venice Commission cannot say that the law should not be adopted". Interpressnews (ingilis). 27 February 2023. 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  49. "Georgians throw stones, petrol bombs at police in protest over new law". Reuters (ingilis). 7 March 2023. 2023-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  50. "Deputies fight in Georgian Parliament during discussion of law on foreign agents". 6 March 2023. 10 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2024.
  51. 1 2 John, Katharina Krebs,Caitlin Hu,Vasco Cotovio,Tara. "Protests erupt as Georgian parliament passes draft foreign agents bill". CNN (ingilis). 7 March 2023. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  52. "❗️ Protesters in #Tbilisi have broken through barricades and are trying to break into the Georgian parliament building". 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-08.
  53. "Thousands protest at Georgian 'foreign agent' bill". BBC News. 8 March 2023. 20 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2023.
  54. Presse, AFP-Agence France. "Tens Of Thousands In Georgia Rally Against Controversial Bill: AFP". www.barrons.com (ingilis). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  55. "Georgia drops bill on 'foreign agents' after two nights of violent protests". The Guardian. 9 March 2023. 3 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2024.
  56. "UPDATE: Majority Pledges to Withdraw the "Foreign Agent" Bill, But Questions Loom". Civil Georgia. 9 March 2023. 10 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2024.
  57. "Georgia's ruling party withdraws controversial Foreign Agents Bill and releases protesters". euronews (ingilis). 8 March 2023. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-09.
  58. "Georgian parliament votes to reject 'foreign agents' bill in second reading". Meduza (ingilis). 10 mart 2023. Wikidata Q117066352.
  59. "Georgians protest against draft law on media, nonprofits". ABC News. 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-08.
  60. "Police use water cannon in Georgia to disperse protests at 'authoritarian' law". The Guardian (ingilis). 7 March 2023. ISSN 0261-3077. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  61. Civil Georgia. "State Department: We Hold Tools at Our Purview to Hold Anyone Accountable". The Guardian (ingilis). 7 March 2023. ISSN 0261-3077. 2023-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  62. Inimicizie. "L'arco del contenimento e la Georgia". Inimicizie (italyan). 2023-03-24. 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.
  63. 1 2 "Moscow, Sokhumi Say EU is Pressuring Georgia". Civil Georgia (ingilis). 7 March 2023. 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  64. "Moscow Reacts to the Protest Rallies in Tbilisi". Civil Georgia. 10 March 2023. 2023-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]