HIStory/GHosts – Maykl Ceksonun 1997-ci ildə çıxardığı remix albomu olan Blood on the Dance Floor: HIStory in the Mix albomuna daxil olan qoşa sinql. HIStory mahnısının orijinal versiyası Ceksonun 1995-ci ildə çıxardığı studio albomu HIStoryyə daxil idi. Lakin bu zaman HIStory ayrıca sinql kimi satışa çıxarılmamışdı. Lakin Ghosts yeni bir parça idi.
"HIStory/Ghosts" | ||||
---|---|---|---|---|
Maykl Cekson tərəfindən Blood on the Dance Floor: HIStory in the Mix albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 1997, 30 iyul | |||
Format | sinql | |||
Janr | New jack swing, Pop | |||
Dil | ingilis dili | |||
Müddət | 06:37 (HIStory), 05:13 (Ghosts) | |||
Prodüser | Maykl Cekson, Jimmy Jam & Terry Lewis və Teddy Riley | |||
Bəstəkar | Maykl Cekson (Ghosts), Maykl Cekson, James Harris III (HIStory) | |||
Sözlərin müəllifi | Teddy Riley (Ghosts), Terry Lewis (HIStory) | |||
Leybl | Epic Records | |||
Studiya | Epic Records | |||
Maykl Cekson sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
||||
|
HIStory Maykl Cekson, James Harris III və Terry Lewis tərəfindən bəstələnmiş, daha sonra Tony Moran tərəfindən remix edilmişdir. Orijinal versiyası kimi, Blood on the Dance Floor: HIStory in the Mix albomuna saxil olan versiyada da bir çox tarixi şəxslərin səslərindən istifadə olunmuş, onlardan sitatlar gətirilmişdir. Ghosts isə Maykl Cekson və Teddy Riley tərəfindən 1997-ci ildə yazılmışdır. Eyni zamanda hər iki mahnı üçün klip də çəklimişdir. Ghosts mahnsı Birləşmiş Krallıqda ilk beşliyə daxil olmuş, lakin bu uğurunu başqa heç bir ölkədə təkrarlaya bilməmişdir.
HIStory mahnsı 1995-ci ildə Maykl Cekson, James Harris III və Terry Lewis tərəfindən yazılmışdır. Mahnı Maykl Ceksonun HIStory albomuna daxil olan on üçüncü parçadır. Lakin o zaman mahnı sinql kimi satışa çıxarılmamışdı. Bir neçə musiqi kompozisiyasının qarışığından ibarət olan HIStory mahnısında, həmçinin bir çox tarixi şəxsiyyətlərin səslərindən də istifadə edilmişdir. Mahnının əvvəlində isə Maykl Ceksonun 1970-ci ildə verdiyi müsahibədən istifadə edilmişdir. Mahnıda istifadə edilmən musiqi parçaları "Beethoven Lives Upstairs" televiziya filmindən və "Şəkillər Sərgidə" əsərindən alınmışdır. Mahnıda müsahibələrindən istifadə edilən şəxslər isə Charles Lindbergh, Lowell Thomas, Hank Aaron, Edward Kennedy, Lou Gehrig, II Elizabeth, Malcolm X, Məhəmməd Əli, Şahzadə Margaret və Martin Luter Kingdir.
Sinql 1997-ci ildə satışa çıxarılan Blood on the Dance Floor: HIStory in the Mix albomundan olan ikinci sinqldır. HIStorynin remixini hazırlayarkən Tony Moran 1995-ci il səsyazmasından istifadə etmişdir. Mahnının remix versiyası "Tony Moran's HIStory Lesson" adlandırılmışdır.
Mahnıya çəkilən klip kresloda rahat uzanıb stereo eynək taxmış qadının klipi seyr etməsi səhnəsiylə başlayır. Mahnının klipi klub görüntüləri, divarlarda asılmış müxtəlif monitorlarda Maykl Cekson filmoqrafiyasına daxil olan In the Closet, "Don't Stop Till You Get Enough", "Scream/Childhood", "Black or White", "Jam", "Remember The Time", "Earth Song", "Man In The Mirror", "Say, Say, Say" kliplərin, Ghosts filminin və Bad World Tour turnesi çərçivəsində keçirilmiş konsertlərin görüntülərindən ibarətdir. Klip kresloda uzanan qadının stereo eynəyi gözündən çıxarması ilə yekunlaşır.
gay