Google AI

Google AI — "Google"un süni intellektə həsr olunmuş bölməsi.[1] Bu barədə CEO Sundar Piçay 2017-ci ildə keçirilən "Google I/O"da açıqlama vermişdir.[2]

Google AI
Ümumi məlumatlar
Sənaye süni intellekt
Təsis tarixi 2017
Struktur
Ana şirkət Google
ai.google

Bu bölmə Sürix, Paris, İsrailPekin kimi dünyanın müxtəlif yerlərində tədqiqat obyektləri ilə genişlənmişdir.[3] 2023-cü ildə "Google AI" yenidən təşkiletmə təşəbbüsünün bir hissəsi olmuş, bu zaman onun rəhbəri Cef Dini "Google"da baş alim vəzifəsinə qaldırılmışdır.[4] Bu yenidənqurma "Google Brain" və "Google"un 2014-cü ildə aldığı və şirkətin əsas tədqiqatından ayrı fəaliyyət göstərən, Birləşmiş Krallıqda yerləşən "DeepMind"in birləşməsini əhatə edirdi.[5] "Google" artıq süni intellekt mərkəzi olduğu üçün süni intellekt daha çox yayıldıqca bu bölmənin dəyər və performans olaraq artacağı proqnozlaşdırılır.[6]

  • "Google Brain": müxtəlif "Google" xidmətlərini təkmilləşdirmək üçün maşın öyrənməsi ilə süni intellekti inkişaf etdirən böyük törəmə müəssisə (məsələn, "Google Translate"də daha yaxşı tərcümə keyfiyyəti)
  • "Bard": PaLM modelinə əsaslanan çatbot.
  • "Google Assistant": 2023-cü ildən "Google AI" tərəfindən hazırlanmış virtual köməkçi proqram tətbiqi.
  • Maşın öyrənmə proqramını inkişaf etdirmək üçün bulud əsaslı TPU-lara xidmət göstərir.[7][8] TPU tədqiqat buludu açıq mənbəli maşın öyrənmə tədqiqatları ilə məşğul olan tədqiqatçılara bulud TPU-larının çoxluğuna pulsuz girişi təmin edir.[9]
  • "TensorFlow": maşın öyrənmə proqram kitabxanası.[10]
  • "Magenta": maşın öyrənməsinin yaradıcılıq prosesində bir vasitə kimi rolunu araşdıran dərin öyrənmə tədqiqat qrupu.[11] Komanda rəssamlara və musiqiçilərə süni intellektdən istifadə edərək proseslərini genişləndirməyə imkan verən bir çox açıq mənbəli layihələr buraxmışdır.[12] "Magenta"dan istifadə edərək musiqiçilər və bəstəkarlar daha aşağı qiymətə yüksək keyfiyyətli musiqi yarada bilər, bu da yeni sənətçilərin sənayeyə girməsini asanlaşdırır.[13]
  • "Sycamore": yeni 54 kubitlik proqramlaşdırıla bilən kvant prosessoru.[14]
  • "LaMDA": danışıq sinir dili modelləri ailəsi.[15]
  • Az təmsil olunan dillər üçün azad nitq resurslarının inkişafına artan ehtiyacı qarşılamaq üçün nəzərdə tutulmuş proqram.[16]
  1. Jhonsa, Eric. "Google Has an AI Lead and Is Putting It to Good Use". TheStreet.com. 18 May 2017. August 2, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2017.
  2. "Google I/O'17: Google Keynote". YouTube. Google Developers. July 20, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 May 2017.
  3. Daim, Tugrul U.; Meissner, Dirk. Innovation Management in the Intelligent World: Cases and Tools (ingilis). Cham, Switzerland: Springer Nature. 2020. 57–58. ISBN 978-3-030-58300-2.
  4. Bergen, Mark; Alba, Davey. "Google's Treasured AI Unit Gets Swept Up in 12,000 Job Cuts". Bloomberg.com (ingilis). 2023-01-20. February 13, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-22.
  5. Elias, Jennifer. "Read the internal memo Alphabet sent in merging A.I.-focused groups DeepMind and Google Brain". CNBC (ingilis). 2023-04-20. June 22, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-22.
  6. Elias, Jennifer. "Google points to many ways it can win in A.I. even as online ad market shows cracks". CNBC (ingilis). 2023-07-26. 2023-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-13.
  7. Bergen, Mark. "Google to Offer New AI 'Supercomputer' Chip Via Cloud". Bloomberg News. 17 May 2017. May 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2017.
  8. Vanian, Jonathan. "Google Hopes This New Technology Will Make Artificial Intelligence Smarter". Fortune. 17 May 2017. February 6, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2017.
  9. "TPU Research Cloud". sites.research.google. February 6, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2022.
  10. "TensorFlow – Google.ai". Google.ai. July 19, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 May 2017.
  11. "Magenta". Magenta.tensorflow.org. February 9, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 Feb 2019.
  12. "tenorflow/magenta". github.com. April 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 Feb 2019.
  13. "Google Magenta AI – Music Creation". DaayaLab. March 18, 2023. March 21, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 21, 2023.
  14. "Quantum Supremacy Using a Programmable Superconducting Processor". Google AI Blog (ingilis). October 24, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-01.
  15. Condon, Stephanie. "Google I/O 2021: Google unveils new conversational language model, LaMDA". ZDNet. May 18, 2021. May 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 12, 2022.
  16. Butryna, Alena; Chu, Shan Hui Cathy; Demirsahin, Isin; Gutkin, Alexander; Ha, Linne; He, Fei; Jansche, Martin; Johny, Cibu C.; Katanova, Anna; Kjartansson, Oddur; Li, Chen Fang; Sarin, Supheakmungkol; Oo, Yin May; Pipatsrisawat, Knot; Rivera, Clara E. "Google Crowdsourced Speech Corpora and Related Open-Source Resources for Low-Resource Languages and Dialects: An Overview" (PDF). 2019 UNESCO International Conference Language Technologies for All (LT4All): Enabling Linguistic Diversity and Multilingualism Worldwide. 4–6 December, Paris, France. 2019: 91–94. arXiv:2010.06778. January 22, 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: January 22, 2023.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]