Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hakimiyyət bölgüsü, Hakimiyyətlərin bölünməsi və ya Hakimiyyətlərin bölgüsü — dövlət hakimiyyəti nin bir-birindən müstəqil (bəzi hallarda bir-birinə nəzarəti zəruridir) üç dövlət hakimiyyəti qoluna : qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyətinə bolünməsini nəzərdə tutan siyasi-hüquqi nəzəriyyə. Nəzəriyyə Con Lokk, termin isə Monteskyö tərəfindən təklif edilib.
Monteskyenin irəli sürdüyü hakimiyyətlər bölgüsü siyasi cəmiyyətdə azadlığın yaşanması və idarəetmə gücünün sui-istifadəsini əngəlləməsi üçün hələ də aktual məsələdir və məcburi şərtdir. Monteskye bu prinsipi "Qanunların ruhu" adlı əsərində irəli sürüb. Lakin müəllif bu anlayışı ilk dəfə "İngilis Konstitusiyası" adlı əsərində "məhkəmə hakimiyyəti, qanunvericilik və icra hakimiyyətindən ayrılmayıbsa, azadlıqdan danışmaq mümkün deyildir" şəklində istifadə edib. Hakimiyyətlərin ayrılmasının səbəblərini isə Monteskye belə açıqlayır: insanın pis cəhətləri də vardır və iqtidarı əlində tutan şəxs bu hüquqlardan sui-istifadə edə bilər. Buna görə, iqtidarın sui-istifadəsinın qabağını almaq üçün iqtidarı iqtidarla durdurmaq lazımdır.[1]
Klassik mənada hakimiyyətlər bölgüsü hər kəsin əməl etməsi məcburi olan ümumi qaydaları qoyan parlamenti, bu qaydaları icra edən icra hakimiyyəti orqanını və bu qaydaların tətbiqindən yaranan mübahisələrin həlli üçün məhkəmə orqanının olmasını və bir-birindən ayrılmasını nəzərdə tutur.
Monteskyenin fikirləri bir çox hüquq və siyasət alimlərinin diqqətini çəkib. Bu fikirlər çox mübahisələndirilib və tənqid edilib. Dövlət gücünün bölünməzliyi, dövlət orqanları arasında isə mütləq mənada funksiya ayrılığının olması mümkün olmadığı kimi tənqidi fikirlər irəli sürülüb. Lakin bu nəzəriyyənin hüquqi deyil, siyasi nəzəriyyə olduğunu gözdən qaçırmaq olmaz. Bu səbəbə görə günümüzdə "hakimiyyətlər bölgüsünü" belə izah etmək olar: "Hegemonluq və ya dövlət gücü təkdir. Bu qüvvə dövlətin orqanları vasitəsilə cəmiyyət adından öz iradəsini fərdlər üzərində hakim etmək iqtidarıdır. Dövlət iqtidarının istifadəsində tətbiq edilən aktların forması və tərkibi bir-birindən nə qədər fərqli olsa da, bütün bu aktlar nəticədə dövlət iradəsinin təzahüründən başqa bir şey deyil. Dövlət gücü isə tək və bölünməzdir. Ancaq bu gücün birdən çox olan funksiyaları və yenə birdən çox olan orqanlarını ayırmaq gərəkdir. Hakimiyyətin funksiyaları bu iqtidarın müxtəlif təzahür şəkilləri, müxtəlif istifadə növləridir. Məsələn, qanun qəbul etmək dövlət gücünün istifadə formalarından biridir, hakimiyyət funksiyasıdır. Hakimiyyət orqanları isə hakimiyyətin müxtəlif funksiyala-rını yerinə yetirməyə səlahiyyəti olan vəzifəli şəxslər və ya qurumlardır."
Digər tərəfdən, bəzi hallarda hakimiyyət orqanlarının özlərinə aid olmayan səlahiyyətlərdən istifadə etdiklərini də görmək olar. Misal olaraq, bəzən parlament icra funksiyasını üzərinə götürür, müəyyən bir hadisəni araşdırmaq üçün təhqiqat komissiyaları qurur; məhkəmə orqanları plenum qərarları ilə qayda qoyur; yenə icra hakimiyyəti orqanı da normativ aktlarla qayda qoyduqları kimi, inzibati cəza verməklə sanki mühakimə işini aparırlar.[2]
Başqa tənqidi fikir ondan ibarətdir ki, hakimiyyətlər bölgüsü plüralist rejim-lərdəki bəzi hadisələrlə uyğun gəlmir. Həqiqətən də bu nəzəriyyə irəli sürüləndə siyasi partiyalar hələ ki, formalaşmamışdı. Yada salmalıyıq ki, nəzə-riyyənin məqsədi hakimiyyətlər arasında balans quraraq liberal rejimin bərqərar olmasını təmin etmək idi. Halbuki partiya sistemi hakimiyyətlər bölgüsünün səviyyəsinə ciddi təsir göstərir. Günümüzdə isə sistemin liberallığı icra/ qanunvericilik bölgüsünə görə deyil, iqtidar/müxalifət bölgüsünə görə aparılır. Partiyaların hakimiyyətlər bölgüsü üzərindəki təsiri isə təkcə sayları deyil, eyni zamanda daxili quruluşları və qarşılıqlı gücləri ilə də ortaya çıxır. Bu səbəbə görə modern hakimiyyətlər bölgüsü konstitusion müddəalardan yaranan hakimiyyətlər bölgüsü ilə partiya sistemindən yaranan hakimiyyətlər bölgüsünün toplamından yaranır.[3]
Monteskyenin görüşlərinin günümüzə qədər olan təsiri inkar edilə bilməz. Qanunvericilik, icra və məhkəmə şəklində üçlü ayırım müasir dövrün lap əvvə-lində dövlət quruluşuna təsir göstərib, bugünkü mənada üçlü bölünməyə səbəb olub. Ayrıca normativ kimi də belə üçlü bir ayırımın praqmatik bir şey olduğu, azadlığı, ədaləti və "gücü məhdud" dövləti ortaya çıxaracağı qəbul edilir. Demək olar ki, müstəqil hakimiyyətlər düşünülmüş şəkildə yaradılıb. Buna görə haki-miyyətlər bölgüsü yalnız bir tədqiqat, özəlliklə İngiltərə sisteminin analizi nəticəsində deyil, belə bölgünün faydalı olacağı fikrindən ortaya çıxıb. Mon-teskyenin federalizm və hakimiyyətlər bölgüsünə dair görüşləri ABŞ konstitu-siya sisteminə təsir göstərib; onun görüşlərində "dövlət sosializminin" ilk izlərinə rast gəlinir. Digər tərəfdən, modern siyasi fikir adamlarından Sartori də "Demokratiya nəzəriyyəsinə geriyə dönüş" adlı əsərində yazır: "…İqtidar məsələsinə demokratik həll yolu nə ola bilər? …Edə biləcəyimiz ən yaxşı şey döv-lətin iqtidarını azaltmaqdır və bunu etmənin ən etibarlı yolu iqtidarı yaymaqdır. Xüsusən, iqtidara əks bir iqtidarla nəzarət edilə bilsə, yəni iqtidar başqa bir iqtidarla təsirsizləşdirilsə çox güclü iqtidarlar yaranmaz… deyərək Sartori haki-miyyətlər bölgüsü nəzəriyyəsinə yaxınlaşır.[4]
Klassik mənadan fərqli olaraq hüquqi dövlətdə hakimiyyətlər bölgüsünün əhəmiyyəti bir az fərqlidir. İcra hakimiyyətinin geniş qayda qoyma səlahiyyəti, siyasi partiyaların icra-qanunvericilik orqanlarını yaxınlaşdırması kimi faktorlar nəzərə alınsa, məhkəmə orqanının bu iki hakimiyyət qarşısında müstəqilliyi böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, bu prinsipin günümüzdə əhəmiyyətli xüsusiyyəti bundan ibarətdir ki, bunsuz hüquqi dövlətin çox əhəmiyyətli başqa şərtləri ("adminis-trasiya üzərində məhkəmə nəzarəti", "idarəetmədə qanunçuluq" və "idarəetmə orqanlarının maddi-məsuliyyəti" kimi) imkansız və təsiriz qalacaqdır.
Mövzuya Azərbaycan baxımından toxunsaq, 1995-ci il tarixli Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin hakimiyyətlər bölgüsü prinsi-pini mənimsədiyini, hakimiyyətlərin birgə fəaliyyət göstərmələrinin tələb olun-duğunu və müstəqil olduqlarını görərik. Yenə də faktiki olaraq məsələyə icra – qanunvericilik – məhkəmə orqanlarının statusu baxımından yanaşsaq, Azərbaycan Konstitusiyasının icra hakimiyyətini əhəmiyyətli dərəcədə gücləndirdiyini və ona imtiyaz verdiyini görərik. İcra hakimiyyətinin üstünlüyünün özəlliklə məhkəmə hakimiyyəti üzərində olduğu da gözə dəyir. Bunun haqqında aşağıda şərh veriləcək. Azərbaycanda icra hakimiyyəti – parlament balansı baxımından isə belə vəziyyət yaranıb: millət vəkilləri müstəqil namizədlərdən mütləq majoritar qaydada seçilir . Parlamentin əlində icra hakimiyyətinə qarşı istifadə edə biləcəyi təsirli bir silahı da var – Nazirlər Kabinetinə etimadsızlıq rəyi bildirməklə NK-ni istefaya göndərmək səlahiyyəti. İndiki faktiki vəziyyət icra hakimiyyətinin üstünlüyü adlana bilsə də, siyasi ortamın dəyişməsi parlamentin üstünlüyünə yol aça bilər. Maraqlı olan budur ki, Azərbaycanda parlament çoxluğu ilə Prezident fərqli siyasi görüşləri təmsil etsələr, belə hal siyasi sistemin sabitliyini təhlükəyə atacaqmı? Milli Məclis Nazirlər Kabinetinə etimadsızlıq rəyi bildirib istefaya mütəmadi olaraq göndərməyə başlasa, Prezidentin edə biləcəyi tək şey, Baş nazir və bir neçə əhəmiyyətsiz nazirliklərin rəhbəri postunu müxalifət partiyalarına güzəştə getməkdir. Kabinetin tamamilə (güc nazirirlikləri də daxil olmaqla) müxalif partiyaya buraxılması siyasi böhrana səbəb ola bilər.[5]
Bəzi Avropa ölkələri və Tayvanda əlavə olaraq qanun səviyyəsində dövlət hakimiyyətinin nəzarət, imtahan, hüquq, təsis və seçki qollarını da ayırırlar.
Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında aşağıdakı formada təşkil edilir:[6]