Hər bir insan hökmdardır — Rövşən Abdullaoğlunun "Psixoloji kitablar silsiləsində" yazdığı və 2012-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər.[1]
Hər bir insan hökmdardır | |
---|---|
Hər bir insan hökmdardır | |
| |
Müəllif | Rövşən Abdullaoğlu |
Janrlar | Psixologiya, motivasiya |
Orijinalın dili | Azərbaycanca |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 2012 |
Seriya | Psixoloji kitablar silsiləsi |
Nəşriyyat | Qədim Qala |
Səhifə | 224 |
ISBN | ISBN 978-9952-8175-6-0 |
Var-dövlət içində üzən insanın batini mənfi narahatedici fikirlər və əzabverici hislərlə doludursa, o, yenə də özünü dünyanın ən kasıb, miskin insanı kimi hiss edəcəkdir. O, hər nə qədər böyük alınmaz qəsrlərdə yaşasa belə, yenə də Somalidə küçədə yatan, lakin ruhu gələcəyə ümidlə dolu olan, müsbət düşüncələrlə yaşayan gəncdən daha çox özünü evsiz-eşiksiz biri kimi hiss edəcəkdir…
Batini yoxsulluqdan azad olan ən az vasitələrlə varlı olacaqdır. Batini yoxsul olan kəs isə dünya sərvətinin üzərində otursa belə, yenə də kasıbdır.[1]
Kitab azərbaycan dilində 4 dəfə — 2012, 2013, 2015 və 2017-ci illərdə təkrar nəşr olunub.[1]
Kitabevim. AZ kitab mağazasının 2016-cı ildə ən çox satılan 30 bədii, uşaq və tərcümə ədəbiyyatı kitablarının siyahısında "Bədii (Çağdaş Azərbaycan Ədəbiyyatı silsiləsi üzrə)" kateqoriyası üzrə 25-ci olub.[2][3][4]