Həsən Hüseyn oğlu Kərimov (28 may 1954, Köçəsgər, Ağstafa rayonu – 20 noyabr 2015, Bakı) — Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədri, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı.
Həsən Kərimov | |
---|---|
2009 – 20 noyabr 2015 | |
Əvvəlki | Qulamhüseyn Əlibəyli |
Sonrakı | Nurəddin Məmmədli[1] |
10 avqust 1992 – 12 iyul 1993 | |
Əvvəlki | Tofiq Əliyev |
Sonrakı | Rüstəm Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 may 1954 |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 2015 (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həsən Kərimov 28 may 1954-cü ildə Qazax rayonunun Köçəsgər kəndində anadan olmuşdur.[2]
Onun oğlu İftixar Kərimov 2009-cu ildə vəfat etmiş, ardınca digər oğlu Rəşad Kərimov itkin düşmüşdür. Daha sonra Rəşad Kərimovun öldüyü və naməlum şəxs olaraq dəfn olunduğu məlum olmuşdur.[3]
Həsən Kərimov 2011-ci ildə Mərkəzi Klinik Xəstəxanada ürəyi ilə bağlı müalicə almışdır. 23 sentyabr 2013-cü ildə Həsən Kərimovun səhhəti kəskin pisləşmiş və o, kəskin ürək ağrıları səbəbi ilə Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yatırılmışdır. O, 2013-cü ilədək 3 dəfə infarkt keçirmişdir.[4] O, 2015-ci ilədək ürəyi ilə bağlı problemlər yaşamış, 20 noyabr 2015-ci ildə ürək xəstəliyi səbəbindən ölmüşdür.[5] Onun cənazəsi Yeni Günəşli qəsəbəsində dəfn edilmişdir.[6]
Həsən Kərimov 10 avqust 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 119 nömrəli fərmanı ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.[7] O, 12 iyul 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 679 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[8]
Həsən Kərimov Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmuşdur. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilat şöbəsinin müdiri, sədr müavini kimi postlarını tutmuş, 2009-cu ildə isə partiya Ali Məclisinin sədri seçilmişdir.[9] O ölənədək bu vəzifəni icra etmişdir.
Həsən Kərimov 2005-ci parlament seçkilərində Azadlıq Blokunun 29 saylı Səbail seçki dairəsi üzrə deputatlığa vahid namizədi olmuşdur. O seçkilərdə bitərəf namizəd Fuad Muradova məğlub olmuşdur.[10]
Həsən Kərimov 2010-cu il parlament seçkilərində "AXCP-Müsavat" Seçki Blokunun 29 saylı Səbail seçki dairəsi üzrə deputatlığa vahid namizədi olmuşdur.[11] O, seçkilərdə 1779 səs (9,17%) toplayaraq bitərəf namizəd Fuad Muradovun ardınca seçkiləri ikinci sırada tamamlamışdır.[12]