Qurban Həsən oğlu Əliyev (22 iyun 1921, Çita – 30 mart 2008, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1971–1987), 26 Bakı Komissarları Rayon Partiya Komitəsinin birinci katibi (1961–1971), Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor.
Qurban Əliyev | |
---|---|
28 iyun 1971 – 7 iyul 1987 | |
Əvvəlki | Danil Quliyev |
Sonrakı | Ağalar Abbasbəyli |
1961 – 1971 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 iyun 1921 |
Doğum yeri | |
Vəfat tarixi | 30 mart 2008 (86 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Qurban Əliyev 1921-ci il iyun ayının 22-də Rusiya Federasiyasının Zabaykalye vilayətinin Çita şəhərində anadan olmuşdur. 1932-ci ildə Əliyevlər ailəsi Bakıya köçdükdən sonra o, 1941-ci ildə 6 nömrəli məktəbi bitirmişdir. Qurban Əliyev həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olaraq, 1946-cı ilədək müalicə və profilaktika fakültəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1946-cı ildə Xızı rayonunda kənd xəstəxanasında həkim kimi başlayan Qurban Əliyev 1948–1961-ci illərdə Tibb İşçiləri Həmkarlar İttifaqı Təşkilatının Respublika Komitəsində şöbə müdiri, məsul katib və sədr vəzifələrində işləmişdir. 1961–1971-ci illərdə Bakı şəhərində keçmiş 26 Bakı komissarı adına rayon partiya komitəsinin birinci katibi, 1971–1987-ci illərdə isə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri vəzifələrində çalışmışdır.
O, altı çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.
Uzun illər boyu səmərəli elmi və pedaqoji fəaliyyətlə məşğul olan Qurban Əliyev 1959-cu ildə namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1949-cu ildən etibarən davamlı olaraq respublikada tibb mütəxəssislərinin hazırlanması sahəsində çalışaraq, ömrünün son illərinədək Azərbaycan Dövlət Tibb Universitetində laborant, assistent, dosent və professor vəzifələrini tutmuşdur.
Qurban Əliyev kurortologiya və tibb xidmətinin təşkilinə dair bir neçə monoqrafiyanın, elmi məqalə və metodik vəsaitlərin müəllifidir.
O, 1966-cı ildə respublikanın əməkdar həkimi adına layiq görülmüş, bir sıra orden və medallarla təltif olunmuşdur. Qurban Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Qurban Həsən oğlu Əliyev 2008-ci il martın 30-da ömrünün 87-ci ilində vəfat etmişdir.[1]