Həsənqala (Qusar)

HəsənqalaAzərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Qusar rayonunun 7 türk kəndindən biri

Həsənqala
41°27′11″ şm. e. 48°29′34″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qusar
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 508 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.200 nəf.
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 02338-98
Xəritəni göstər/gizlə
Həsənqala xəritədə
Həsənqala
Həsənqala

Şirvanşahlar dövründən (861-1539) bilinən “Həsənqələli” oykonimi ərazidəki eyniadlı qədim qalanın adından yaranmışdır. Qafqaz albanlarının yaşadığı bu ərazilərə 8-ci əsrdə ərəblər tərəfindən əsir götürülmüş bir neçə yüz xəzər türkü də yerləşdirilmişdi. Qəbristanlığında 300-400 il öncəyə aid məzar daşları olan bu kənd və əhalisi haqqında 1831-ci il siyahıyaalmasında (61 ailə, 225 kişi) və 1857-ci il Qafqaz təqvimində də qeydlər vardır. Çar Rusiyasına qarşı 1826-cı il üsyanında da yaxından iştirak etmiş Həsənqala kəndi ərazisində arxeoloji qazıntılar aparılarsa tarixi keçmişi barədə daha dəlil-sübutlu məlumatlar əldə etmək olardı. Bu kəndləri Osmanlı-Səfəvi müharibəsi (1578-90) dövründən qalma sayanlar da var. 1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının nəticələrinə görə Həsən-qala kəndinin 68 təsərrüfatında 247 nəfər yaşayırdı və sakinlərinin milli tərkibi Azərbaycan türklərindən ibarət idi. 2009-cu ilin əhali siyahıyaalınmasına əsasən kənddə 931 nəfər yaşayırdı. Son məlumatlara görə isə kənddə qeydiyyatda olanların sayı 1200 nəfərdən artıqdır. O cümlədən, onların 1000 nəfərə yaxını kənddə daimi yaşayır. Kənddə 270-ə qədər yaşayış evi, 300-ə yaxın təsərrüfat vardır.

Kənddə 18-ci əsrə aid məscid, birinci şəhidin (A.Şixməmmədov) adını daşıyan tam orta məktəb və 7 il öncə tikilmiş klub və s. fəaliyyət göstərir.Kəndin tarixi kökləri Türkiyənin Ərzurum şəhərində yerləşən Hasan- kale qəsəbəsinə gedib çatir.

Həsənqala kəndi rayon mərkəzindən 6 km şərqdə yerləşir və Bala Qusar bələdiyyəsinə aid olan 4 kənddən biridir (digərləri: Bala Qusar, Köhnə Xudat qazmalar, Bədirqala). Həsənqala kəndi şərqdən Bala Qusar, şimaldan Bala Qusar və Bədirqala, qərbdən Atlıxan, AvaranqışlaqQuba rayonunun Susayqışlaq, cənubdan Qusarçay vasitəsilə Quba rayonunun Ortaoba, Aşağı XucÇartəpə kəndləri ilə əhatələnmişdir. Kəndin ərazisi əsasən qara və tünd qəhvəyi torpaqlardan ibarətdir. Qışı üçün sərt və rütubətli, yayı üçün isə isti və quraq iqlim şəraiti xarakterikdir. Kəndin ümumi ərazisi təxminən 15 kv.km., o cümlədən, yaşayış ərazisi 5 kv.km., əkin ərazisi 10 kv.km. civarındadır. Kəndin ümumi ərazisi Qusar rayonu ərazisinin 1%-ni təşkil edir. Demək olar ki, sitrus meyvələrindən və bəzi tərəvəzlərdən başqa əksər meyvə və tərəvəzlər, hətta bostan bitkiləri belə, kəndin torpaq və iqlim şəraiti üçün xarakterikdir.

Oykonim ərazidəki eyniadlı qədim qalanın adından yaranmışdır. [1]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 931 nəfər yaşayır.[2] Son məlumatlara görə isə kənddə qeydiyyatda olanların sayı 1200 nəfərdən artıqdır. O cümlədən, 1000 nəfərə qədəri kənddə daimi yaşayır. Kənddə 270-ə qədər yaşayış evi vardır. Kənd əhalisinin demək olar ki, hamısı azərbaycanlılardır.

Kəndin dörd şəhidi var. Birinci Qarabağ döyüşlərində şəhid olmuş

  • Hacıyev Vüqar Fərhad oğlu
  • İsmayılov Firdovsi Şixaydın oğlu
  • Şixməmmədov Ağamməd Şixəmməd oğlu[3]

İkinci Qarabağ döyüşlərində şəhid olmuş

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-Qərb, 2007, səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: 2010, səh.629
  3. "Arxivlənmiş surət". 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-22.