Hacı Süleyman İrəvani

Hacı Süleyman ibn Salman Qacar İrəvani — XVIII əsrdə yaşamış görkəmli Azərbaycan həkimi və alimi.

Hacı Süleyman İrəvani
Doğum yeri

600-dən artıq dərman bitki növünü təsvir etmiş Hacı Süleyman Qacar İrəvani Azərbaycanın siyasi və mədəni tarixində mühüm rol oynayan və İrəvan xanlığını idarə edən Qacar nəslinin nümayəndəsi idi.

O, Azərbaycanın məşhur mədəniyyət mərkəzi olmuş İrəvan xanlığının paytaxtı İrəvan şəhərində anadan olmuşdur.

Onun fars dilində yazdığı "Fəvaidül-hikmət" ("Hikmətin faydası") əsəri nəinki Azərbaycanda, eləcə də Orta Asiyaİranda böyük şöhrət qazanmışdı. Bu kitab orta əsr əczaçılıq ensiklopediyasıdır və minlərcə dərman bitkisinin, heyvan və mineralın müalicəvi keyfiyyətlərindən bəhs edir. "Fəvaidül-hikmət" əsərinin nadir əlyazma nüsxələri AMEA Əlyazmalar İnstitutunda və eləcə də İran və Misirdə saxlanılır.

Bəzi kataloqlarda onun adı "Kitabül-hikmət" ("Hikmət kitabı") kimi də göstərilir. Kitab iki hissədən ibarətdir. Birinci hissədə dərman xassələrinin əlifba sırası ilə siyahısı verilib. İkinci hissə isə orta əsr farmakoloji terminlərin izahlı lüğətidir. Burada bitki, heyvan və mineralların Azərbaycan, türk, ərəb, fars, yunan, çin, hind və başqa dillərdə adları verilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]