Təbabət və əczaçılıq işi üzrə orta əsr əlyazmaları (AMEA Əlyazmalar İnstitutu)

Mənsur ibn Məhəmmədin Kifayeyi-Mənsuri əsərində (1653) insan skeleti

Təbabət və əczaçılıq işi üzrə orta əsr əlyazmalarıBakıdakı Məhəmməd Füzuli adına AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Kolleksiyada təqribən 12 minə yaxın əlyazma var və bu sənəd irsinin əhəmiyyətli bir parçasıdır. Aşkar edilib ki, burada təbabət və əczaçılıqla bağlı 363 orta əsr əlyazması və 27 çap edilmiş qədim kitab vardır. Bunların 222-i fars dilində, 71-i türk dilində (qədim azəri dili və qədim türk dili), 70-i ərəb dilindədir.[1] 2005-ci ildə əlyazmalardan üçü — İbn Sinanın "Tibb elminin qanunu" əsəri (II cild), Rüstəm Curcaninin "Nizamşahın ehtiyatları" əsəri, Əbu Əl-Qasım Əl-Zəhrəvinin "Əl-Məqalə əs-Sələsun" əsəri Azərbaycanda YUNESCO-un Dünya Sənəd İrsi "Dünyanın yaddaşı" siyahısına (ing. Memory of the World) daxil edilib.[2][3]

Ümumi informasiya

[redaktə | mənbəni redaktə et]

AMEA Əlyazmalar İnstitutunun toplusuna 222-i fars dilində, 71-i türk dilində (qədim azəri dili və qədim türk dili), 70-i ərəb dilində olmaqla 363 təbabət və əczaçılıqla bağlı orta əsr əlyazması daxildir.[1] Buradakı ən qədim əlyazmalardan biri İbn Sinanın "Tibb elminin qanunu" əsəridir. Bu əlyazmanın nüsxəsi 1143-cü ildə Bağdadda hazırlanıb[3] və 1956-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının respublika fonduna verilib. Onunla birlikdə Qanunun 1259-cu ildə yenidən yazılmış ikinci əlyazması fonda təqdim edilib. Bu əlyazma daha bütövdür və Qanunun ikinci cildinin üçüncü, dördüncü və beşinci kitablarını göstərir. Bu əlyazmanı köçürən XIII əsrin məşhur həkimi Mənsur ibn İbrahim ibn Əbu Səid Xəmədandır. Bu əlyazmalar yaxşı qorunmuşdur. XIX əsrdən bəri bu əlyazmalar Azərbaycan (Şuşa) həkimi Qayıbovun ailəsində nəsildən nəsilə keçərək saxlanmışdır.[4] Akademiyanın fondunda həmçinin ХIII əsrin sonlarında yazılan ilk "Qanun" kitabı var və bu kitab Şiraz həkimi Qütbəddinin "Qanunu"su və "Şəfa kitabı"nın əlyazmasının şərhidir.[5]

AMEA Əlyazmalar İnstitutunda Məhəmməd Bərgüşadinin "Tibbi Nəbivi" (orta əsrlərin sonu) və Nəcəfqulu Məşədi Həmid oğlunun "Risaleyi-tibb" əlyazmaları

Əlyazmalar institutunun kolleksiyasında olan fars dilindəki məşhur orta əsr əlyazmaları bunlardır: Hacı Zeynalabdin Attarın "İxtiyarat-i Bədii" əsəri (XVIII əsrdə köçürülüb), Mənsur bin İlyasın "Kifayət-i Mücahidə" əsəri (1653-cü ildə köçürülüb), Məhəmməd Möminin "Tuhfat əl-Möminin" əsəri (1713-cü ildə köçürülüb) və s.[3]

Təbabətlə bağlı bir çox kitablar XIV–XIX əsrə aiddir: Yusif bin İsmail Xoyinin "Cam əl-Bağdadi" əsəri (bu kitabın orjinalı 1311-ci ildə ərəbcə yazılıb, ancaq Əlyazmalar institutunun kolleksiyasında bu kitabın orta əsrlərdə farsca tərcüməsi var), Əbdülməcid Təbibin "Kitab əl-Müdavət" əsəri, Həsən bin Rza Şirvaninin "Sirac ət-Tibb" əsəri, Hacı Süleyman Qacar İrəvaninin "Fəvaid əl-Hikmət" əsəri, Əbülhəsən Marağayinin "Müalicati Münfəridə" əsəri, Murtuza Qulu xan Şamlu Ərdəbilinin "Xirqə" əsəri və s.[3]

İnstitutda həmçinin təbabətlə bağlı ərəbcə, farsca, azərbaycanca, türkcə əlyazmaların nüsxələri var: 1669-cu ildə yazılmış Məhəmməd Möminin "Tuhfat əl-Möminin" əsəri (33 bütöv və yarımçıq nüsxə), 1728-ci ildə yazılmış Məhəmməd Mehdinin "Zəd əl-Müsafirin" əsəri (13 nüsxə), 1586/7–1628/9-cu illərə aid Müzəffər bin Məhəmməd Şəfainin "Qarabadin" əsəri (9 nüsxə), 1368-ci ildə yazılmış Hacı Zeynalabdin Attarın "İxtiyari Bədii" əsəri (5 nüsxə).[6] Bu əlyazmalar içində dünya əhəmiyyətli bəzi nadir və dəyərli nümunələr var.[3]

İnstitutdakı orta əsr əlyazmalarının çoxu XIX və XX əsr alimləri və filosoflarının şəxsi kolleksiyasından gəlir. Bunlara Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Əbdülqani Əfəndi Xalisagarizadə, Hüseyn Əfəndi Qayıbov, Bəhmən mirzə Qovanlı-Qacar, Mir Möhsün Nəvvab daxildir. İnstitut Azərbaycanın hər yerindən əlyazmaları, nadir kitabları və tarixi sənədləri toplamağa davam edir.[1]

Xüsusi mövzudakı sənədlərin kolleksiyası

[redaktə | mənbəni redaktə et]

Əlyazmalardan üçü — fars mənşəli alim İbn Sinanın "Tibb elminin qanunu" əsərinin II cildi, fars mənşəli həkim Rüstəm Curcaninin "Nizamşahın ehtiyatları" əsəri, ərəb mənşəli həkim və alim Əbu Əl-Qasım Əl-Zəhrəvinin "əl-Məqalə əs-Sələsun" əsəri Azərbaycanda YUNESCO-un Dünya Sənəd İrsi "Dünyanın yaddaşı" siyahısına daxil edilib.

Ərəb və fars əlyazmalarının toplusu

[redaktə | mənbəni redaktə et]

Nizamşahın ehtiyatları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Zəxireyi-Nizamşahi

Rüstəm Curcaninin "Nizamşahın ehtiyatları" əsəri orijinal əsər olmaqla bərabər məşhur XII əsr Mərkəz Asiya müəllifi Zeynaddin ibn Əbu İbrahim Curcaninin "Xarəzmşahın ehtiyatları" əsərinə oxşayır. Bu əlyazma nadirdir və dünyanın digər əlyazma anbarlarında tapılmamışdır. Hər halda dünyadakı bilinən digər kataloqlarında bu ada rast gəlinməyib. Yazılma ili məlum olmasa da, əlyazma XVI əsrdə (Hicrə ilə 954) köçürülüb.

Kitab tibbi bitkilərin, heyvandan alınan maddələrin, mineralların və mürəkkəb dərmanların əczaçılıq üzrə xüsusiyyətlərinin təsvirini verir. Bu kitab farsca danışan və ya fars dilinin istifadə edildiyi ölkələrdə təbabət və əczaçılığın inkişafına təkan verib. Azərbaycanda bu kitab qismən tədqiq edilib. Əsər əlyazma şəklində qalıb və hələ də tərcümə və çap edilməyib.

Əlyazma Nəstəliq xətti ilə ağ kağızda qara mürəkkəb ilə yazılıb. Başlıqlar qırmızı mürəkkəb ilə yazılıb. Cildlənməsi qara dəridəndir. İlk səhifə ornamentlə naxışlanıb.[3]

Rüstəm Curcaninin "Nizamşahın ehtiyatları" əsərinin əlyazmasının XVI əsr nüsxəsi

Tibb elminin qanunu

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Əl-qanun fit-tibb

Bu əlyazma Azərbaycanda "Qanun" əsərinin ən qədim əlyazmasıdır və dünyada ən qədim əlyazmalardan biridir. Əlyazma 1143-cü ildə (Hicrə ilə 537) Bağdadda köçürülüb. Tibb elminin qanunu əsəri əczaçılıq və təbabət sahəsindəki ən qədim kitablardan biridir. İkinci kitab əsasən əczaçılığa həsr edilib. O, yüzlərlə təbii dərmanın əczaçılıq baxımından təsvirini verir: bitkilər, minerallar və heyvanlardan alınan maddələr. Bu əlyazmanın nadir olmasının səbəbi əsərin ən qədim əlyazmalarından biri olmasıdır, hansı ki, müəllifin ölümündən 104 il sonra köçürülüb. Tibb elminin qanunu əsərinin ikinci cildi Bakı əlyazmasından özbək və rus dilinə tərcümə edilib.

Əlyazma qalın ağ kağız üzərində yazılıb. Mətndə qara, başlıqlarda qırmızı mürəkkəbdən istifadə edilib.[3]

İbn Sinanın "Tibb elminin qanunu" əsərinin XII əsr əlyazmasının nüsxəsi

Əl-Məqalə əs-Sələsun

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Əl-məqələtus-səlasim

Bu əlyazma ərəbcə yazılmışdır və "Cərrahiyyə və cərrahi alətlər" haqqında yazılan ümumi kitabın cildlərindən biridir. Nadir əlyazma dünyada bu kitabın ən nadir və ən qədim əlyazmalarından biridir. Kitabda təxminən 200 tibbi cərrahi alətin şəkli var. Zəhrəvi (1013-cü ildə ölüb) bu qədər çox cərrahi alətin şəklini təqdim edən tək orta əsrlər müəllifidir və onların tətbiqini də izah edir. Bakı əlyazmasının faksimilesi və rus dilinə tərcüməsi 1983-cü ildə Moskvada Professor Ziya Bünyadov tərəfindən edilib.

XI əsr kitabının XIII əsr nüsxəsi olan bu kitab filiqranlarla nazik ağ kağız üzərində qara mürəkkəb ilə yazılıb. Fəsillərin başlıqları qalın hərflərlə yazılıb.[3]

Əbu Əl-Qasım Əl-Zəhrəvinin "Əl-Məqalə əs-Sələsun" əsərinin əlyazmasının XIII əsr nüsxəsi
  1. 1 2 3 Medieval Medical Manuscripts from Baku in the Memory of the World Programme of UNESCO. Biomedicine International. 2010. 2015-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-26.
  2. "Ancient medical manuscripts of Azerbaijan in UNESCO's World Memory Register". İstifadə tarixi: 2015-06-22.[ölü keçid]
  3. 1 2 3 4 5 6 7 8 "Средневековые рукописи по медицине и аптечному делу". unesco.org. 2012-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
  4. Редкие рукописи по медицине. Советское здравоохранение, Том 17: Государственное издательство медицинской литературы. 1958.
  5. Ибн Сина (Авиценна) 980-1037. М.: = Наука.
  6. Акиф Фарзалиев, Фарид Алекперов. Средневековые азербайджанские трактаты по медицине. Мухаммед Юсиф Ширвани Тиббнаме (Медицинская книга); Мухаммед Мумин. Тухфат аль-Му‘минин (Дары Мумина). — СПб.: Издательство Санкт-Петербургского университета, 2002. — С. 6. — 210 с.