On altı barbar (çarlıqlar)


Çin tarixi
Çin tarixi
Mədəniyyət • Din • Fəlsəfə • Mifologiyası
Dao  • Daosizm  • Leqizm  • Tao Te Çinq  • Konfutsiçilik  • Kon Fu Dzı  • Lao-tszı  • Moizm  • Mo-tszı  • İn və Yan  • Li  • 36 stratagem  • Citkundo  • Kunq-fu  • Tay çi çuan  • Uşu  • Vin Çun  • Dim Mak  • Şaolin
Üç hökmdar və beş imperator
Sya sülaləsi
Şan sülaləsi
Çjou sülaləsi
Şərqi Çjou Yaz-Payız
Döyüşən çarlıqlar

Xəta: Şəkil etibarsızdır və ya mövcud deyil.

Sin sülaləsi
Çu sülaləsi — qarışıq dövr
Han sülaləsi
Qərbi Han
Sin sülaləsi, Van Man
Şərqi Han
Üç çarlıq
Vey
Şu U
Qərbi Çzin
16 barbar Şərqi Çzin
Cənub və Şimal sülalələri
Suy sülaləsi
Tan sülaləsi
Çin Respublikası

On altı barbar çarlıqları (çin. 十六国, pinyin: shí liù guó) — Qədim Çinin ərazisində 304 - 439-cu illərdə Şimali Çinin çökməsindən meydana çıxmış konqlomerat dövlətlər.

Barbar çarlıqlara Çen, Şimali Xan, Sonrakı Çjao, Erkən Lyan, Sonrakı Lyan, Qərbi Lyan, Şimali Lyan, Cənubi Lyan, Erkən Tsin, Sonrakı Tsin, Qərbi Tsin, Erkən Yan, Sonrakı Yan, Şimali Yan, Cənubi YanSya aiddirlər. Bu dövrlərdə həmin ərazilərdə, eyni zamanda Jan Vey, Qərbi Şu, Qərbi yan, Duan, Yuven, Çouçi, Erkən VeyDay dövlətləri mövcud olsalar da tarixçilər onları 16 barbarlara aid etmirlər.

Hunlara aid ilk tarixi mənbələr Çin mənbələridir. E.ə. 244-cü ildə adı çəkilən hunlar Çin sərhədlərinə axınlar edirdilər. Buna görə 29 il sonra Sin Şi Xuandi Böyük Çin Səddini çəkdirdi. Sin Şi Xuandinin əmrilə hunlara hücum edən Menq Tyan adlı general hun hökmdarı Tumanı məğlub edərək qovur. Teomandan sonra taxta keçən Mete xaqan hakimiyyətinin ikinci ilində şərq qonşuları olan Tunqhuların torpağını işğal edərək konfederasiyanın tərkibinə qatdı. E.ə. 202-ci ildə Çində Xan sülaləsi hakimiyyətə keçdi. Xan sülaləsindən ilk hökmdar olan Qao-tszu hunlara qarşı 400.000 nəfərlik orduyla yürüş edərək Peteng dağı yaxınlığında pusquya düşdü. 7 gün ac-susuz mühasirədə qalan imperator məcbur olub sülh bağladı. Sülhün şərtlərinə əsasən imperatorun qızı həmişə hun imperatoru ilə evlənəcəkdi. Bu sülh şəraiti 60 il çəkdi. 176-cı ildə Qansunu işğal edən hunları vusunları burdan qovdular. Eramızdan əvvəl 133-cü ildə yenə müharibə baş verdi. Bu dəfə Xan sülaləsinin yeddinci imperatoru Vu Mete xanın nəvəsi Günçeni tələyə salmaq istəsə də hunlar tələdən qaçmağı bacardılar. Növbəti müharibə 14 il sonra baş verdi. Bu döyüşdə sayca az olan Hunlar böyük məğlubiyyətə uğradılar. Eramızdan 60-cı ildə Hunlar arasında vətəndaş müharibəsi baş verdi, taxta 4 namizəd vardı. Bu namizədlərin hamısı öldürüldü. Yerdə qalan tək namizəd olan Çiçi də hakimiyyətə iddia edirdi, qardaşı Huxanye isə Çindən kömək istədi. Həlledici döyüşdə Roma İmperiyasından əsir götürülmüş əsgərlərdən yardım alan Çiçi məğlub edildi. Eramızın 24-cü ilində Huduerşi xan hunları yenidən qüvvətləndirdi. Oğlu Panu dövründə yenidən vətəndaş müharibəsi baş verdi və Qara Hunlarla Göy Hunlar ayrıldılar. Hunların son hökmdarı olan Huçuquan 215-ci ildə devrildi. Ondan sonrakı hun hökmdarları barədə çox məlumat bəlli deyil. Çünki çinlilər hunları artıq təhlükə saymırdılar. Hunlar beş tayfaya bölündü.

Syanbilər (Çincə: 鮮卑, pinyin: Xiānbēi, Wade-Giles: Hsien-pi), MonqolustanMancuriya sərhədləri daxilində yaşamış köçəri tayfa.