Stratagema (yun.στρατήγημα — hərbi hiylə, kələk ) — hərbi, mülki, siyasi, iqtisadi və şəxsi məqsədlərə çatmaq üçün orijinal yolun hiyləgər planı.
Qədim Yunan dövrünə aid olsa da, Avropada geniş istifadəsi Qədim Roma yazıçısı Sekst Yuliya Frontinaya məxsus lat.“Strategemata” kitabından sonra olmuşdur. Hal-hazırda stratagema 36 qədim Çin hərbi kələyi ilə də xarakterizə olunur.
“Stratagem mübaliğə ilə dedikdə insan beynində gizlənmiş və vaxtı çatan zaman dərhal istifadə oluna bilən xəncərdir. Kim stratagemadan vaxtında istifadə etməyi bacarırsa təşəbbüsü əlində saxlaya bilir”.
Stratagema — hər hansı bir (gizli) məqsədə çatmaq üçün, hansısa bir müşkül məsələni həll etmək üçün müvafiq obyektin psixologiyasını, vəziyyətini, şəraitini nəzərə almaqla düşünülmüş alqoritmdir. Bu alqoritm Çin tarixində və mədəniyyətində üç min illik bir tarixə malikdir. Heroqliflə 計 (“tzi”) kimi göstərilir.
Digər mənaları: “ölç”, "hesabla", "plan", "texnika", "texnologiya", "oyun", “hiylə”.
İlk məlumat “Van Tzintzenin bioqrafiyası”nın - VII cildində verilməkdədir.(王敬則傳).[1]. Van, Cənubi Tzi sülaləsinin birinci imperatoru Qao-di dövründə (479—502 illər) mövcud olmuş sərkərdə olmuşdur. İmperator Min Di hakimiyyətə gəldikdən sonra bir neçə yüksək vəzifəli şəxsləri edam etdirdiyinə görə Van öz həyatı üçün qorxaraq üsyan qaldırır. Biləndə ki, taxt sahibi Syao Baotszyuan saraydan qaçıb, Van qeyd edirdi: “36 Tanyun traktına görə qaçmaq - ən yaxşıdır. Hər ikiniz, həm ata və həm də oğul təxirə salınmadan qaçmağa ehtiyacınız var” (檀公三十六策,走是上計,汝父子唯應急走耳).
Cəmi 400 il, e. 220 -ci ilinə qədər hakimiyyətdə olmuş Xan sülaləsi tərəfindən e.ə 206 cı ildə, Çin torpaqları birləşdirilərək imperiyanın əsası qoyulur. Çin tarixinin intibah dövrü başlamış olur. Konfutsi fəlsəfəsi meydana çıxır, kağız icad edilir. İlk lüğət, hərbi traktatlar meydana çıxır. Bütün bunlara görə Çin imperiyası Xan sülaləsinin formalaşdırdığı hərbi təlim və stratagemlərə borcludur. Xan sülaləsi Çinin qüdrətini artırmaq və tamlığını qorumaq üçün üsyan qaldıran dövlət və əyalətləri güc vasitəsilə itaətində saxlayırdı. Bəzən gücün nail ola bilmədiyini kələklə əldə edirdi. Dama şirnikdirib nərdivanı götürmək kələyi bu məqsədlər üçün düşünülmüş stratagem sayılır. Xan sülaləsinin ordu sərkərdəsi, Xan Sin iki üsyanı yatırtmaq üçün səfərə çıxır. Bu zaman onunyolunu üçüncü bir dövlətin ordusu kəsmiş olur. Xan Sin Vey çayına çatanda qarşı sahildə iki yüz minlik ordunun onu gözlədiyini görür. Qarşısında üç yolun olduğunu görən Xan Sin fikirləşir ki, hücuma keçsə çayı üzüb keçmək məcburiyyətində qalan ordu əlverişsiz mövqe tuta bilər və məhv olar. Geri dönərsə əmri yerinə yetirmədiyinə görə imperatorun qəzəbinə gələ bilər. Bu da onun məhvi demək idi. Oturub qarşı tərəfin hücum edəcəyini gözləmək sadəlövlük olduğunu anlayan Xan Sin gecə ilə çayın yuxarı başında qum kisələrindən bən tikməyi əmr edir. Gecəni yatıb səhər ayılan Xan Sin suyun səviyyəsinin düşdüyünü görüb, hücuma keçir. Döyüş qızğın anında orduya geri çəkilmək əmri verir. Qarşı tərəf Xan Sinin məğlub edildiyini güman edib onları qovmağa başlayırlar. Rəqib ordusunun yarısının çayı keçdiyini görən Xan Sin pusquda duran əsgərlərə bəndi dağıtmaq əmrini verir. Suyun səviyyəsinin artması rəqib ordusunuy yarısını batırmış olur. Bu kələklə Xan Sin üç şeyə birdən nail olmuş olur.
Rəqib ordusunun sayını iki yüz mindən yüz minə salmış olur;
Ərazi üstünlüyü əldə edərək, sərbəst hərəkət etmək imkanı qazanır;
Hücum mövqeyini müdafiə ilə əvəz etmiş olur.
Beləliklə dama cəlb edib, sonrada nərdivanı götürməklə Xan Sin rəqibi əlverişsiz şəraitə salaraq özü böyük itki vermədən onu darmadağın etmiş olur.
Bir çox stratagemlər hələ e.ə. 315 cı ildə təqribən Sun Dzın ölümündən 150 il sonra Sun Bin tərəfindən xatırlanmaqdadır.
Otuz altı stratagem dünya tarixini dəyişmiş bir külliyyatdır. Belə ki, bütün tarixi hadisələr bu traktatların məhsuludur.
Afinalılar Yunanıstanı ram etmişdirlərsə, Böyük İsgəndərin başçılığı altında makedoniyalılar tərəfindən fəth edilmişdir.
Qədim Misir dövləti, Fars imperiyası öz qüdrətini artırdığı bir zamanda, Roma imperiyasının əsirinə çevrilmişdir.
Ellinizmin meydana çıxması
Hindistanda dünyaya gəlmiş şahzadə Sidhatha-Hautama Budda adını qəbul edərək buddizmi yaratmışdır.
Xristyanlığın daha sonra islamın yaranması
Çində Lao Tszin, Sun Tszı, Konfutsi kimi dahilərin dünyaya gəlməsi, on bir sülalənın bir birini əvəzləməsi, Böyük Çin sədhinin tikilməsi, İpək yolunun çəkilməsi.
Bu baxımdan otuz altı stratagemin əsil yaranma tarixi e.ə. VI əsrdən başlayaraq, eramızın 500 -cü ilinə qədər davam etmişdir İlk dəfə 1600 cü ildə naməlum müəllif tərəfindən külliyyat şəklinə salınaraq "Müharibə sənəti: 36 stratagem" adı altında yazıya alınmışdır.
Çin imperiyası tarixi özündə qarşıdurma və çəkişmələrlə zəngin olmuş iki dövrü birləşdirir:
Yaz və payız dövrü (e.ə. 476-477 ci illər) - stabil feodal sisteminin sona yetdiyi dövr;
Feodal çəkişmələri dövrü (e.ə. 471-221) — Çində mövcud olmuş 46 feodal dövlətin aparmış olduqları müharibələr nəticəsində bir-birilərinin torpaqlarını zəbt etdikləri dövr.
Bu mühit məhz filosof Lao-tszı “Dao de Tszin” traktatlarını qələmə almağı məcbur etmişdir.
Varlıq və yoxluq bir-birilərini doğurur,
Çətinlik və asan yaratmışlar bir-birini
Uzun və qısa mütənasibidir bir-birinə,
Hündür və qısa qarşılıqlı yaranmışlar,
Sonrakı və əvvəlki tamamıdır, bir-birinin
Bunun üçün kamil (daonu duyan)
İş görərkən hay-küysüz,
Elmdən faydalanıb, söz güləşdirmədən,
Hiss etdirmədən, belə onları dəyişərək,
Heç nədən, yaradıb nəsə
Güc tətbiq etmədən, hərəkətə gətirər,
Uğurla bitirsə belə, öyünməz yenə.
Lao-tszı hesab edirki təbiət qanunauyğunluqlarını dərk etmək və mənimsəməklə, onlardan çəkinməməklə, təbiətdə olan enerji və qüvvəni düzgün istiqamətə yönəltməklə insan öz məqsədlərinə az qüvvə və ya cüzi məsrəflə, asandlıqla nail olar və əldə olunan nəticələr daha uzunmüddətli, dayanıqlı ola bilər.
İnsan hadisələrin təbii gedişinə qarışmamalıdır. İşə qarışmamaq, yaxud «hərəkətsizlik» (uvey– gerçəkliyə seyirçi münasibət) dao–nun insana münasibətdə əsas tələblərindən biridir. Bu, «təbiiliyə əməl edilməsi» deməkdir. Bu, adamların həm sosial, həm də fərdi fəaliyyətinə, həm də onların idraki fəaliyyət sahəsinə də aid edilir. Otuz altı stratagemin müdrikliyi Dao fəsəfi fikirinə söykənir.
Otuz altı stratagemin söykəndiyi sütunlardan biri də Leqizm təlimidir. Leqizmin diqqət mərkəzində – dövləti idarəetmə problemidir. Leqistlər hesab edirdilər ki, siyasət əxlaqla bir araya sığan deyil və idarəetmənin başlıca vasitəsi – mükafat və cəzadır, özü də sonuncu daha çox olmalıdır. Leqistlər hamının qanun qarşısında bərabər olduğu müstəbid dövlət nəzəriyyəsi işləyib hazırlamışdılar. Yeganə istisna – qanunların yaradıcısı olan hökmdardır. Leqizmin ən görkəmli nümayəndələri – Şan Yan, Quan Çjun, Tszı Çan, Li Kuy, Şen Buxay və Xay Feydir. E.ə. III əsrdən başlayaraq leqizmin konfutsiçiliyə qarışması prosesi başlanır, nəticədə artıq Xan dövründə müstəqil varlığını dayandırır.
Otuz altı stratagem 36 idiom (cəmi 138 çin yazısından) və ona verilmiş kiçik izahatdan ibarətdir. Stratagemə izahatlar Çinin İtszin və Leqizm təlimləri əsasında verilmişdir.
Əsas mətn “六六三十六,數中有術,術中有數。陰陽變理,機在其中。機不可設,設則不中。” (Altı dəfə altı otuz altıya bərabərdir. Hesabda — ödəniş, ödənişdə — hesab. İn və Yan bir-birini əvəzləyir, kələk bundadır. Olacağı bilmək olmur, əvvəlcədən qələbəni proqnozlaşdırmaq mümkün deyil.) ifadəsinini nəzərdə tutur.
Ənənəvi 36 stratagem 6 yarım qrupa bölünür. lakin bu cür bölüm şərtidir.
Kim ki, çalışır hər şeyi qabaqcadan görsün, onda sayıqlığını itirir. Günbəgün gördüyün şübhəli deyil. Aydın gün qaranlıq gecədən daha yaxşı gizlədir. Hər şeyi aşkarlamaq hər şeyi gizlətmək deməkdir.
məqsəd: Gizlədilməsi çətin olduqda belə həqiqi məqsədi, istəyi, yolu gizlətmək.
tətbiqi: Gizlədilməsi vacib olan, önə çəkilərək, diqqəti əsas dərəcəlidən ikinci dərəcəliyə cəlb etmək. Sayıqlığı yuxuya vermək üçün adi, gözlənilən hadisəni ya artıq beyində olan obyekt effektindən istifadə eilir. (“imperatoru aldatmaq”)
vacib olan: Qabaqcadan duyulan və gözlənilən, detallara diqqət.
məqsəd: Obyektin əsas qüvvəsi ilə əsas istiqamətdə birbaşa münaqışədən qaçmaq. Onun diqqətini subyektə sərf etməyən resurs və istiqamətlərə cəlb etmək. Bununla da obyektin əsas qüvvəsini səpələnməsinə nail olmaq. (“Çjao səltənətini xilas etmək”)
tətbiqi: Birbaşa və ya dolayı yollarla obyektin zəif yerlərindən vurmaqla onu hücumdan müdafiəyə keçməsinə nail olmaq. (“Vey səltənətinin paytaxtını dağıtmaq”)
vacib olan: Obyektin zəif yerlərini düzgün tapmaq, gözlənilmədiyi itkilərə məruz qoymaq, yetərincə qüvvəyə malik olmaq.
lazım olan: Obyektin vəziyyəti haqqında yaxşı bilgilərə malik olmaq. Zərbə üçün resursların yetərliliyi.
məqsəd: Öz məqsədini həyata keçirmək üçün üçüncü şəxsdən istifadə et. Alibi (bəhanə) əldə etmək və sənin yaxşı adının saxlanılması üçün mövcud vəziyyətdən və digər adamlardan istifadə etmək.
tətbiqi: Şaiyələrin yayılması və içərilərində çaxnaşma yaradacaq təhriklərlə əsas tərəflə üçüncü tərəfin ziddiyyətlərinə nail olmaqla “Özgə xəncərlə ikibaşlı oyun”.
vacib olan: Alibi (bəhanə) ilə təmin olunmaq.
lazım olan: Əsas obyekt və vasitəçinin vəziyyəti haqqında yaxşı bilgilərə malik olmaq.
Düşmən gücünün tükənməsi, aşkar qarşıdurma ilə əlaqəli deyil.
məqsəd:Obyekti şirnikdirərək onun əldən düşənə qədər imkanlarını xərcləməsinə nail olmaqla, öz imkan və gücünü qorumaq.
tətbiqi: Daha qüvvətli obyektə qarşı köməkçi stratagemləri tövsiyələr zəncirinin bir hissəsi kimi istifadə etməli. Onun tamamilə taqətdən düşməsi və bezdirilməsinə gətirib çıxarmamalıdır. E.ə. 342 ci ildə Sun Bin düşmənin qüvvətli olduğunu nəzərə alaraq geri çəkilir. lakin bu zaman o, geridə 100000, sonra 50000 və sonunda 30000 əsgər qoyaraq özü isə xəlvətdə pusquda durur. Onu qovan düşmən hesab edir ki, rəqibin ordusu fərarilik edir və yüngül silahlarla onları qovmaqda davam edirlər. Pusquda səbir ilə gözləyən Sun Bin vaxtı çatanda hücuma keçərək düşmən ordusunu məhv edir[7].
vacib olan:Obyektin uğursuzluğunun və çətinliyinin səbəblərini məxfi saxlamağa səy göstərmək.
lazım olan:Zaman, soyuqqanlılıq, dözümlülük, səbir
məqsəd: Obyektin çətin vəziyyətindən istifadə edərək xeyir götürmək. “Düşmən çaxnaşmaya düşmüşsə, onun üzərində zəfər çalmaq vaxtıdır.”
tətbiqi: Vəziyyətə tez qarışaraq məqsədə çatmaq. Bəzən bu zaman gırülən hərəkətin izahatını düşünmək məqsədə uğundur. Uğursuzluğa düçar olduqda “quzgun” kimi davranış özünə təhlükəli ola bilər. Çin aforizmindəki kimi: 成王敗寇 “uğurlu olduqda hökmdar, uğursuz olduqda quldur.”
vacib olan: Dəqiq hərəkət planı, cəldlik, daxili mənəfi qadağaların olmaması.
lazım olan: Obyektin çətliyinin həcmi haqqında dəqiq bilgi.
6. Şərqdə hayküy qoparıb, qərbə hücum etmək (聲東擊西 pinyin: shēng dōng jī xī) [2][9]
Aldatma məharəti ondadır ki, əvvəlcə aldatmaq, sonra isə aldatmamaq. Əgər yalan olmayan yalandırsa — bu əsil yalandır.
Əvvəl kiçik bir yalan, sonra boyük, daha sonra isə hücuma keçmək.
məqsəd: Kiçik məsrəflə (imkanla, zəhmətlə) həqiqi nəticəyə çatmaq.
tətbiqi: Tipik informasiya müharibəsi və ya psixoloji müharibə taktikası. Məqsəd obyekti güclü və ya zəif düçmən obrazına inandırmaqdır. Yorulmadan səhv və yalan həyəcan təbili çalmaq. Diffamasiya, şaiyələr yaymaqla “milçəkdən fil düzəltmək”.
vacib olan: Artistlik, qətiyyətlilik, inandırıcıllıq, ardıcılliq
lazım olan: Obyektin mövcud durumu haqqında dürüst məlumat.
8. (Gözdən pərdə asmaq — taxta körpünü təmir etmək,) Gizlin Çençana hücum etmək ((明修棧道,) 暗渡陳倉 pinyin: (míng xiū zhàn dào,) àn dù Chéncāng) [2][11]
Özünü hücuma keçən kimi göstər. Rəqib səndən üstün olduğunu güman etsin. Cavab tədbiri görmə, onun süstlüyündən istifadə et.
məqsəd: Qəflətən hücum etməklə daha qüvvətli olanın qarşısında üstünlük əldə etmək, sonra geri çəkilərək öz resurslarını qorumaq.
tətbiqi: Qüvvətli obyekti əlverişsiz bir şəraitdə yaxalamaq. Düşmən çavab hərəkətinə başlayan zaman cəld tərpənərək. digər bir güznəlilməz yerdən və anda təkrar hücuma keçməklə qəflətən effektinə malik olmaq
vacib olan: Ehtiyat və ardıcılliqla düşmənin dezinformasiyalaşdırmaq.
lazım olan: Məxvilik, hərtərəfli diqqət, aldadıcı hərəkətlərin məntiqliliyi, obyektin mövcud durumu haqqında dürüst məlumat.
9. Qarşı sahildəki yanğını müşahidə etmək (隔岸觀火 pinyin: gé àn guān huǒ) [2][12]
məqsəd: Neytrallıq saxlamaqla hadisələrin sənin xeyrinə tərəf inkişaf etməsinə, eyni zamanda bir və bir neçə rəqibin aradan götürülməsi və ya neytrallaşmasına nail olmaq.
tətbiqi: Oz resurslarını qorumaq, vəziyyətdən hansı məqsəd güddüyünü büruzə verməmək. Çin aforizmi: 鷸蚌相爭漁人得利 (pinyin yù-bàng xiāngzhēng, yúrén dé lì) “Qarabatdaq ilbizə hücum eəndə, qalib balıqçı olur”. Stratagemanın digər adı belədir: 坐山觀虎鬥 (pinyin: zuò shān guān hǔ dòu) “Dağ başında oturub, pələnglərin savaşmasını seyr etmək”.
vacib olan: Subyektin obyektə kömək etmək qabiliyyətində olmadığına inandırmaqdır.
Rəqibinin etimadını qazanaraq, onu sakitləşdir. Bundan sonra öz gizlin planı həyata keçir. Hər şeyi tam hazırladıqdan sonra, tərəddüd etmədən hücum et. Düşmənə göz açmağa imkan vermə.
məqsəd: Qəfləti hücum üçün düşməni yuxuya vermək ya arxayıynlaşdırmaq.
tətbiqi: Stratagemin mahiyyəti ondadır ki, aqressiv və düşmən niyyət az hallarda məqsədyönlü sayıla bilər, digər hallarda az effektli vä qısa müddətli effektə malikdir. Ancaq zəif düşmənə tətbiqdə fayda verə bilər. Qüvvələr nisbəti bərabər və ya çox olan hallarda maksimal effekt əldə etmək üçün rəqib dostməramlı davranışlarla, hədiyyə və güzəştlərlə yuxuya verilir. Bundan sonra an yetişən zaman zərbə endirilir. Stratagemin alternativ adı — 口蜜腹劍 (pinyin kǒu mì fù jiàn) “Ağzına bal, qarnına (ruhuna) xəncər”.
vacib olan: Artistlik, inandırıcılıq.
Lazım olan: Ölçüb-biçmək hissiyatı.
11. Şaftalını qurtarmaq üçün gavalını qurban vermək (李代桃僵 pinyin: lǐ dài táo jiāng) [13][15]
Rəqibin kiçicik səhvindən mütləq istifadə etmək lazımdır. Hətta kiçicik qəniməti belə heç vəclə əldən buraxmamaq. Rəqibin kiçicik zəifliyi, sənin kiçicik üstünlüyümdür.
məqsəd: Rəqibi zəiflətmək üçün zərrə boyda belə olan imkandan yararlanmaq.
tətbiqi: Özünü qüvvətləndirib, düşməni zəiflətmək üçün bütün mövcud imkanları istifadə etmək.
vacib olan: Ümumi mənzərəni və mümkün perespektivləri görə bilmək, yaxşı reaksiya, bacarıq və ixtiraçılıq qabiliyyəti. (Məharətli general stratagemi)
Lazım olan: Obyektin mövcud durumu haqqında dürüst məlumat.
E.ə. 770 ci ildə Sun Çenin rəhbərliyi altında müttəfiq çarlıqların əhatəsində olduğundan, müdafiə məqsədilə “Veyiə hücu medib, Çjano qurtarmaq ” stratagemindən yararlanaraq, Çen çarlığının paytaxtına hücum çəkir. Beləliklə o, müttəfiqlərin öz paytaxtlarını qorumaq üçün geri çəkilməsinə nail olur. Geri dönən Sun ordusu kiçik Tay dövlətini istila etmək qərarına gəlir. Bunu anlayan Tay dövləti Çen çarlığına ona yardım etməsi üçün müraciət edir. Çen ordusunun yaxınlaşdığını görən Sun hücumu dayandırıb geri paytaxtına dönür. Tay dövləti bundan fərəhlənərək şəhər qapılarını Çenin üzünə taybatay açır. Bunun gözəl fürsət olduğunu anlayan Çen Tayı fəth edir.
Rəqibinin vəziyyətini düzgün qymətləndir, böyük həmlədən öncə kiçik həmlələrlə zəif və qüvvətli cəhətlərini aşkar et ki, qüvvə itkisini azalda biləsən.
məqsəd: Əgər şərait qurban tələb edirsə, azı verib çoxu saxlamaq.
tətbiqi: Özünü toparlamaq, kiçik qurban verməklə təhlükədən qaçmaq ya mövcud əsas potensiyalı qorumaq məqsədilə.
vacib olan: Hər hansı qarşıdurmanın qurbansız ötüşməyəcəyini dərk etmək. (Təcrübəli general stratagemi)
Lazım olan: Obyektin mövcud durumu haqqında, psixoloji durum haqqında dürüst məlumat.
14. Canı geri almaq üçün meyidi borc (girov) almaq (借屍還魂 pinyin: jiè shī huán hún)[13][18]
Özün üçün hərəkət etdikdə, səndən istifadə edilməsinə imkan vermə. Heçnə edə bilmədiyin halda, bir şeydən istifadə etməyə cəhd et. Sənə xidmət edə biləcək başqasının istifadə edə bilməyəcəyi şeyi sən et.
Adət ənənə, texnalogiya, unudulmuş və ya imtina edilmiş metod və ideaalogiyalardan öz xeyrin üçün istifadəsindən çəkinmə.
Heç vaxt üstün olan rəqibinə hücum etmə. Bunun əvəzində onu uduş mövqeyindən, güc mənbəyindən uzaqlaşdır.
Han sülaləsinin son dövrlərində (e.ə. 221 - e. 220) imperiya hərbi sərkərdələri əllərində çoxlu hakimiyyət saxladıqlarından tək qonşu ölkələr müstəqilliklərini saxlaya bilmişdilər. Yantszı çayından cənubda iki iki rəqib dövlət: Sun Tse və Lyu Syun formalaşmışdır ki, bu da daimi çəkişmələrə gətirib çıxarırdı. Bu iki dövləti aradan götürməklə bütün cənubi Çinə sahib olmaq olardı. Lyu Syun paytaxtınin möhkəm istehkamları və dağlar əhatəsində olmasıona hücum etməyi mümkünsüz edirdi. Bu baxımdan Sun Tse birbaşa hücumdan vaz keçərək, “pələngi dağdan salmaq” planını cızır. E.ə. 199 cu ildə Sun Tse Lyu Syuna öz emissarını göndərərək, qiymətli bəxşişlərlə yanaşı onun hərbi qüdrətini ağızdolusu birməktubda göndərir. Lyu Syun bundan ziyadəsi ilə məmnun qalır. Məktubda daha sonra Sun Tse üçüncü Şanlyau çarlığından şikayətləndiyini, onun tərəfindən daim basqınlara məruz qaldığını yazır. Şanlyau çarlığının kiçik olmasına baxmayaraq onu təklikdə fəth etməyin mümkühsüzlüyünə inandırmağa çalışan Sun Tse Lyu Sunun Şanlyau çarlığına hücum edəcəyi təqdirdə ona kömək göndərəcəyini vəd edir. Bununla da onların üç şeyi birdən həlletmiş olacaqlarını qey deir.
Lyu Syun ordusu Sin Tse ilə daha da güclənərək Şanlyau çarlığını asandlıqla fəth etmiş olacaq;
Varlı Şanlyau çarlığın Lyu Syun özünəqatmış olacaq;
Sun Tse basqınlardan azad olacaqdır.
Bundan şirnikən Lyu Syun öz sərkərdələri ilə məsləhətləşir. Sərkərdələrin kömək olmazsa, Şanlyau çarlığının fəthinin mümkün olmayacağını, ordu paytaxtı tərk edərsə, Sun Tsenin şəhərə hücum etmək ehtimalını nəzərinə çatdırılmasına baxmayaraq yürüşə hazırlaşmağı qərara alır.
Şanlyauya yaxınlaşan Lyu Syun ordusu yorğun olduqlarından hücum etməyib, düşərgə salaraq, vəd edilmiş köməyi gözləyirlər. Kömək gəlmədiyini görən Lyu Syun ordusu Şanlyau qala divarlarından yağan ox yağışı altında çaşbaş qalır. Bunu görən Sun Tse əsgərinə Lyu Syun ordusuna kömək etmək əvəzinə Lyu Syun paytaxtını tutmağı əmr edir. Zəif müdafiə olunan şəhər Sun Tse tərəfindən tutulur. Geri dönən Lyu Syun paytaxtının Sun Tse tərəfindən ələ keçirildiyini görən əldən düşmuş orduya cəhdlərə baxmayaraq paytaxtı geri almaq nəsib olmur və təslim olurlar. Beləliklə pələng öz yuvasına dönə bilmir.
Sıxışdırılmış rəqib hələ vuruşacaq. Qaçış yolu olan isə döyüşməyəcək. Buna görə də onu hədsiz sıxışdırma. Rəqibin gücü tükənən zaman, Onun döyüşmə əzmi də tükənəcəkdir. Rəqib qoşunu dağılışdıqca, onu silahı qana batırmadan da əldə etmək olar.
Küncə qısılmış yırtıcı son hücum şansından istifadəyə məcburdur. Bunun baş verməməsi üçün rəqibi hələ qaçıb qurtarmaq şansına malik olduğuna inandırmaq lazımdır. Sonra anlayanda ki, bu mümkün deyil, o , özü müqavimətsiz təslim olacaqdır.
Bir şeyi ona oxşar bir şeyə dəyişmək, amma dəyərləri müxtəlif olsun ki, boyük gəlir götürülsün
məqsəd: Rəqibi atılan kərpiclə qənimət əldə etdiyinə inandırmaq. Əvəzində isə ondan daha qiymətli bir şey qopartmaq.
tətbiqi:Tan sülaləsi zamanında Çjao Qu adlı dahi və Çan Tszyan adlı tanınmamış şairlər yaşamışdır. Çan Tszyan Suçjouya gələrək məlumat alır ki, Çjao Qu həmin əyalətdəki hansısa bir məbədə getməyi planlaşdırır. Buna görə Çan Tszyan tələsik Çjao Qudan qabaq məbədə gələrək divara dörd əvəzinə iki misralı bir şer yazır və ümid edir ki, Çjao Qu bu şeri tamamlayacaq və belə də olur.
18. Quldurları tutmaq üçün əvvəlcə başçısını tutmaq lazımdır (擒賊擒王 pinyin: qín zéi qín wáng) [13][22]
Quldurları tutmaq üçün əvvəlcə başçısını tutmaq lazımdır.
Möhkəm düyünü açmaq üçün, əvvəlcə başçını ayır, yerdə qalan özü-özünə açılacaq. Düşməni başçsını tutmaqla məhv et. Bu dəniz əjdahasının quruda döyüşməsinə bərabərdir.
Əgər rəqib ordusu güclüdürsə, amma başçısına aldığı pullara, xurafat və təhdidlərə görə sadiqdir. Bunun üçün də başçını nişana götürmək lazımdır. Ordu başçısı yıxılarsa ya əsr düşərsə ordu ya pərən pərənə düşüb dağılacaq ya da təslim olacaq. Atalar sözü: “İlanın başını əzərlər”
Düşmən düşərgəsində gizli iğtişaşlardan istifadə edin. Onun zəifliyindən yararlan.
məqsəd: Məqsədə çatmaq üçün aranı qarışdırmaq.
tətbiqi: 5. stratagemdən fərqli olaraq təsirə obyektə deyil onun yaxın ətrafı, struktur deyil, amma hərəkət mexanizmi məruz qalmış olur. Sunь-tszı yazır: 亂而取之,實而備之 (luàn ér qǔ zhī, shí ér bèi zhī) “Nifaq toxumu səpərək fəth et; əgər rəqibin firavandırırsa — ehtiyatlı ol”
Lazım olan: Obyektin real işi və psixioloji durumu haqqında dürüst biliklər.
Hər zaman əmin görün. Mövqeyində qüsurlara yol vermə. Beləliklə müttəfiqlərinizi qorxuya salmayın. Rəqibə də hücum etmək üçün səbəb verməyin
məqsəd: Qüvvətli rəqib qarşısında zəifliyini göstərməmək. Onu boş bir şeylə qayğılandırmaq ya məşqul etmək, boş bir şeyin qiymətliliyinə inandırmaq. Cildə girmək.
Rəqibini tutmaq üçün tədbirli olaraq, tələsmədən hərəkət etmək. “Daxil olub, isitməkdən” əvvəl rəqibinin bütün qaçmaq və yardım yollarını kəs.
E.ə. 260 cı ildə Tszin və Çjao çarlıqları arasında həlledici döyüş baş verir. Döyüş öncəsi Çjao öz yaşlı amma, təcrübəli ordu sərkərdəsini gənc lakin təcrübəsi az olan sərkərdə ilə dəyişir. Bunu görən Tszin ordu sərkərdəsi XXII stratagemdən faydalanmağı qərara alır. Tszin ilk olaraq Çjaoya hücum edir və sonra geri çəkilməyə başlayır. Çjao üstünlüyə malik olduğunu his edib Tszini qovmaq qərarına gəlir. Çjao Tszini onun ərazisinin içərilərinə qədər təqib edir, Tszin qoşununun ehtiyat qüvvələri Çjao qoşununun geri yolunu kəsirlər. Çjao sərkərdəsi qırx minlik ordu ilə mühasirəyə düşərək məhv olur.
23. Yaxın qonşunu (düşməni) vurmaq üçün uzaq düşmənlə birləşmək. (遠交近攻 pinyin: yuǎn jiāo jīn gōng) [23][28]
məqsəd: Tədricən genişlənmək üçün müvəqqəti uzaq rəqiblə yaxınlaşmaq.
tətbiqi: Qonşu torpaqlarını aneksiya etmək, onun içərilərinə sirayət etmək və ona təzyiq etmək mqsədi ilə tətbiq edilir. Bu cür taktiki dostluq və strateji düşmənçilik çin idiomasında belə göstərilir: 同床異夢 (pinyin: tóng chuáng yì mèng) “Bir yataqda iki yuxu görmək”.
Bir sərkərdə bir çox rəqibləri tərəfindən təhdid edilirsə, uzaq bir düşmənlə yaxınlaşaraq yaxınlıqdakını aradan götürməlidir. Buna mahiyyətcə oxşar ərəb atalar sözü: “Mənim dostumun dostu mənim də dostumdur” mövcuddur. Müasir tarixdən buna misal; Faşist Almaniyası ilə SSRİ arasında Polşanın işğalı məqsədi ilə imzalanmış Molotov-Ribbentrop paktı ola bilər.
Lazım olan: Obyektlərin real işi və psixioloji durumu haqqında dürüst biliklər.
Çin mübarizə aparan çarlıqlar dövrünü sona yetirərək, 250 illik mövcud olan yeddi çarlıq arasındakı tarazlıq pozularaq, mərkəzləşmiş imperiya dövründə qədəm qoyur. Tszin çarlığı uzaqla alyans yaradaraq yaxın qonşularını istila edib nəhayətində Çin imperiyasına çevrilir. Uzaqla müttəfiqliyə girməklə onun başının altına yastıq qoymuş, bununla da ona qarşı yarana biləcək alyansın qarşısını almış olur.
24. Qo dövlətindən keçib gedəcəyini elan et, amma onu işğal et (假道伐虢 pinyin: jiǎ dào fá Guó) [23][29]
İki qüvvətli arasında olan zəifi rəqibin özünə tabe etməklə hədələyir. Mən isə zəifə kömək etmək adı altında mövqemi gücləndirirəm.
məqsəd: Müttəfiqindən qüvvə alıb ümumi düşmənə hücum etm. Düşmən basıldıqdan sonra həmin qüvvəni aldığına qarşı yönəlt.
tətbiqi: Misal 1. E.ə. 658 ci ildə Yin dövləti Yu dövlətindən ərazisindən keçərək Quo dövlətinə hücum etmək üçün izin istəyir. Quo üzərinə iki yürüşdən sonra Yin dövləti Yu dövlətini də ərazisinə qatır.
Rəqibi daim istehkamlarını dəyişməyə vadar etmək. Sıralarındakı qarışıq və çaşqınlıqlardan faydalanaraq gücünü tükətmək. Tam çökməsini gözləmək və qalib olmaq
məqsəd: Evin fasadını dəyişmədən dayaqlarını yalançı sütunlarla əvəz etməklə çökmə halına gətirmək
tətbiqi: Gözdən pərdə asmaq, yalançı aldadıcı reklam. Çin idiomu: 掛羊頭賣狗肉 (pinyin guà yángtóu mài gǒuròu) “Piştaxtaya qoyun başı qoyub, it əti satmaq”.
vacib olan: Rəqibin başını forma və xarici görkəmlə aldatmağa nail olmaq.
Lazım olan: Obyektin içi və psixoloji durumu haqqında dəqiq məlumat.
məqsəd: Dolayısı yolla digərinə təsir etmək, ya ibrət dərsi vermək.
tətbiqi: Akasiya hökmdarın sevimli ağacı, tut isə ipək istehsal edən kəndlilərin çörək ağacı olduğundan əsas məntiq bu iki ağac arasında gizlədilmişdir. Digər bir Çin idiomu: 殺雞儆猴 (pinyin shā jī jǐng hóu) “Meymunu xəbərdar etmək üçün toyuğu öldürmək”. Buna oxşar Azərbaycan atalar sözü: “Qızıma deyim qoy gəlinim eşitsin”.
27. Ağlını itirməmək üçün özünü dəliliyə vurmaq (假癡不癲 pinyin: jiǎ chī bù diān) [23][32]
1. Öz döyüşçülərini aldadıb, onları asand qələbəyə olacağını vəd et. Onları önə buraxıb, geriyə yollarını kəsməklə, ölümün əsiri et. 2. Düçməninə ərazinə daxil olmağa imkan verib, sonra geriyə yolunu kəsmək.
tətbiqi: Adətən riskli və çıxılmaz — 險計 (pinyin xiǎn jì) vəziyyətlərdə istifadə olunur. Çin idiomu: 狗急跳牆 (pinyin gǒu-jí tiào qiáng) “Küncə qısılmış it divarı adlamağa qabildir”. Digər bir misal; düşmənin nəzarətiniz altında olan əraziyə daxil olmasına imkan verib, sonra da onların yolunu kəsmək. Bu zaman əsgərlərinzdə ruh yüksəkliyi yaranır, bu isə düşməni əlverişsiz şəraitə salır.
vacib olan: Tədbirlilik və anını duymaq (təcrübəli general stratagemi).
Lazım olan: Obyektin işi və psixoloji durumu haqqında düzgün məlumat
Müttəfiqlərin bir neçə dəstəsini özunə cəlb etmək. Kiçik quvvə böyük nəticə verə bilər. Həqiqətin əksinə olaraq güclü orduya malik olduğunu təlqin etməklə rəqibini duruxdur. Çox vaxt vəhşi guquşunun dimdiyinin qabiliyyəti onun qanadlarını necə çalmasından asılıdır.
məqsəd:Öz zəyifliyini, əskikliyini və ya təcrübəsizliyini reallığı bəzəyərək gizlətmək. vizual müqəvva ya ritoriklərlə çiçəklənməni təlqin etmək.
tətbiqi: “Xəyali (kabus) çiçəklənmə” stratagemi heç nədən nəsə düzəltmək traktı kimi “informasiya müharibəsinin” bir taktikasıdır. Çətin vəziyyətdə başqasının avtoritetindən - çəkisindən özü üçün istifadə etmək, rəqibi buna inandırmaq üçün istifadə olunur.
vacib olan: Bilmək lazımdır ki, bu kələk qısa bir müddətə hesablanmışdır. Ortabab, lakin kifayət qədər güc, məruz qalma dəqiqliyi və düzgün seçilmiş an.
Lazım olan: Obyektin işi və psixoloji durumu haqqında düzgün məlumat.
30. Qonaqdan ev sahibinə çevrilmək (反客為主 pinyin: fǎn kè wéi zhǔ) [33][36]
Girişi yoxlayıb, sonuna çatana qədər irəliləmək. “Yersiz gəldi, yerli qaç”.
məqsəd: Təşəbbüsü ələ alaraq qüvvələr nisbətini subyektin xeyrinə dəyişmək.
tətbiqi: Tədricən “qonaqdan” (zəifdən) mövqelərini gücləndirərək, “ev sahibin” (güclünü) zəif salaraq onun yerini tutmaq üçün biçilmiş bir kələkdir. Məsələn kömək adı ilə gələn müttəfiq, təşəbbüsü ələ alaraq ev sahiinə çevrilir.
vacib olan: Obyektdən öz həqiqi niyyətlərini mövcud qədər gizli saxlamaq.
Lazım olan: Obyektin işi və psixoloji durumu haqqında düzgün məlumat.
Əgər ordu qüdrətlidirsə, sərkərdəsinə hücum et. Əgər sərkərdəsi müdrikdirsə, onun hisslərinə təsir et. Hərbi ruh zəifləyərsə, ordunun gücü əriyib gedər.
məqsəd: Çətin vəziyyətdə, qüvvətli, inadkar və qətiyyətli rəqibin hisslərini gözəl füsünkar, vazkeçilməz qadın yatağı, (cinsi əlaqə) ilə ələ almaq, başını eşqibazlıq şərbəti ilə dumanlandırmaq, diqqətini dağıtmaq, ehtirasını soyutmaqla onun qətiyyətini sındırmaq.
tətbiqi: Stratagem Daosizm fəlsəfi fikiri və Çin klassik əsəri Tao Te Çinqdan (Lao-tszı) başlayaraq Üç krallıq romanına qədər tərənnüm edilən “yumuşaq sərti yumuşaldar” ideyasından götürülmüşdür. Başqa cür “şəkərə bürünmüş mərmi” (糖衣炮彈 pinyin: táng yī pào dàn) adlandırılan bu stratagem insan (qadın/kişi) gözəlliyindən alət kimi obyekti idarə etmək üçün istifadə edilir. Bu zaman obyekt kişidirsə mütləq deyildir ki, gözəl qadın, eləcə də cazibəli kişi xeylağından onun qadınını yoldan çıxartmaq, o da öz növbəsində kişisinə təsir etməsi yetərincə ola bilər.
vacib olan: Tələnin yerinin, vaxtının və ovun düzgün seçilməsi. Nəzərə almaq lazımdır ki, uğur xarici təsirdən çox obyektin daxili zəifliyindən asılıdır.
Lazım olan: Obyektin işi və psixoloji durumu haqqında düzgün məlumat.
məqsəd:Zəif tərəfini gizlətmək üçün bir pusqu ehtimalı yaradaraq obyekti daşındırmaq.
tətbiqi: Misal; Çjuqe Lyan beş minlik dəstə ilə Siçen şəhərinə sığınır. Sərkərdə Sima Yi yüzəlli minlik ordu ilə şəhərə hücum eir. Çjuqe Lyan isə bunu görüb şəhərin qapılarını taybatay açıq qoyaraq özü də şəhər divar bürcünə çəkilir. Sima Yi bunun bir tələ olduğunu güman edərək şəhərə girməkdən çəkinir və geri dönür. Bunu görcək Zhuqe Lianq deyir: “Təslim olub ya da qoyub qaçası olsa idik belə uzağa gedə bilməzdik”[39][40].
vacib olan: Tədbirlilik və anını duymaq (təcrübəli general stratagemi).
Lazım olan: Obyektin işi və psixoloji durumu haqqında düzgün məlumat
Düşmənin döyüş qabiliyyətini pozmaq, onun tərəfinə gizlin soxulub yaxınları; müttəfiqləri və ailə üzvləri arasında nifah salmaq. Əsayiş nizama düşməyincə ona hücum etmək çətin olacaq. Sun DzıMüharibə sənəti (孫子兵法 pinyin: Sūnzǐ bīngfǎ) kitabının XII fəsilində ikitərəfli cəsusun əhəmiyyətini "qasığa soxulmuş xəncər" kimi qiymətləndirir.
Heç kim özü-özünə xəsarət yetirməz. Əgər kimsə xəsarətlidirsə - deməli burada bir oyun yoxdur. Əgər yalan inandırıcı olarsa onda doğru da yalan olar. Onda kələk də baş tutmuş olar.
məqsəd: Özünü yaralı göstərmək, təhlükənin sovuşduğunu bilib, rəqibin sayıqlığını zəiflədər.
Rəqib ordusu hədsiz çoxsaylıdırsa, ona qarşı durmaq çətindirsə, onu öz-özünü dolaşdırmağa məcbur et. Onda öz qüvvəsi onu məhv edər.
Xüsusi hallarda bir neçə stratagemi birlikdə işlətmək lazım gəlir. Bu zaman müxtəlif planlar bir ümumi sxem üzrə işləyirlər. Nəzərə almaq lazımdır ki, bir stratagemin uğursuzluğu zənciri pozar, beləliklə də bütün sxem dağıla bilər.
36. Ən yaxşısı qaçmaq stratagemi (走為上計 pinyin: zǒu wéi shàng) [33][44]