Hemiechinus auritus

Adi qulaqlı kirpi (lat. Hemiechinus auritus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinin qulaqlı kirpi cinsinə aid heyvan növü.

Adi qulaqlı kirpi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi kirpilərdən ölçüsünə görə fərqlənirlər. Qulaqlarının uzunluğu 5 sm-ə qədərdir, yalnız bel nahiyyəsi iynələrlə örtülmüşdür. Kiçik ölçüyə sahibdirlər: bədən uzunluğu 12-27 sm, quyruq uzunluğu 17-23 mm təşkil edir. PakistanƏfqanıstanda yaşayan yaşayan yarımnövlər 30 sm-ə qədər böyüyür. Erkəklərin kütləsi 430 q-a qədər, dişilər isə 200-dən 505 q-a qədər ola bilər. Bu da adi kirpi ilə müqayisədə 2 dəfə azdır. Ayaqları hündürdür. Ağızları kəskindir. Yumşaq tüklərə sahib olurlar. Ağız ətrafı boz-qara rəngdən açıq qəhvəyi rəngə qədər dəyişir. İynələr nazik və qısa olur. Uzunluqıarı 17-19 mm-ə çatır. İynələrin rəngi areldan asılıdır: açıq rəngdən tutmuş qara rəngə qədər. Əfqanıstan və Pakistanda kirpi qəhvəyi rəngdədir. Albinoslar aşkar edilir, lakin olduqca nadir müşahidə olunur.

Qulaq kirpi İsrail, Liviya, Misir, Kiçik Asiya, QafqazCənubi Qafqaz, İran, İraq, Pakistan, Əfqanıstan, qismən Hindistan, Orta Asiya, Qazaxıstan, ÇinMonqolustanın quru çöl, yarımsəhra və səhralarında yayılmışlar (Qobi səhrasında belə müşahidə edilirlər). Azərbaycanda yayılmış iki kirpi növündən biridir.

Həyat tərzi və qidalanması

[redaktə | mənbəni redaktə et]

Yaşayış yerləri quru çöl və yarımsəhra çöllərdir. Onlara çay vadilərində, suvarılan torpaqlarda, nəm yarğanlarda, suvarma xəndəklərində rastlamaq mümkündür. Çox vaxt yaşayış məntəqələri yaxınlığında, vahələrdə və meşə kənarlarında tapılırlar. Quru çöl və yarımsəhraların ot bitməyən ərazilərində, tez yanan bitki örtüyünün zəngin olduğu ərazilərdə, yüksək sıx otlu tuqay meşəliklərindən qaşırlar. Qaranlıqda aktivdirlər (gecə 7-9 km gedə bilər), gündüz isə çuxurlarıənda keçirirlər. Özləri uzunluğu 150 sm-ə qədər olan yuvalar qaza bilirlər. Daha çox isə tülkülərin və digər heyvanların tərk edilmiş yeraltı yuvalarında yaşayırlar. Həm də müvəqqəti sığınacaqlardan istifadə edir. Yerdəki köklər, kollar və daşların altındakı boşluqlarda gizlənirlər. Payıza qədər piy qatı toplayırlar. Oktyabr ayının sonu - noyabrın əvvəlindən, martın sonunda - aprelin əvvəlində qədər qış yuxusuna gedirlər. İsti bölgələrdə yalnız qida olmadıqda qışlayırlar.

Qidasının əsasını həşəratlar xüsusən sərtqanadlılarqarışqalar təşkil edir. Bəzi hallarda kirpinin mədəsindən qurbağa, kərtənkələ və kiçik quşların qalıqları tapılmışdır. Bəzən bitki qidaları — giləmeyvə, toxum, meyvə yeyirlər. Uzun qulaqlı kirpi uzun müddət qida və su olmadan yaşaya bilir (laboratoriyada 10 həftəyə qədər).

Qulaqlı kirpi adi kirpi ilə müqayisədə daha sürətli olur. Təhlükə anında bir topa çevrilir, ümumiyyətlə yalnız başını aşağı əyir və düşməni vurmağa çalışır. Dəniz donuzcuğuna nisbətdə gürzəkimilərin zəhərlərinə qarşı 45 dəfə daha davamlıdır. Əsas düşmənləri quşlar, porsuqlar, tülkülər, canavarlardır. Ev heyvanlarının piroplazmozunun daşıyıcısı Dermacentor marginatus da daxil olmaqla ixodid gənələrinə sahibdirlər.

Arealının soyuq hissələrində, dişi ildə bir dəfə, isti ərazilərdə isə iki dəfə bala verir. İsti ölkələrdə bala cütləşmə mövsümü iyul - sentyabr, şimal ərazilərdə isə apreldə başlayır. Çüftləşmədən sonra dişi erkəyi uzaqlaşdırır, yuva qurmağa və genişləndirməyə başlayır. Boğazlıq 35-42 gün davam edir. 3-8 çılpaq bala doğulur. 2 saatdan sonra onlar artıq yumşaq iynələr ilə örtülürlər. Bunlar 2 həftəliyində sərt iynələrlə əvəz olunur. 7-10 gündən sonra kirpilərin gözləri açılır, 3 həftədən sonra yetkinlərin yeməklərini yeməyə başlayırlar. Südvermə 35 günə qədər davam edir. 50 günlük kirpi müstəqil həyata başlayır. Dişilərin cinsi yetkinlik dövrü 11-12 ay, erkəklərdə isə 2 yaşda olur. Qapalı şəraitdə ömür uzunluğu 3-6 ildir.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0