Saqqallı Lüdviq (alm. Ludwig der Bärtige, 23 yanvar 1378, Pfals kürfürstlüyü – 30 dekabr 1436, Heydelberq) və ya Təqvalı Lüdviq (alm. Ludwig der Gottesfromme), həmçinin Keşiştəsəllisi Lüdviq (alm. Ludwig der Pfaffentrost) — Vittelsbax sülaləsindən 1410-cu ildən 1436-cı ilə Pfals kürfürstü.
III Lüdviq | |
---|---|
alm. Ludwig III. von der Pfalz | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 yanvar 1378 |
Doğum yeri | |
Vəfat tarixi | 30 dekabr 1436 (58 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Ruprext (Almanların kralı)[1] |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
1378-ci ildə doğulmuşdu. Onun valideynləri Almanların kralı III Rupert və Nürnberqli Elizabet idi. Onun böyük qardaşları Rupert, Pipan və Fridrix 1397 və 1401-ci illərdə vəfat etdilər, beləliklə Lüdviq onun yerinə atasının titullarına varis oldu.
O gəncliyində, atasının kürfürst və kral olduğu dövrdə də dövlət işlərində iştirak edirdi. 1401–1402-ci illərdə atası İtaliyaya gedərkən o, İmperiya naibi idi. Lüdviq atasının IV Vatslava qarşı üsyan qaldırdığı vaxt onu dəstəkləməyə getmiş, lakin ilk uğurlarından sonra o, yalnız 2 iyun 1401-ci ildə Praqadan kənarda atəşkəs bağlaya bilmişdi.[3] O, 1402-ci ildə İngiltərə kralı IV Henrinin qızı şahzadə Blanş ilə evləndi. Cehiz kimi o, "Pfalz tacı" adlanan bir tac da gətirmişdi. Bu, hələ də qorunub saxlanılan ən qədim ingilis tacıdır və İngiltərə kraliçası Annanın (II Riçardın xanımı) tacı olduğuna inanılırdı.[4][5]
Atası III Rupertin ölümündən sonra onun torpaqları sağ qalan dörd oğul arasında bölündü. 3 oktyabr 1410-cu ildə Lüdviq Pfals kürfürstlüyündə onun əsas varisi oldu. Ölkənin qalan hissələri onun üç kiçik qardaşına düşdü. İohann Pfals-Noymarktı, Otto Pfals-Mosbaxhakimiyyətini, Stefan isə Pfals-Zimmerni aldı.
Kürfürst Lüdviq ali təhsilli və dinə çox bağlı idi. Heydelberq Universitetində teoloji, fəlsəfi və hüquq fakültələrinin fənlərinin təkmilləşdirilməsi və bu postları keyfiyyətsiz müəllimlərə vermədi. 1413-cü ildə o, atası tərəfindən tikintisi başlayan Müqəddəs Ruh kilsəsinin universitetin on dörd üzvü üçün kollegial fonda çevrilməsini tamamladı. 1421-ci ildə öz kitablarını tələbələrin sərbəst istifadə etmələri üçün universitetə vəsiyyət etdi (o, qiymətli əlyazmaların kolleksiyaçısı idi). Hər iki kitab kolleksiyası sonralar məşhur olan Pfals Kitabxanasının əsasını təşkil etmişdir.
İmperiyadakı güclü mövqeyinə baxmayaraq, Lüdviq Müqəddəs Roma imperatoru postuna namizəd olmaqdan çəkinirdi. Əvəzində, 1411-ci ildə o, Lüksemburqlu Sigizmundun seçilməsini dəstəklədi. Sigizmund Lüdviqi dəstəkçiləri arasında ən sadiqi hesab edirdi və bunun müqabilində imperiyanın Pfals üçün verdiyi azadlıqları təsdiqləmişdi. Sigizmund Pfals hakimi imperiya naibi təyin etdi, bu da onu monarxın yoxluğunda onun müavini etdi. Lüdviq Konstans kilsə məclisində Roma Papası XII Qriqori ilə aparılan danışıqların uğurlu keçməsində əsas rol oynadı və onu taxtdan əl çəkməyə inandırdı. Bu, qərb parçalanmasına son qoyulması üçün əsas maneəni aradan qaldırdı. Daha sonra Lüdviqi imperator hökmlərinin icrasına cavabdeh olan "İmperiya hakimi", həmçinin knyazlar şuranın müdafiəçi müavini, yəni şurada təhlükəsizliyi və sülhü təmin etməli olan naib kimi təyin etdi.
İmperiya naibi və İmperiya hakimi kimi Lüdviq Yan Husa edam cəzasını şəxsən vermişdi (imperator Sigizmundun adından olsa da). Hus 6 iyul 1415-ci ildə onun nəzarəti altında açıq şəkildə yandırıldı. Belə bir cəzanı 1416-cı il mayın 30-da bir daha, bu dəfə Husun ardıcılı Praqalı İeronimə verməli oldu. Sigizmund ona 20 mart 1415-ci ildə Konstans məclisindən gizli şəkildə qaçan pizalı antipapa XXIII İohannı həbs etməyi də ona tapşırdı. Aprelin sonunda kürfürst onu nəzarətə götürə bildi və Heydelberq qalasında saxladı. Orada o, həmin il mayın 31-də rəsmi olaraq papalıq vəzifəsindən imtina etdi. 11 noyabr 1417-ci ildə Konstansda yeni Papa V Martin seçildi və parçalanma başa çatdı. Beləliklə, İohann barədə həbs tədbiri ləğv edildi; lakin o, azadlığını yalnız 1419-cu ilin yazında, kürfürstün onu tutmaq üçün xərclədiyi pulları kompensasiya etməsi müqabilində azad etdi. 1422/23-cü illərdə Pfals hökmdarı kimi Prussiya səlib yürüşünə qoşuldu.[6]
1426-cı il mayın 5-də "İngiltərəli Ruprext" (alm. Ruprecht der Engländer) kimi tanınan oğlu Ruprext vəfat etdi. Lüdviq onu taxtın varisi hesab etdiyi üçün çoxdan dövlət işlərini ona həvalə etmişdi. Kürfürst bu ölümdən o qədər sarsılmışdı ki, o, 1427-ci ildə başladığı, lakin ağır xəstə olduğu vaxtdan geri döndüyü müqəddəs torpaqlara həcc ziyarətinə getməyə qərar verdi. Onun təqvası və dininə bağlılığı o qədər artmışdı ki, ona "Təqvalı" və ya "Keşiştəsəllisi" kimi ləqəblər verildi. 1430-cu ildən kürfürst demək olar ki, kor idi. 1435-ci ildə öz arvadı və müşavirləri onu hakimiyyətdən uzaqlaşdırdılar. Lüdviqin kiçik qardaşı Otto dövlət işlərini öz üzərinə götürdü və oğullarını böyütdü. Lüdviq 1436-cı ildə Heydelberqdə vəfat etdi və oradakı Müqəddəs Ruh kilsəsində dəfn edildi.
15 avqust 1401-ci ildə Kölndə kral IV Henri və onun həyat yoldaşı Meri de Bohunun qızı şahzadə Blanş ilə evləndi (1392–1409) ilə evləndi. Evlilikdən bir oğul doğuldu:
İkinci evliliyini Savoyyalı Matilda (1390–1438), Savoyyalı Amadeusun qızı ilə evləndi[7]: