Müsavat və bitərəflər fraksiyası

Müsavat və bitərəflər fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində ən çox millət vəkilinə sahib olan fraksiya.

Müsavat və bitərəflər fraksiyası
Lideri Məhəmməd Əmin Rəsulzadə
Quruluş tarixi 7 dekabr 1918 və ya oktyabr 1919
Dağılma tarixi 27 aprel 1920
İdeologiya liberalizm
Türkçülük
İdeoloji spektr sağçı
Müttəfiqlər Türk Ədəmi-Mərkəziyyət "Müsavat" Firqəsi
Parlamentdə
39 / 120
(27 aprel 1920)
Hökumətdə
5 / 15
(24 dekabr 1920)

1919-cu ilin oktyabrında Bitərəflər fraksiyasında parçalanma baş verdi. Səkkiz nəfərdən ibarət böyük əksəriyyət (Fətəli xan Xoyski, Mirzə Əsədullayev, Əsədulla Əhmədov, Cəmil bəy Sultanov, Yusif Əhmədov, Baxış bəy Rüstəmbəyov, Abuzər bəy Rzayev, Ağa Aşurov) Müsavat fraksiyası ilə birləşərək parlamentdə həlledici səsə malik olan Müsavat və bitərəflər fraksiyasını yaratdılar. Müsavat fraksiyası ilə birləşən bitərəflər, eyni zamanda, müstəqil səsvermə hüquqlarını özlərində saxladılar.

Fraksiyaya 40 parlament üzvü daxil idi:

  • Azərbaycan Cümhuriyyəti Parlamenti (1918–1920). Parlament (stenoqrafik hesabatlar), c.1–2, B.,
  • Андрес-календарь Азербайджанской Республики на 1920 г., Б., 1920