Jeff Hanneman

Ceffri Con Hanneman (ing. Jeffrey John Hanneman; 31 yanvar 1964[1], Oklend, Kaliforniya[2]2 may 2013[1], Hemet[d], Kaliforniya[3][4]) — amerikalı musiqiçi, treş-metal qrupu Slayer-in solo gitaraçısı və qurucularından biri.

Ceff Hanneman
ing. Jeff Hanneman
Ceff Hanneman "Sonisphere" festivalında çıxış edərkən, avqust 2010
Ceff Hanneman "Sonisphere" festivalında çıxış edərkən, avqust 2010
Ümumi məlumatlar
Doğum adı ing. Jeffrey John Hanneman
Doğum tarixi
Doğum yeri Oklend, Kaliforniya, ABŞ
Vəfat tarixi (49 yaşında)
Vəfat yeri Hemet, Kaliforniya, ABŞ
Vəfat səbəbi qaraciyər çatışmazlığı
Dəfn yeri
  • Pasifik-Vyu xatirə parkı[d]
Vətəndaşlığı  ABŞ
Musiqiçi məlumatları
Fəaliyyəti
Fəaliyyət illəri 1981–2013
Janrlar
Musiqi alətləri
Albom şirkətləri
  • American Recordings
  • Def Jam Recordings
  • Metal Blade Records
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hanneman 2013-cü ilə, yəni ölənədək Slayer qrupunun bütün albomlarında həm mahnı sözləri yazmış, həm musiqi bəstələmişdir. O, qrupun "Raining Blood", "War Ensemble", "South of Heaven", "Seasons in the Abyss" mahnılarını və demək olar ki, qrupun hər canlı konsertinin sonunda ifa olunan "Angel of Death" mahnısını bəstələmişdir. Onun öz ESP Jeff Hanneman Signature gitara seriyası da olmuşdur.

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Hanneman 31 yanvar 1964-cü ildə Kaliforniyanın Oklend şəhərində doğulmuş, Lonq-Biçdə müharibə veteranları ailəsində böyümüşdür. Onun atası II Dünya müharibəsi zamanı Normandiyada, qardaşları isə Vyetnamda döyüşmüş, ümumiyyətlə, müharibə mövzusu onların yemək masasında etdikləri adi söhbətlərdən birinə çevrilmişdir. Həmin dövrlərdə televiziyada döyüş filmləri məşhur olmuş, Ceff isə tez-tez tanktəyyarə modellərinin yığılmasında və onların rənglənməsində qardaşlarına qoşulmuşdur. Aldığı tərbiyə nəticəsində onun müharibəyə və hərb tarixinə olan marağı formalaşmaşmışdır.[5]

2009-da Decibel jurnalına verdiyi müsahibə zamanı atasının alman olduğunu, lakin müttəfiq dövlətlər tərəfdən vuruşduğunu qeyd etmişdir. Həmin müsahibədə, o, valideynlərinin Almaniyanın hansı vilayətindən olması kimi detallara da toxunmuşdur. Onun babası alman dilində sərbəst danışmışdır.[6]

Hanneman hevi-metal üslubunda musiqi ilə uşaq vaxtı böyük bacısı Merinin öz evində Black Sabbath qrupuna qulaq asdığı zaman tanış olmuşdur.[7] O, yuxarı sinifdə oxuyan zaman musiqi stilinə və davranışına əhəmiyyətli dərəcədə təsir etmiş hardkor-pank üslubunu özlüyündə kəşf etmişdir.

Hanneman Slayer ilə "Fields of Rock" festivalında çıxış edərkən. (2007)

Ceff Hanneman 1981-ci ildə Kerri Kinq ilə tanış olur. Bu zaman Ceff telemarketçi işləyir, Kinq isə satern-rok qrupu olan "Ledger" qrupuna üzv olmaq üçün seçimlərə qatılırdı. Kinq xatırlayır: "Mən çıxanda Ceffi mənim sevdiyim musiqiləri – Deff Leppard-ın "Wasted" mahnısını, AC/DCPriest kimi qrupları gitarada ifa edən gördüm".[8] Sınaq sessiyasından sonra iki gitaraçı bir araya gələrək bir-birilə söhbət etməyə və Iron Maiden, Judas Priest qruplarının mahnılarını ifa etməyə başlayırlar. Kinqin Ceffə qrup yaratmaq təklifini irəli sürməsi və Ceffin bunu müsbət qarşılaması nəticəsində Slayer yaranır.[5]

Hanneman Kinq ilə tanış olanadək cəmi bir il gitara ifa etdiyini, daha sonra onun ifasına baxıb daha yaxşı çalmağa çalışdığını qeyd etmişdir.[9] Hardkor-pank musiqisindən güclü dərəcədə təsirlənən Hanneman qrupun digər üzvlərinə də bu üslubu sevdirmiş, bu da Slayer-in daha sürətli və aqressiv musiqi yanaşmasına sahib olmasına səbəb olmuşdur. Qrupun barabançısı Deyv Lombardo hardkor musiqinin təsirilə daha sürətli[9] ifa etdiyini və bununla onun ifaçılıq üslubunun formalaşdığını qeyd etmişdir.[10]

1984-cü ildə Hanneman Suicidal Tendencies qrupunun gitaraçısı Roki Corc ilə qısa müddətlik "Pap Smear" adlı hardkor-pank qrupunu qurmuşdur. Qrup üçün çoxlu sayda mahnılar yazılsa da, Slayer-in prodüseri Rik Rubin ona yan proyektlərdən uzaq durmağı məsləhət görmüş və bunun qrupların dağılmasına səbəb olduğunu demişdir.[5] Hanneman Rubinin bu məsləhətinə qulaq asmış və qrup ilə cəmi bir demo albom qeydə almışdır. Həmin albomda Hanneman qrupda bas gitarada ifa edir və oxuyur, Lombardo barabanda, Corc isə gitarada ifa edirdi. Bu mahnılardan ikisi sonralar Slayer-in 1996-cı ildə yayımlanan Undisputed Attitude albomu üçün yenidən qeydə alınmışdır.[5]

Xəstəliyi və ölümü

[redaktə | mənbəni redaktə et]

2011-ci ilin əvvəlində Hanneman nekrotik fasiit-ə yoluxur. Ceffin bu infeksiyaya yoluxmasını öz dostunun hovuzunda olarkən hörümçək dişləməsi ilə əlaqələndirmişdirlər.[11][12]

Hanneman xəstəliyi səbəbindən 26 fevral 2011-ci ildə başlanan Avstraliyadakı "Soundwave" festivalı turuna qatıla bilmədi. Buna baxmayaraq, qrup bu konsertləri onsuz keçirməyi qərara aldı və 16 fevralda Exodus qrupundan Qeri Holt əvəzləyici gitaraçı kimi qrupa daxil edildi.[13] Holt öz qrupu Exodus-da ifa etmək üçün turu tərk etdikdə Pet O'Brayen Slayer-in ikinci müvəqqəti gitaristi kimi qrupa qoşuldu.[14] 2012-ci ildə qrup üzvü Tom Araya Ceffin infeksiyadan sağaldığını bəyan etdi. Buna baxmayaraq, 2013-cü ilin fevralında Kerri Kinq Hannemanın sağlamlıq problemləri ilə mubarizə apardığını və bunun onun işləməsinə maneə olduğunu açıqladı.

Hanneman 2 may 2013-cü ildə, evinin yaxınlığında, Cənubi Kaliforniyadakı xəstəxanada qaraciyər çatışmazlığından vəfat etdi.[15][16] 9 may 2013-cü ildə onun rəsmi ölüm səbəbinin spirtli içkilərdən meydana gələn sirroz olduğu açıqlandı. Hanneman və ailəsi ölümündən qısa bir müddət öncəyə qədər vəziyyətin dərəcəsindən xəbərdar olmamışdılar.[17]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Hanneman Katrin ilə 1989-cu ildə, Las Veqasda evlənmişdir.[18] Onlar ilk dəfə 1983-cü ildə, Slayer-in debüt albomu Show No Mercy yayımlanmamışdan qabaq qrupun Buena Parkdakı konserti zamanı tanış olmuşdular.[8] Cütlüyün övladları yox idi və onlar Los-Ancelesdə yaşayırdılar. Katrin həyat yoldaşı Hannemanın istəyinə uyğun olaraq Slayer turda olarkən evdə qalırdı. O, 20 il ərzində qrupla yalnız iki dəfə tura çıxmışdır.

Hanneman səhnədə olmadığı zamanlarda təmkinli insan idi. Qrupun digər üzvlərindən fərqli olaraq o, ünsiyyətdə çox seçici idi və nadir hallarda müsahibə verirdi. Vokalist, bas gitaraçı Arayanın dediyi kimi:"Əgər onun səndən xoşu gəlmirdisə, sənlə bir yerdə olmazdı."[8]

Cəngavər Xaçı

Hannemanın Alman döyüş medallarına və Nasist Almaniyaya marağı onun yazdığı mahnı sözlərində əks olunmuşdur. Onun VermaxtaSS qoşunlarına marağı atasının ona verdiyi medallardan yaranmışdı. Bu medalların içərisində ölü alman əsgərlərindən götürülənlər də var idi.[19] Onun ən dəyərli medalı Slayer azarkeşindən 1,000 dollara aldığı Cəngavər Xaçı idi.[19] Motörhead ilə birlikdə turda olarkən Hanneman Motörhead-ın vokalisti Lemminin medallara marağı olduğunu öyrənmiş və onlar medal dizaynları, silahlar və Vermaxtda işlədilən taktikaları müzakirə etmişdilər.[5]

Hannemanın "Angel of Death" mahnısına yazdığı sözləri Slayerin Nasistlərə rəğbət bəsləməsi fikrinə səbəb olmuşdu.[20] Hanneman buna görə özünü "mahnı sözlərinə əlavə etdiyim heç nə onun (Yozef Menqele) pis adam olduğunu demir, çünki mənə görə.. məsələ aydın deyilmi? Bunu sizə deməməliydim." deyə müdafiə etmişdi.[5] Qrup dəfələrlə üzvlərin Nasist olmadığı və Nasizmə göz yummadıqlarını qeyd etmişdir.[21]

Musiqi təsiri və stili

[redaktə | mənbəni redaktə et]

Hannemanın, əsasən, Led Zeppelin, Iron Maiden, Judas Priest,[5] Black Sabbath,[7] Aerosmith[22] kimi hard-rokhevi-metal qruplarından, Wasted Youth, Minor Threat,[23] Dead Kennedys, Black Flag, T.S.O.L. kimi hardkor-pank qruplarından təsirlənmiş, bu da öz növbəsində Slayer-in 1996-cı ildə Undisputed Attitude albomunu çıxarmasına gətirib çıxarmışdır.[5] Hanneman və Kinqin ikili gitara soloları "vəhşicəsinə xaotik"[24] və "dahiyanə"[25] adlandırılmışdır. South of Heaven albomunda "daha texniki" gitara rifflərindən istifadə olunmuş, melodiklik saxlanmaqla daha peşəkar musiqilər yazılmışdır. Həm Hanneman, həm də Kinq Guitar World jurnalının "Tarixin ən yaxşı 100 hevi-metal gitaraçıları" siyahısında 10-cu yerə layiq görülmüşdür.

Hannemanın gitara işləri hevi-metal musiqisi və mədəniyyətinə nəzərə çarpacaq dərəcədə təsir göstərmişdir. Robb Flinn[26] (Machine Head), Dino Kasares[26] (Fear Factory, Divine Heresy), Mille Petroçça[27] (Kreator), Andreas Kisser[28] (Sepultura), Den Lilker[29] (Anthrax, Nuclear Assault), Erik Hoffman[29] (Amon/Deicide), Trevor Peres[29] (Obituary), Mark Morton[30] (Lamb of God) və Kelli Şeyfer[29] (Atheist) kimi musiqiçilər Ceffin onların ifaçılıq və mahnı yazmaq tərzinə təsir göstərdiyini qeyd etmişdirlər. Ceff Uolker Hannemanın ifasının, riff yazmasının və davranışının Carcass qrupuna böyük təsiri olduğunu demişdir.[29] Şavo Odadjyan isə "Ceff Hanneman olmasaydı, System of a Down da olmazdı" deyə bəyan etmişdir.[31]

"Terrorizer" jurnalının əməkdaşı Con Konsterdin qeyd etmişdir: "Ceff Hanneman olmadan Slayer şübhəsiz ki, bütün janrı dəyişdirən ən məşhur metal rifflərinı yaratmazdı".[32] "Guitar World"-dən Ceff Kittsə görə o, "bir nəslə təsir etmiş və metalın gedişatını əbədi olaraq dəyişdirmişdir".[8] Hannemanı bəstəkar kimi əsas təsiri hesab edən Cannibal Corpse qrupunun bas gitaraçısı Aleks Uebster onu "metalın ən böyük musiqiçilərindən və mahnı müəlliflərindən biri" kimi qiymətləndirmiş[33]Children of Bodom qrupundan Aleksi Layho Hannemanın "metalın atalarından biri" olduğunu qeyd etmişdir.[34]

Testament qrupundan Aleks Skolnik Hannemanın bütün dövrlərin bəzi ən yaxşı rifflərini yazdığını[34] və onun musiqiyə təsirini qeyd etmiş və onsuz bütöv janrın eyni olmayacağını söyləmişdir.[35] Slipknot və Stone Sour qruplarından olan Kori Teylor Hannemanın layiq olduğundan daha az dəyər verilən mahnı yazıçı və ifaçılarından biri olduğunu söyləmiş[34], eyni zamanda Guns N' Roses və Velvet Revolver qruplarından olan Sleş isə onu "treş/spid-metal gitarasının kralı" adlandırmışdır.[36]

Mahnı sözləri və musiqi

[redaktə | mənbəni redaktə et]

Hanneman "Angel of Death", "Raining Blood", "Die by the Sword", "South of Heaven", "War Ensemble", "Postmortem", "Dead Skin Mask" və "Seasons in the Abyss" kimi pərəstişkarlar tərəfindən sevilən və Slayer qrupunun canlı konsertlərinin ayrılmaz hissəsinə çevrilən mahnıları bəstələmişdir. Hannemanın sevilmli albomu Reign in Blood idi və o, "Raining Blood" və "Angel of Death" mahnılarını ifa etməkdən zövq alırdı.[5] O, Slayer-in hər albomuna mahnı sözləri və musiqi töhfələri vermiş, Araya ilə bu istiqamətdə əməkdaşlıq etmiş, bu da bəzən Kinqin yaradıcı töhfələrinə kölgə salmışdır.[20]

Yeni material yazılan zaman qrupda mahnı sözlərindən əvvəl onun musiqisini bəstələnirdi.[5] Hanneman çox vaxt mahnı rifflərini evdə bəstələyir, onları "24-track" və zərb alətləri maşını istifadə etməklə qeydə alırdı. Bu zaman o, qrupun digər üzvlərindən — Kinq və Lombardodan ideya, fikir və düzəliş təklifləri kimi məlumatlar toplayırdı. Qrup sadə mahnı strukturunu əldə etmək üçün həmin riffi ifa edir, daha sonra mahnı sözlərinin və soloların yerlərini təyin edirdilər.[5] Hanneman qeyd etmişdir ki, mahnı sözləri və musiqi yazmaqda "hər kəs azaddır"; "Bu sadəcə kimin nə ilə gəlməsidir. Bəzən mən daha çox material yazıram. Eynilə Kerri kimi — bu daha çox kimin daha çox ilhamlı olmasından asılıdır. Hər kəs hər şey yaza bilər. Əgər yaxşıdırsa, onu istifadə edirik, əksidirsə, etmirik.[5]

  • ESP Jeff Hanneman Signature model[37]
  • Jackson Custom Shop Soloist
  • EMG 81/85 maqnitləri (EMG SPC Mid-Boost ilə birlikdə)
  • Kahler Pro körpü xərəyi
  • Dunlop .009-.042 simləri
  • D'Addario .009-.042 simləri (ilk illərində)

Səs effektləri

[redaktə | mənbəni redaktə et]
  • Shure simsiz sistemi
  • Eventide H3000S Harmonizer
  • Yamaha SPX-90 effekt prosessoru
  • Rocktron Super C HUSH
  • MXR Smart Gate
  • BOSS RGE-10 (10 pilləli ekvalayzer)

Səs gücləndiriciləri

[redaktə | mənbəni redaktə et]
  • Marshall JCM800 2203 səs gücləndiriciləri
  • Marshall JCM800 1960 kabinetləri, daha sonralar Celestion G12T-75 səs gücləndiriciləri ilə yüklənmiş ModeFour səs gücləndirici kabineti
border=none Əsas məqalə: Slayer diskoqrafiyası
  1. 1 2 Jeff Hanneman // Encyclopaedia Metallum. 2002.
  2. Deutsche Nationalbibliothek Record #135468167 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. "Скончался основатель и гитарист Slayer Джефф Ханнеман" (rus). Lenta.ru. 2013-05-03. 2013-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-06. (#apostrophe_markup)
  4. "Скончался гитарист американской группы Slayer Джефф Ханнеман" (rus). Rus qəzeti. 03.05.2013. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-06. (#apostrophe_markup)
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Davis, Brian. "Exclusive! Interview With Slayer Guitarist Jeff Hanneman". KNAC. 26 iyul 2004. 28 sentyabr 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2013.
  6. "Decibel Magazine". 2007-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2011.
  7. 1 2 D.X. Ferris, Slayer's Reign in Blood, Continuum, 2008, s.33
  8. 1 2 3 4 "In Tribute: The Complete, Untold Story of Slayer's Jeff Hanneman". guitarworld.com. 27 avqust 2013. 2014-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2014.
  9. 1 2 Joel McIver, The Bloody Reign of Slayer, Omnibus Press, 2009
  10. "Slayer Drummer Dave Lombardo Remembers His and Jeff Hanneman's Punk Rock Roots". loudwire.com. 9 may 2013. 30 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2014.
  11. "An open letter to Slayer fans around the world". slayer.net. may 6, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: may 7, 2013.
  12. "Slayer guitarist Jeff Hanneman dies of liver failure after spider bite". CBC News. 3 may 2013. 6 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2013.
  13. "SLAYER's HANNEMAN Contracts Acute Infection; Band To Bring in Guest Guitarist". Blabbermouth.net. 12 fevral 2011. İstifadə tarixi: 7 may 2013.
  14. "Cannibal Corpse's Pat O'Brien Will Step in as Slayer's Guest Guitarist". slayer.net. 23 iyul 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2013.
  15. "Slayer guitarist Jeff Hanneman dies". 3 News. 3 may 2013. 4 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2013.
  16. Graff, Gary. "Slayer Guitarist Jeff Hanneman Dead at 49". Billboard magazine. 2 may 2013. 17 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2013.
  17. "Slayer Guitarist Jeff Hanneman: Official Cause Of Death Revealed – May 9, 2013". Blabbermouth.net. Roadrunner Records. December 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2018.
  18. "Kathryn Hanneman- Slayer Guitarist Jeff Hanneman's Wife". 3 may 2013. 8 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2013.
  19. 1 2 Lahtinen, Luxi. "SLAYER – Jeff Hanneman". metal-rules.com. 17 dekabr 2006. 29 January 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2013.
  20. 1 2 Bennett, J. "Seasons in the Abyss: An exclusive oral history of Slayer". Decibel. Avqust 2006. 11 fevral 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2013.
  21. Cummins, Johnson. "Slayer's Tom Araya on Satanism, serial killers and his lovable kids". Montreal Mirror. 2002. 30 iyun 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2013.
  22. D.X. Ferris, Slayer's Reign in Blood, Continuum, 2008, p.34
  23. "Slayer's Jeff Hanneman Talks About "Raining Blood"". revolvermag.com. 7 oktyabr 2011. 2017-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2013.
  24. Huey, Steve. "Reign in Blood". Allmusic. 23 November 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2013.
  25. Horatio. "Slayer – Reign in Blood review". kickedintheface.com. 6 fevral 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2013.
  26. 1 2 "Musicians Pay Tribute To Fallen SLAYER Guitarist Jeff Hanneman". metalinjection.net. 3 may 2013. 15 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2013.
  27. "KREATOR Frontman Mille Petrozza – "Jeff Hanneman Has Influenced My Playing, Writing and the Way I Listen To Music Forever"". bravewords.com. 7 may 2013. 15 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2013.
  28. "ANDREAS KISSER: 'Without SLAYER, SEPULTURA Would Never Be Possible". blabbermouth.net. 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2013.
  29. 1 2 3 4 5 "Tribute to Jeff Hanneman (1964–2013)". metalcrypt.com. 8 iyun 2013. 2018-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2013.
  30. "Jeff Hanneman Dead at 49: World Loses a Giant SLAYER". metalholic.com. may 2, 2013. dekabr 13, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: iyul 16, 2013.
  31. "Blogs of War: Here's What Happened At The Jeff Hanneman Public Memorial". metalhammer.co.uk. 24 may 2013. 8 avqust 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2013.
  32. "Slayer guitarist Jeff Hanneman dies aged 49". terrorizer.com. May 3, 2013. March 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 17, 2013.
  33. "Cannibal Corpse Bassist Alex Webster Pays Tribute To Slayer's Jeff Hanneman". burstzine.com. iyun 3, 2013. iyul 17, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: iyul 17, 2013.
  34. 1 2 3 "Phil Anselmo, Corey Taylor + more reflect on Slayer's Jeff Hanneman at Revolver Golden Gods". loudwire.com. May 3, 2013. December 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2013.
  35. "Remembering Jeff Hanneman: 1964 – 2013". premierguitar.com. May 6, 2013. March 20, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 5, 2013.
  36. "SLASH Pays Tribute To SLAYER's JEFF HANNEMAN". blabbermouth.net. May 10, 2013. August 25, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2013.
  37. "Jeff Hanneman". slayersaves.com. August 18, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-07.
  38. "SLAYER: New Song 'When The Stillness Comes' Available For Streaming". 16 aprel 2015. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]