Ərəstun Əfşan oğlu Həsənov (10 sentyabr 1990; Beyləqan rayonu, Azərbaycan SSR — 3 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Ərəstun Həsənov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kəbirli, Beyləqan, AzSSR |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Qubadlı rayonu, Azərbaycan |
Dəfn yeri | Kəbirli, Beyləqan, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri |
Ərəstun Həsənov 1990-cı il sentyabrın 10-da Beyləqan rayonunun Kəbirli kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun kiçik çavuşu olan Ərəstun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ərəstun Həsənov noyabrın 3-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ərəstun Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ərəstun Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ərəstun Həsənov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ərəstun Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ərəstun Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]