Famil Şiraslan oğlu Həsənzadə (22 mart 1994; Kəbirli, Beyləqan rayonu, Azərbaycan — 8 noyabr 2020; Sığnaq, Xocalı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Famil Həsənzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kəbirli, Beyləqan rayonu, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Sığnaq, Xocalı rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2011—2012 / 2014—2020 |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Zəngilanın azad edilməsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2020 2020 |
Famil Həsənzadə 1994-cü il martın 22-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur.[1] Beyləqan rayon Kəbirli kənd orta məktəbinin məzunudur.
Famil Həsənzadə 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2014-cü ilin mart ayından eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət etməyə başlamışdır. Minaatan komandirləri kursunu bitirmişdir. "N" saylı hərbi hissənin minaatan taborunda minaatan komandiri vəzifəsində xidmət etmişdir.
Famil Həsənzadə 2020-ci ilin sentyabrın 25-də gizirlik kursunu bitirərək "gizir" rütbəsi almışdır.
Azərbaycan Ordusunun giziri olan Famil Həsənzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Famil Həsənzadə noyabrın 8-də Şuşanın azad edilməsi gedişatında Xocalı rayonunun Sığnaq kəndində həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Həsənzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Həsənzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]