Karl Knis (alm. Karl Gustav Adolf Knies; 29 mart 1821[2][3][…], Marburq, Hessen[1][4] – 3 avqust 1898[2][3][…], Heydelberq, Baden knyazlığı[d][1][4]) — Almaniya iqtisadçısı.
Karl Knis | |
---|---|
alm. Karl Gustav Adolf Knies[1] | |
Doğum tarixi | 29 mart 1821[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 3 avqust 1898[2][3][…] (77 yaşında) |
Vəfat yeri |
|
Elm sahəsi | iqtisadiyyat |
Elmi dərəcələri | |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbəri | Bruno Hildebrandt[7] |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
1853-cü ildə Marburq, Freyburq və Heydelberq universitetlərinin professoru, tarix məktəbinin üçüncü nümayəndəsi K. Knisin "Tarixi metod nöqteyi-nəzərdən siyasi iqtisad" kitabı çap olundu ki, burada tarix məktəbinin metodoloji yanaşmalarının sistemli ifadəsi verilmişdi. Onun digər mühüm əsəri iki cildlik "Pul və kredit" (1885–86-cı illər) əsəridir.
Knis də tarix məktəbinin digər nümayəndələri kimi siyasi iqtisad klassik məktəbinin antitarixliyini tənqid edirdi. Cəmiyyətin iqtisadi inkişafının obyektiv qanunauyğunluğu ideyası Knis tərəfindən xüsusi tənqid olunur. O, təbii qanunların cərəyan etdiyi təbiəti hər hansı qanunların təsirindən azad olan cəmiyyətə qarşı kəskin surətdə qoyurdu. Knis tarix məktəbinin digər nümayəndələri kimi müxtəlif xalqların tarixində iqtisadi təzahürlərin təkrarlanmasını, bununla da iqtisadi inkişafın ümumi qanunlarının mümkünlüyünü rədd edirdi.
Tarix məktəbi Fridrix Listin siyasi iqtisada olan baxışını tarixi inkişafda təbiətin müstəsna xüsusiyyətləri, xalqın və onun idarələrinin xarakteri ilə müəyyən edilən milli təsərrüfatı öyrənməyə qadir olan milli elm kimi əks etdirirdi.