Kartvelologiya və ya gürcüşünaslıq — Gürcüstanla və ya gürcülərlə bağlı olan bütün bəşəri elmləri - dilçilik, ədəbiyyat, incəsənət, arxeologiya, folklor, etnoqrafiya, numizmatika, sferoqrafiya, tarix, iqtisadiyyat və s. öyrənən yeni sahə. XIX əsrə qədər bu sahə daha nizamsız və mürəkkəb üsullarla tədris edilirdi. Gürcüstanda Tbilisi Dövlət Universitetinin və xüsusilə, Gürcüstan Milli Elmlər Akademiyasının yaradılmasından sonra Kartvelologiyanın müəyyən sahələrində sistemli və geniş tədqiqatlar aparılmağa başlanıldı.[1]
Tədqiqat materiallarının çoxluğu, müasir tədqiqat metodlarının müxtəlifliyi və sahənin xüsusiyyətləri səbəbindən Kartvelologiya üzrə ixtisaslaşma getdikcə dərinləşdi. Bu günə qədər elmi baxımdan "Kartvelologia" xaricdə bu sahəylə bağlı aparılan tədqiqatlar demək idi. Kartvelologiya gürcü tarixi, gürcü dili, gürcü ədəbiyyatı, incəsənəti və mədəniyyətini öyrənən fənlər kompleksi olaraq nisbətən gənc bir elmdir.[2]
Xarici Kartvelologiyanın başlanğıcı antik dövrdən başlayır. Gürcüstana aid ən erkən istinadlar Qədim Yunan və Roma müəlliflərindəndir (Herodot, Ksenofon, Hippokrat, Aristotel, Strabon, Plini, Plutarx, Takitus və s.). Onlar gürcü tayfalarının həyat və adətlərini, eləcə də Gürcüstanın təbiətini təsvir edirlər. Bu istinadların bir çoxu bu gün də tədqiq edilməmişdir. Gürcüstanla bağlı fikirlərə Bizans müəlliflərinin (IV-XV əsrlər) əsərlərində də rast gəlirik.[1]
Gürcüstan tarixi üçün dəyərli materiallar Qərbi Avropa səyahətçilərinin qeydlərində toplanılmışdır. Daha əvvəl səyahət edənlərin - Flamand Villem Rubrukuist (1215-1293), Marko Polo (1254-1324) və Şiltberger (1380-1440) istinadları çox qısa və yarımçıqdır. Gürcülər haqqında maraqlı məlumatları səlibçilər (Oliverius, XIII əsr; Titmar, XIII əsr; Adam XIV əsr və s.), sonralar Fələstində Bernard von Braydenbax (vəfatı 1497) qeyd etmişdir. XV əsrdə Venesiyalılar Osmanlılara qarşı mübarizədə müttəfiq tapmaq üçün bir neçə dəfə Səfəvilərə və qonşu ölkələrə, o cümlədən, Gürcüstana diplomatik nümayəndəlik göndərmişdilər. Bu ölkələr Katerina Zeno (XV əsr), İosafat Barbaro (XV əsrin əvvəlləri - 1493), Ambrozio Kontarini (XV əsr) və başqaları tərəfindən təsvir edilmişdir.[1]
XVII əsrdə Qərbi Avropa ölkələri ilə Şərq arasında ticarət əlaqələri gücləndi və bu da öz növbəsində Şərq ölkələrinə (Gürcüstan da daxil olmaqla) marağı artırdı. Avropalı müəlliflər müxtəlif Avropa dillərində Gürcüstanla bağlı yazmağa başladı: Pietro Della Vale (1586-1652), "Gürcüstan haqqında məlumat" (Roma, 1627); Arxangel Lambert "Kolxidaya istinadlar, indi Samegrelo deyilir" (Neapol, 1654) və "Kolxidanın Müqəddəs Tarixi" (Neapol, 1657). Ketevanın işgəncəsinə aid məktub 1633-cü ildə Oksfordda nəşr olundu.[1]
Gürcüstana aid maraqlı və geniş məlumatlara XVII-XVIII əsrlərdə yazılmış bu əsərlərdə rast gəlinir: Tavernier (1605-1689), "Altı səyahət" (1-ci nəşr, Paris, 1676); Adam Oleari (1599-1671) "Böyük Moskva Kralı Mixail Teodorun və Fars Kralının oğlunun Qotsefardan Holşteynə səfirliyinə göndərilməsinə aid Moskva və İrana edilən məşhur səyahətin ətraflı təsviri" (Şlesvig, 1656); Jan Şarden (1643-1713) "Persiyaya səyahət"(1-ci nəşr, London, 1686); Cozef Piton(1656-1708) "Şərqə bələdçi" (Lyon, 1717); Eberhard Verner Hapilin tarixi əsərləri (1647-1690)[1]
XVIII əsrin İran mənşəli əsərlərində Gürcüstan mövzulu yazıların, kitabların çoxluğu diqqət çəkir. Bunlara polşalı Krusinskinin "Fars İnqilabının Tarixi"(Paris, 1728), fransız Klod-Şarl de Paisonun (1727-1790) "İran və Gürcüstanda çağdaş həyəcan haqqında esse"(Paris, 1754),ingilis C. Hanoyun "İngilislərin Xəzər dənizindəki ticarətinin tarixi hesabatı" (London, 1753) və anonim yazılmış bir Alman povesti olan "Eyni zamanda Şahzadə Ereklinin saleh şəcərəsini və ən əhəmiyyətli əsərlərini özündə cəmləşdirən İran və Gürcüstan nağılı"(Maine Frankfurt, 1755) əsəri misal göstərilə bilər.[1]
Gürcüstan haqqında çox saylı səyyah qeydlərinə əsaslanan bölmələr müxtəlif əsərlərin tərkibinə daxil edilmişdir;De la Kruzun "Universal coğrafiya" (Paris, 1693), Salmonun "Bütün ölkələrin və dünya xalqlarının müasir vəziyyəti" (Venesiya, 1738); Ş. Puffendorf və A.O. Brusen de la Martinierenin "Universal Tarixə Giriş" (Amsterdam, 1745), "Lambertin "Universal Tarix" (Paris, 1750)[1] Gürcü dilinin və yazısının öyrənilməsində ilk addımlar 17-ci əsrin əvvəllərində Avropada baş verdi. Səkkiz il Gürcüstanda yaşayan missioner Fransisko Mariya Mayo (1612-1686) latın dilində gürcü dilinin qrammatikası ilə bağlı "Gürcüstana kömək edən Şərq dilləri üzərində iş" (Roma, 1643) kitabını yazdı.[1]
19-cu və 20-ci əsrlərdə sahəylə bağlı həm xarici, həm də gürcü araşdırmaçıların tədqiqatlarını görə bilirik.