Saymon Kuznets

Saymon Smit Kuznets (ing. Simon Smith Kuznets; emiqrasiyaya qədər Şimen (Semyon) Abramoviç Kuznets)[6] (30 aprel 1901[1][2][…], Pinsk, Minsk quberniyası[d]8 iyul 1985[1][3], Kembric, Massaçusets) — ABŞ iqtisadçısı, statistik, demoqraf və iqtisadiyyat tarixçisi. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı 1971-ci il.

Saymon Kuznets
ing. Simon S. Kuznets
Doğum tarixi 30 aprel 1901(1901-04-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 iyul 1985(1985-07-08)[1][3] (84 yaşında)
Vəfat yeri
İş yerləri
Təhsili
Elmi rəhbəri Vesli Mitçell
Üzvlüyü
Mükafatları İqtisadiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İqtisadiyyatın emprik elm kimi formalaşması və iqtisadi tarixin kəmiyyətinin inkişafı Kuznetsin adı ilə bağlıdır.[7]

Atasından 15 il sonra 1922-ci ildə ABŞ-yə köçdü. Atası soyadını dəyişmişdi, amma gənc Kuznets bunu etmədi. Kolumbiya Universitetində təhsil alaraq 1926-cı ildə doktorluq disertasiyasını tamamladı. 1927-ci ildə Beynəlxalq İqtisadi Tədqiqatlar Bürosunda büronun qurucusu Uesli Mitçellə birlikdə işlədi. Həmin dövrdə ABŞ-nin milli gəliri ilə bağlı ilk araşdırmaları və iqtisadi zaman sıraları mövzusunda geniş tədqiqatlar apardı. İqtisadi artımla da bağlı geniş araşdırmalar apararaq tədqiqatını tamamladı. Daha sonralar Pensilvaniya Universiteti (1930–1954), Con Hopkins Universiteti (1954–1960) və Harvard Universitetində (1960–1971) dərs keçdi.

Saymon Kuznets tədqiqatlarında çoxlu iqtisadi müşahidənin önəmini, tarixi təcrübəyə əsaslanan modellərin məhdudluğu və əsas iqtisadi göstəricilərin mürəkkəbliyini önə çəkdi.

Onun fikrincə iqtisadi göstəricilərin real model əmələ gətirməsi üçün demoqrafiya, dövlət quruluşu, əməyin xüsusiyyətləri, ticarət və bazar amilləri nəzərə alınmalıdır. O, xüsusilə tərtib etdiyi statistik sıralara əsaslanaraq iqtisadi artımın ənənəvi şəkildə əmək və maliyyə ehtiyatları ilə izah olunmasının yetərsiz olduğunu vurğuladı. Bundan başqa hal-hazırda Kuznets sxemləri kimi tanınan sxemlərdə artım göstəricilərindəki sxematik dəyişmələr və bunların demoqrafiya kimi əsas göstəricilərlə əlaqələri əks olunur.

Elmi yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
  • "Циклические колебания в розничной и оптовой торговле США, 1919–1925 гг." (Cyclical Fluctuations: Retail and Wholesale Trade, United States, 1919–1925, 1926).
  • "Вековые движения в производстве и ценах" (Secular Movements in Production and Prices: Their Nature and Their Bearing upon Cyclical Fluctuations, 1930).
  • "Национальный доход и накопление капитала" (National Income and Capital Formation, 1919–1935, 1937).
  • "Национальный доход и его структура" (National Income and Its Composition, 1919–1938, 1941).
  • "Национальный продукт с 1869 года" (National Product since 1869, 1946).
  • "Современный экономический рост: уровень, структура, распространение" (Modern Economic Growth: Rate, Structure, and Spread, 1966).
  • "К теории экономического роста, в свете экономического роста современных наций" (Toward a Theory of Economic Growth, with Reflections on the Economic Growth of Modern Nations, 1968).
  • "Перераспределение населения и экономический рост: Соединенные Штаты, 1870–1950" в 3-х тт. (Population Redistribution and Economic Growth: United States, 1870–1950, 1957–1964, в соавторстве с Д. Томас);
  • "Экономический рост наций: совокупный выпуск и производственная структура" (Economic Growth of Nations: Total Output and Production Structure, 1971);
  • "Население, капитал и экономический рост" (Population, Capital and Growth, 1973);
  • "Экономика евреев" в 2-х тт. (Jewish Economies, Volume 1 — Development and Migration in America and Beyond: The Economic Life of American Jewry — Economic Structure and Growth of Euro-American Jewry; Volume 2 — Development and Migration in America and Beyond: Comparative Perspectives on Jewish Migration, 2011–2012).

İqtisadiyyat üzrə Nobel mükafatı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Simon Smith Kuznets // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 nobelprize.org (ing.). Nobel Foundation.
  4. 1 2 NNDB (ing.). 2002.
  5. 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.
  6. В. Московкин, Т. Самсонюк "Обучение братьев Семёна и Соломона Кузнец в Ровенском реальном училище" Arxivləşdirilib 2013-11-09 at the Wayback Machine: В сохранившейся в архивах Документальной книге Ровенского реального училища (1910–1915 годы) экономист фигурирует ещё под своим исходным именем Шимен Абрамов Кузнец.
  7. Abramovitz M. Simon Kuznets (1901–1985) // The Journal of Economic History, March 1986, v.46, no.1, p.246.