Kidoniya ilk dəfə Vikinq 1 və Vikinq 2 orbiterləri tərəfindən ətraflı təsvir edilib. Orbiterlər tərəfindən Kidoniya ərazisinin 18 görüntüsü çəkilib və bunlardan yeddisi, 250 m/pixel (820 ft/pixel) təsvir ölçüsündə olması səbəbilə digərlərindən daha keyfiyyətli görüntüyə malikdir. Digər 11 görüntü 550 m/pixel (1800 ft/pixel) olmaqla nisbətən bir qədər keyfiyyətsiz görüntülərdir və Kidoniyanın səth xüsusiyyətlərini öyrənmək üçün istifadə edilməsi çox da mümkün deyil. Bu 7 keyfiyyətli görüntülərdən ikisi, işıq və zamandan dolayı o qədər bənzərdir ki, bu səbəbdən əslində 5 fərqli görüntü var.
Vikinq Orbiter tərəfindən çəkilən həmən 5 görüntünün təsvir nömrələri aşağıdakı kimidir;
25 iyul 1976-cı ildə Vikinq 1 tərəfindən çəkilmiş şəkillərdən birində, 40,75° şimal enində və 9,46° qərb uzunluğunda[11] yerləşən Kidoniyan adında iki kilometr uzunluğunda (1,2 mil) bir təpənin, insana bənzər üzü görünür. Şəkil ilk əldə edildikdə, Vikinq baş alimi Gerry Soffen 035A72[12] nömrəli görüntüdə ki "Marsdakı üz"ü "işıq və kölgə hiyləsi" kimi dəyərləndirib görməzdən gəldi[13][14] . Vikinq orbiteri tərəfindən çəkilən 070A13 nömrəli ikinci şəkildə də eyni "üz" görüntüyə düşüb tək fərq isə fərqli bucaqdan çəkilmiş olmasıdır. Bu sonuncu kəşf NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzində iki kompüter mühəndisi olan Vincent DiPietro və Gregory Molenaar tərəfindən müstəqil olaraq edildi. Belə ki DiPietro və Molenaar NASA arxivlərində axtarış apararkən yanlışlıqla arxivlənmiş iki görüntünü, yəni Vikinq tərəfindən çəkilən 035A72 və 070A13 nömrəli görüntüləri tapdılar[15] . Bu son iki şəklin görüntü keyfiyyəti təxminən 50 m/pixel idi[16] .
Vikinq 1 şəkillərinin çəkilməsindən 20 ildən çox vaxt keçdikdən sonra bir sıra orbiterlər Marsa göndərildi və Kidoniya ərazisində yeni müşahidələr aparıldı. Göndərilən orbiterlər arasında NASA-nın Mars Global Surveyor (1997–2006), Mars Reconnaissance Orbiter (2006–)[17] və Avropa Kosmik AgentliyininMars Ekpress orbiterləri (2003–) var[18] . Kidoniyanın Vikinq görüntülərindən fərqli olaraq, sonradan göndərilmiş orbiterlər tərəfindən çəkilən görüntülər yüksək keyfiyyətlə çəkilib. Belə ki Mars Ekspress tərəfindən çəkilən görüntülər 14 m/pixel (46 ft/piksel) və ya daha yüksək keyfiyyətdədir. Mars Ekspress orbiterində yüksək keyfiyyətə malik Stereo Kameradan (ing.High Resolution Stereo Camera — HRSC) və NASA-nın Mars Global Surveyorr orbiterində ki Mars Orbiter Kamerasından (ing.Mars Orbiter Camera — MOC) gələn verilənlər birləşdirilərək "Marsdakı Üz"ün üçölçülü təsvirini yaratmaq mümkün olub[19] .
İlk görüntüdən sonra alimlər, Üzün, optik illüziya, yəni pareidoliya psixoloji fenomeni olduğunu hesab etdilər[20][21][22]. Daha yüksək görüntü keyfiyyətinə malik Mars Global Surveyor verilənlərinin təhlilindən sonra NASA, "Təpənin çoxsaylı şəkillərinin ətraflı təhlilinə əsasən, bu təpədəki xəyali üz görünüşü, baxış bucağına və işıqlandırma bucağına bağlı olaraq sadəcə təbii görünüşlü adi bir Mars təpəsidir" deyə açıqlama yayımladı[23]. Oxşar optik illüziyalara Yerin geologiyasında da rast gəlmək olar[24]; nümunələr arasında Qoca dağ, Sfinks, Qevont, Pedra da Qavea, Hoy qocası, Stac Levenish, Ute dağı və Badlands Guardian kimi yerlər daxildir[25].
Kidoniyadakı üz pareidoliyası, yerdənkənar kəşfiyyat və yaxın qarşılaşma ilə maraqlanan şəxsləri və təşkilatları ilhamlandırdı və şəkillər 1977-ci ildə bu kontekstdə nəşr olundu[26][27] . Bəzi şərhçilər, xüsusən də Richard C. Hoagland, "Marsdakı üz"ün piramidalar kimi xarabaya çevrilmiş bir şəhərin bir hissəsi olduğunu iddia etdi və buranın itmiş Mars sivilizasiyasının sübutu olduğunu irəli sürdü[28] .
Astronom Karl Saqanüzü elmi tədqiqat mövzusu kimi qəbul edərkən, 1995-ci ildə yazdığı İblislərlə dolu dünya kitabının Aydakı adam və Marsdakı üz fəslində bununla bağlı fərziyyələrin çoxunu tənqid etdi[29][30] . Dr. Mark J. Carlottonun üzlə bağlı forma-kölgələmə işi Saqan tərəfindən məşhur Kosmos serialının bir bölümündə istifadə edildi[31] . 1998-ci ildə Kosmik Üz haqqında bir xəbər məqaləsində bir alim, təbiətdəki ağıllı dizaynı deşifrə etməsindən yazdı. Charles Thaxton isə bunu Prinstonda bir konfransda ilk dəfə "yaradılış elmi" əvəzinə "ağıllı dizayn" terminindən istifadə edərək bir təqdimat üçün vizual olaraq istifadə etdi[32] .
Marsdakı pareidolialarla bağlı məsələ, skeptik qruplar arasında qızğın müzakirə mövzusudur və onlar bu mövzunu, digər insanların asanlıqla inanclı hərəkət edərək doğruluğunu sorğulamadan qəbul etdikləri nümunə kimi istifadə edirlər[33] . Marsda müxtəlif üz formaları var, lakin bu üzlərin bəziləri digərlərinə nisbətən daha az nəzərə çarpır və bu hal skeptik qruplar tərəfindən də tez-tez gündəmə gətirilir. Məsələn Qalle krateri adlanan ərazidə emotikon, başqa yerlərdə isə Qurbağa Kermitə(Kukla) və ya digər məşhur simalara bənzəyən üz formaları müşahidə olunub[34] . Bu son oxşarlıqda Discover jurnalınınSkeptik Göz(Skeptical Eye) rubrikasında Hoqlandın iddiaları ilə lağ edildi və ondan, yadplanetlilərin Sezam Küçəsinin(Uşaqlara aid ABŞ istehsalı TV serial) pərəstişkarı olub-olmadığı soruşuldu[15][35]
↑"Viking 1–61 (35A72)". Viking News Center (Press-reliz). Pasadena, CA: NASA/JPL. July 31, 1976. August 24, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 19, 2013. Caption of JPL Viking Press Release P-17384.
↑Normand Baillargeon, A Short Course in Intellectual Self Defense: Find Your Inner Chomsky, p. 177 (Seven Stories Press, 2007). ISBN978-1-58322-765-7
↑Charles M. Wynn, Arthur W. Wiggins, Quantum Leaps in the Wrong Direction: Where Real Science Ends… and Pseudoscience begins (Joseph Henry Press, 2001). ISBN0-309-17135-0
↑Witham, Larry. Where Darwin Meets the Bible: Creationists and Evolutionists in America. Oxford University Press. 2005. səh. 221. ISBN978-0-19-518281-1.