Ömər Əliyev

Ömər Osman oğlu Əliyev (10 may 1900, Koraoba, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası8 iyun 2004, Tüləgüvan, Astara rayonu, Azərbaycan) — uzunömürlü, Böyük Vətən müharibəsi iştirakçısı,[1][2] xeyriyyəçi.[3][4][5]

Ömər Əliyev
Şəkil 1999-cu ildə, 99 yaşında çəkilib
Şəkil 1999-cu ildə, 99 yaşında çəkilib
Doğum tarixi 10 may 1900(1900-05-10)
Doğum yeri
Vəfat tarixi 8 iyun 2004(2004-06-08) (104 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşağı 10 (Cəbrayıl Osmanov daxil olmaqla)
Mükafatları "İgidliyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "Əmək veteranı" medalı 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni

Doğum tarixinə dair 5 fərqli mənbə var.[a] Mənbələrdəki ən gec tarix 1900-cü ilə təsadüf edir. Özünün dediklərinə görə Astara rayonunda 1918-ci il mart soyqırımlarının canlı şahidi olub. Böyük Vətən Müharibəsində iştirak edib.[6] Müharibə zamanı əsir düşüb və əsirlikdən qaçıb. Döyüşlərdə göstərdiyi şücaətlərə və digər xidmətlərinə görə müxtəlif medal və ordenlərlə təltif olunub.[7] Dunay çayı ətrafında gedən döyüşlərdəki qələbənin qazanılmasında xüsusi xidmətləri olub.[8][2][9] Astara rayonunun ilk təsərrüfatçılarından olub və ilk sitrus meyvələrinin əkini zamanı ən yaxşı sort naringi gətirmək üçün mütəxəssis kimi Gürcüstana göndərilib. 1963-cü ildə yaşadığı kənddə ilk məktəb binasını inşa edib. Əmək Veteranı olub.

Erkən həyatı və gəncliyi

[redaktə | mənbəni redaktə et]

Ömər Əliyev 10 may 1900-cü ildə Rusiya imperiyasının, Bakı quberniyasının, Lənkəran qəzasına aid, indiki Astara rayonunun ərzisində yerləşən Koraoba kəndində dünyaya gəlib. Anasını görmək Ömərə nəsib olmayıb, atasını isə çox tez, 6 yaşına çatmamış itirib. Atasını itirdikdən sonra qısa müddət ərzində əmilərinin öhdəliyində yaşayıb.[b] Bacısı gənc yaşlarında aclıq səbəbindən vəfat edib.[c] Burzubənd kənd məktəbini 2-ci sinifə qədər oxuya bilib.[10][11]

Gənc yaşlarında 1918-ci il mart soyqırımları zamanı Sipiyəpart kəndinin əhalisinin kütləvi surətdə soyqırıma məruz qalmasının canlı şahidi olub.[10][12][11] Lakin tarixdə kəndin ərazisində indiyədək hansısa soyqırımın olmasına dair heç bir fakt öz əksini tapmayıb. Buna baxmayaraq tarixçilər, Lənkəran və Astara ərazilərində qırğınların törədilməsi və Astaraya desant çıxarılması faktını təsdiq edir.[13][14][15]

Əmisi Həsənverdinin ölümündən sonra, onun 5 övladına baxmaq gənc Ömərin öhdəsinə düşüb. 1920-ci illər ərazidə sosial-iqtisadi durumun stabil olmadığı dövrlərdə xüsusi ilə Azərbaycan-İran sərhədini aşıb Astara kəndlərini talan edən Şahsevən tayfalarının, qaçaqların və yerli quldurların[16] hücumundan qorumaq məqsədi ilə kənddə başsız qalan ailələrə hamilik edib və qarətlərdən müdafiə edib. Öz övladları ilə yanaşı himayəsində olan bütün uşaqların, o dövrdə "fuzi" adlanan məktəblərdə və digər təhsil müəssələrində təhsil alması üçün şərait yaradıb.[11][17][18]

1938-ci ildə həyat yoldaşı Sevgül Əliyeva dünyasını dəyişib. Eyni il, Böyük Vətən Müharibəsinə hazırlıq görən SSRİ hərbi rəhbərliyi, bütün bölgələrdə olduğu kimi Astara rayonunda da əli silah tuta bilən bütün kişiləri hərbi qeydiyyata almağa başlayıb və Ömər Əliyev, 1938-ci ildə Lənkəran rayon hərbi komissarlığında hərbi qeydiyyata alınıb. Hərbi xeydiyyata alındığı zaman 38 yaşı olmasına baxmayaraq, yaşı 10 il az, yəni 1910-cu il kimi qeyd edilib.[19] Buna səbəb isə fiziki cəhətdən daha sağlam və gənc görünən cüssəsi olub.[d] 1938-ci il iyul ayından 1942-ci ilədək Astara rayonunun Bağırov adına Limon-Naringi sovxozunda fəhlə işləyib. 1940-cı ildə, SSRİ Yeyinti Sənayesi Fəhlələrinin Həmkarlar İttifaqına fəhlə kimi qatılıb.[18][20]

Ömər Əliyev müharibə illərində

19 yanvar 1942-ci ildə Astara Rayonu Hərbi Komissarlığından, sovet ordu sıralarına hərbi xidmətə çağırılıb.[19][21] 1942-ci il mart ayının 5-dən, iyun ayının 28-ə qədər, Şimali Qafqazın müdafiəsində dayanan, Dağıstan Respublikasının Qızlar şəhərində,[22] 15-ci ehtiyat atıcı briqadanın, 46-cı ehtiyat atıcı polkunun, 3-cü ehtiyat batalyonunun, 9-cu ehtiyat atıcı rotasında, atıcı əsgər kimi ximət etdib.[10][23][24] Hərbi biletində yazılan məlumatlara əsasən 15 aprel 1942-ci ildə hərbi andiçməsi olub. Krasnodarda baş vermiş döyüşlərdə və 1942-ci ilin avqust ayında Stalinqrad[e] şəhərinin azad olunmasında iştirak edib.[10][11][25] 1942-ci ilin oktyabr ayında xidmət etdiyi polk mühasirəyə düşüb və alman ordusu tərəfindən polkun bütün şəxsi heyəti əsir alınıb.[10][17][11] 1944-cü ilin sentyabr ayına qədər hərbi əsir kimi Almaniya ərazisində hərbi sənayedə çalışdırılıb.[10][12] 1944-cü ilin sentyabr ayında əsirlikdən qaça bilib.[11][10][26] Lakin SSRİ Müdəfiə Nazirliyinin Mərkəzi Arxivində adı əsirlikdən azad olunmuşlar siyahısında göstərilib.[27][28]

Əsirlikdən sonra adı 213-cü ehtiyat alayın siyahısında göstərilib.[29] Daha sonra 244-cü atıcı diviziyanın 907-ci atıcı alayına təyinat alıb. 907-ci atıcı alayın tərkibində Dunay çayı ətrafında gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib.[2] Belə ki, ordunun qarşısının alınması məqsədi ilə çayın üzərindəki əsas körpü, alman əsgərləri tərəfindən güclü müdafiə olunur. Çayı keçmək istəyən 907-ci atıcı alayın şəxsi heyəti böyük itkilərlə üzləşir. Şiddətli və intensiv atəşə tutma səbəbindən alayın bütün heyəti hücum əmrini yerinə yetirməkdən imtina edir. Bu zaman alayın pulemyotçusu əsgər Əliyevə əlverişli mövqe tutması və qarşı tərəfi susdurması əmr olunur. Əsgər Əliyev əmrə müvafiq olaraq uzun müddət tək başına döyüşür və alayın hücum yolunu açmağa nail olur. Çətin döyüş tapşırığının yerinə yetirilməsinə və döyüşdə göstərilən məharətinə görə, alay komandiri tərəfindən şəxsi təşəkkür alır və "İgidliyə görə" medalı ilə təltif olunur.[30] Daha sonra Dunay çayını keçərək, Moldovanın, RumıniyanınBolqarıstanın azad olunmasında iştirak edib.[31] Müharibənin sonunadək Bolqarıstanın Kazanlık şəhərində xidmətini davam etdirib. 1945-ci ilin Dekabr ayında birinci kateqoriya ilə ehtiyata buraxılıb.[32]

Müharibədən sonrakı həyatı

[redaktə | mənbəni redaktə et]

Müharibədən doğulduğu Astara rayonuna geri qayıdıb. Müharibənin bitməsinin ilk illərində tək başına 1 hektar əraziyə paxla əkərək əldə etdiyi bütün məhsulu kənddə olan kimsəsiz və müharibədə vaildeyinlərini itirmiş uşaqlara sərf edib. Kimsəsiz uşaqların təhsil almasına şərait yaradıb. İlk sitrus meyvələrinin əkini zamanı ən yaxşı sort narıngi gətirmək üçün Gürcüstana göndərilib. "Lenin adına Sovxoz"da fəhlə işlədiyi müddətdə sovxozçular arasında "Staxonovçu Ömər" ləqəbi ilə tanınıb.[33] Təsərrüfatda sitrus meyvələri ağaclarının əkilməsi üçün qazıntı işlərində bir gündə on səkkiz norma olduğu halda Ömər Əliyev tək başına, bir saata yeddi norma yerinə yetirərək respublikanın ən qabaqcıl fəhlələrindən birinə çevrilib. Hesablamalara görə o, bir günə dörd fəhlənin normasını yerinə yetirirmiş. Bunula da rayon tarixində rekord nəticəyə imza atıb və bu səbəbdən aylıq əmək haqqından səkkiz dəfə artıq yəni, səkkiz fəhlənin toplam maaşı ilə təmin edilib. Bakıdan gəlmiş komissiya tərəfindən "Lenin Ordeni"nə layiq görülməsi planşardırıldığı halda müəmmalı şəkildə ordenlə təltif olunması təxirə salınmış və ona ayırılan aylıq maaş qeyd olunduğundan iki dəfə az verilib.

1963-cü ildə yaşadığı kənddə ilk məktəb binasının açılmasının ilk təşəbbüskarlarından biri olub və üç sinifli məktəb binasının tikintisində təmənnasız iştirak edib.[2][34] Himayə etdiyi uşaqların və ətraf kəndlərdən gələnlərin bu məktəbdə təhsil almasına şərait yaradıb. Uzun zaman rayon mərkəzindən kəndə yol olmadığına görə kənd camaatı üçün ərzağı özü gətirib paylayıb. Daha sonra kəndə yol çəkilməsində və işıq transfarmatorunun qoyulmasında başlıca təşəbbüsü və iştirakı olub. Kənddə su problemini aradan qaldırmaq üçün heç kəsin maddi və fiziki köməyi olmadan kəndin mərkəzində su quyusu qazaraq kənd camaatının istifadəsinə verib.[2] Bu kimi xidmətlərinə görə 1979-cu il sentyabrın 17-də "Əmək veteranı" medalı ilə təltif olunub. Uzun müddət, yaradılmasında böyük rolu olduğu "Lenin adına Sovxoz"da əkinçi, fəhlə və qarovulçu kimi çalışıb. Ömər Əliyev müharibədən sonrakı həyatını, Astara rayonunun inkişafına həsr edib. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işində və Kijəbə qəsəbəsinin iqtisadiyyatı üçün xüsusi xidmətləri olub.

2004-cü ildə, Tüləgüvan kəndində vəfat edib. Koraoba kənd qəbristanlığında dəfn olunub.

10 övladdan, 30 nəvəyə sahib olub.

  1. 1900-cu il, 1903-cü il, 1905-ci il, 1910-cu il və 1913-cü illər.
  2. Əmiləri: Mahmud, Həsənverdi, Cümşüdəli, Allahverdi, Mikayıl
  3. Bacısı: Tuğra Əliyeva
  4. II dünya müharibəsi başlamamışdan öncə SSRİ hərbi rəhbərliyinin, qeydiyyata alınan şəxslərin doğum tarixlərinin bilərəkdən aşağı yazması siyasəti, orduya daha çox canlı qüvvənin səfərbər oluna bilməsi məqsədi daşıyırdı. Fiziki cəhətdən sağlam və gənc görünənlərin yaşları bir neçə il az yazılırdı. Qeydiyyata alınan şəxsin doğum tarixini təsdiq edən heç bir sənədi olmadıqda yaşı, üz cizgiləri və ya dişlərin vəziyyəti ilə müəyyən edilirdi.
  5. İndiki Volqoqrad şəhəri. 10 aprel 1925-ci ildən 10 noyabr 1965-ci ilədək Stalinqrad adlandırılmışdır.
  1. Aqşin Mistanlı. "Cənub Bölgəsinin Abidələr Ensiklopediyası" (PDF) (az.). kitabxana.net. 2018. 2022-01-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 aprel 2022.
  2. 1 2 3 4 5 Nərmin Bəxtiyarqızı. "Bir çox rayonlarda ilk telefon ATS-lərini qurmuşam – Veteran rabitəçi Fəzail Əliyev" (az.). Azpost.info. 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2021. (#invalid_param_val)
  3. "Cəbhəyə könüllü yollanan Elçin və Sədail Əliyev qardaşları sağ-salamat evlərinə dönüblər". Sosial (az.). sonxeber.az. 13.01.2021. 05.06.2021 tarixində arxivləşdirilib.
  4. "Ömər Əliyev" (az.). yenigundem.az. 10.05.2020. 10.05.2020 tarixində arxivləşdirilib.
  5. "Vətənin müdafiəsində dayanan QARDAŞLAR evlərinə DÖNDÜLƏR" (az.). aqreqator.az. 13.01.2021. 07.06.2021 tarixində arxivləşdirilib.
  6. "Ömrünün 42 ilini rabitə sisteminə həsr edən İNSAN". Azərbaycan İnformasiya Agentliyi. aia.az. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2024.
  7. Aytən Eyvazon. "II Dınyo Canqi Ğəhrəmanon" (Talysh). eyvazon.blogspot.com. 09.11.2017. 2019-11-14 tarixində arxivləşdirilib.
  8. Мадатов, Г. Азербайджанская ССР в период Великой Отечественной войны Советского Союза (июнь 1941-1945 гг.)
  9. Bəxtiyarqızı, Nərmin. "Rabitənin daha çox inkişaf etməsi üçün təhsilə çox böyük önəm verilməlidir... - Fəzail Əliyev". avrasiya.net (Müsahibə) (az.). 6 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 dekabr 2021. (#redundant_parameters); (#invalid_param_val)
  10. 1 2 3 4 5 6 7 "Hərbi əsir olmuş əsgər Ömərin Hitlerlə müharibəsi – 104 il yaşamış qəhrəman" (az.). azpost.info. 09.05.2020. 09.05.2020 tarixində arxivləşdirilib.
  11. 1 2 3 4 5 6 "Ömər Əliyev: 104 il yaşamış qəhrəman" (az.). moderator.az. 10.05.2020. 10.05.2020 tarixində arxivləşdirilib.
  12. 1 2 "Ömər Əliyev" (az.). yenigundem.az. 10.05.2020. 10.05.2020 tarixində arxivləşdirilib.
  13. Mərdan Qurbanov, Həbib Əlizadə. "Lənkəran-Astara bölgəsində 1918-ci il qırğınları" (az.). Zaman qəzeti. 01.07.2014. 09.05.2020 tarixində arxivləşdirilib.
  14. Tarix elmləri doktoru, professor Anar İsgəndərov. "1918-1920-ci illər türk-müsəlman soyqırımları". azerbaycanli.org (az.). "Azərbaycan" qəzeti. 31.03.2009. 09.05.2020 tarixində arxivləşdirilib.
  15. Vüqar Orxan. "Səssiz işğal". azerbaycanli.org (az.). azerbaycanli.org. 31.03.2009. 09.05.2020 tarixində arxivləşdirilib.
  16. "Azərbaycan Tarixi. Azərbaycanın İqtisadi və Sosial Həyatı 1921-1927-ci illərdə" (PDF). anl.az. 2021-06-04 tarixində arxivləşdirilib (PDF).
  17. 1 2 "104 il yaşamış qəhrəman" (az.). aqreqator.az. 10.05.2020. 10.05.2020 tarixində arxivləşdirilib.
  18. 1 2 "Ömər Əliyev haqqında" (az.). turkustan.info. 10.05.2020. 10.05.2020 tarixində arxivləşdirilib.
  19. 1 2 "Бессмертный полк. Алиев Умар Усманович" (rus). www.moypolk.ru. 19.01.2020. 09.05.2020 tarixində arxivləşdirilib.
  20. Astara rayon Milli Arxiv İdarəsi
  21. "Карточка «Дороги памяти» на Умара Алиева" (rus). poisk.re. 2018. 19.12.2022 tarixində arxivləşdirilib.
  22. Вета. "46-й запасный стрелковый полк". 15-я зсбр СКВО и ПриВО (rus). comanda1941.ru. 25.03.2019. 11.05.2020 tarixində arxivləşdirilib.
  23. Данил Пири оглы Гулиев. Азербайджанская ССР в период Великой Отечественной войны, 1941-1945 гг, səh. 47,50,51, Google Books-da
  24. "Алиев Умар Османович" (rus). pamyat-naroda.ru. 2022-03-27 tarixində arxivləşdirilib.
  25. Г. Мадатов. Азербайджан в Великой Отечественной войне 1941–1945 гг. Баку, 1975. səh. 103-104.
  26. "Sovet qoşununu təkbaşına mühasirədən çıxaran talış döyüşçü – Ömər Əliyev" (az.). avestatalysh.wordpress.com. 28.04.2016. Archived from the original on 2018-01-08.
  27. "Алиев Умар Усманович, Дело ист. информации: 1380" (rus). pamyat-naroda.ru. 2022-03-27 tarixində arxivləşdirilib.
  28. "Алиев Умар Усманович, Информация из документов, уточняющих потери" (rus). ОБД Мемориал (www.obd-memorial.ru). 2021-10-22 tarixində arxivləşdirilib.
  29. "Алиев Умар Усманович, ID 65296557" (rus). ОБД Мемориал (www.obd-memorial.ru). 2021-10-22 tarixində arxivləşdirilib.
  30. Rasim Aliyev. "Sovet qoşununu mühasirədən çıxaran talış döyüşçü-Ömər Əliyev" (az.). avestatalysh.wordpress.com. 28 Aprel 2016. Archived from the original on 2018-01-08.
  31. "Ömer Osman oğlu Aliyev" (türk). 2022-10-15 tarixində arxivləşdirilib.
  32. Azərbaycanın şanlı oğulları. III kitab. Bakı. 1945.
  33. Алексе́й Григо́рьевич Стаха́нов (məşhur sovet şaxtaçısı, Sosialist Əməyi Qəhrəmanı)
  34. "Ömər Əliyev" (az.). 𝐓𝐚𝐥𝐲𝐬𝐡 𝐩𝐞𝐨𝐩𝐥𝐞 & 𝐇𝐢𝐬𝐭𝐨𝐫𝐲 & 𝐀𝐫𝐭. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2022. (#invalid_param_val)