Kraliça Anna müharibəsi

Kraliça Anna müharibəsi və yaxud Üçüncü Hindu müharibəsi, həmçinin İkinci Beynəlxalq Koloniyalar müharibəsiİspaniya mirası uğrunda müharibənin bir hissəsi olan 1702–1713-cü illərdə baş vermiş hərbi münaqişə. Döyüşən iki əsas dövlətlə yanaşı, Fransanın tərəfində vuruşan İspaniya imperiyası ilə bərabər, çoxsaylı Şimali Amerikanın hindi tayfaları da hərbi əməliyyatlarda iştirak edirdi.

Kraliça Anna müharibəsi
İspaniya mirası uğrunda müharibə
Kraliça Anna müharibəsinin əvvəlində Şimali Amerikadakı Avropa ərazilərinin xəritəsi
Kraliça Anna müharibəsinin əvvəlində Şimali Amerikadakı Avropa ərazilərinin xəritəsi
Tarix 1702-1713-cü illər
Yeri Şimali Amerika
Nəticəsi Utrext sülhü
Ərazi dəyişikliyi Fransa Akadiya, Nyufaundlend, Hudzon körfəzinin sahillərini və Sent-Kitsi Böyük Britaniyaya güzəştə getdi
Münaqişə tərəfləri

Fransa krallığı Fransa krallığı
Fransa krallığıYeni Fransa
Flag of Spain (1701–60) İspaniya imperiyası
İrokezlər
Huronlar
Konavaqa Mohoklar
Huronlar
Alqonquinlər
İnnular
Şoktaular
Timucualar
Apalaxianlar
Natçezlər

İngiltərə krallığı (1707-ci ilə qədər)
Böyük Britaniya Krallığı (1707-ci ildə sonra)
Britaniya Amerikası
Muskoqlar
Çikasolar
Yamasilər

Komandan(lar)

Fransa krallığı Filip de Vodrey br>Fransa krallığıDaniel de Suberkaz
Fransa krallığı Jan Batist de Rovil
Flag of Spain (1701–60) Xose de Suniqa de la Kerda

Cozef Dadli
Ceymes Mur
Frensis Nikolson
Hovenden Volker
Bencamen Çerç

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müharibənin belə adlanması Şimali Amerikadakı ingilis koloniyalarında geniş yayılmışdı. Bu ad 1702-ci ildən İngiltərə və Şotlandiya krallığı kraliçası, 1707-ci ildən isə rəsmi şəkildə birləşmiş Böyük Britaniya krallığının ilk kraliçası Anna Stüartın adından yaranıb. Lakin buna baxmayaraq müharibə Üçüncü Hindu müharibəsi[1] və İkinci Beynəlxalq Koloniyalar müharibəsi də adlandırılırdı.[2]

Müharibə üç cəbhədə aparılırdı. Yeni İngiltərə müstəmləkələri, paytaxtı Kvebek şəhəri olan Akadiya və Kanadada yerləşən Fransız və hindu qüvvələri ilə daima vuruşurdular. Kvebek şəhəri dəfələrlə ingilis ekspedisiyalarının əsas hədəfi (lakin heç vaxt müvəffəqiyyətlə fəth edilməyən) olurdu. Nyufaundlend adasına nəzarət uğrunda mübarizə daima Sent Con şəhərində yerləşdirilmiş ingilis müstəmləkə qoşunları və Plezansda qərar tutan fransızlar tərəfindən aparılırdı. İspan Floridası və İngiltərənin Karolina əyaləti də tərəflərin davamlı təkrar hücumlarına məruz qalırdılar. Karolinalılar da Mobil şəhərində olan fransızları qovmağa çalışdılar.

Cənubdakı müharibə məlum ərazi dəyişikliklərinə səbəb olmadı. Lakin onun nəticəsi müasir Cənubi Corciyanın bir hissəsi olan ərazilər də daxil olmaqla İspaniya Floridasının yerli hindu əhalisinin məhv edilməsi ilə sona çatdı. Yeni Fransa və Yeni İngiltərə arasındakı müharibə fransız və hindu qoşunlarının Massaçusetsə (müasir Men də daxil olmaqla) dəqiq zərbələr endirməsindən ibarət idi. Buna cavab tədbirləri Akadiyanın paytaxtı, Port Royal şəhərinin ingilislər tərəfindən ələ keçirilməsi oldu.

1713-cü ildə Utrext müqaviləsinin şərtlərinə əsasən, İngiltərə Akadiya (bunda sonra Yeni Şotlandiya adlandırdı), Nyufaundlend adasını, Hudzon körfəzi ərazisindəki torpaqların bir hissəsini və Karib dənizindəki Sent Kitts adasını aldı. Sülhə görə Fransızlar İrokezlər üzərində ingilislərin suverenliyini tanımalı və bütün millətlər üçün materik hinduları ilə ticarətə icazə verməli idilər. Fransa sülh müqaviləsi ilə yalnız Müqəddəs Lourens körfəzinin adalarını saxlaya bildi.

Anjulu Filipp V Filipp adı ilə 1700-cü ilin noyabrında İspaniya kralı elan edildi. Onun varisliyi ilə bağlı mübahisə Böyük Alyans və Burbon ittifaqı arasında müharibəyə səbəb oldu.
Kraliça Anna Stüart

1665-ci ildə II Karl İspaniya Kralı oldu. Ömrü boyu səhhətindən əziyyət çəkən, II Karlın ölümü demək olar ki, doğulduğu andan etibarən gözlənilən idi. Səhhəti imkan vermədiyindən varisi də yox idi. Habsburqların ispan qolunda başqa varislər olmadığından bu da öz növbəsində illər boyunca diplomatik mübahisələrə səbəb olmuşdu. İspaniya ilə yanaşı, İtaliyada, Amerikada, BelçikaLüksemburqdakı mülkləri də əhatə edən nəhəng İspaniya imperiyasının mirası məsələsi daim müzakirə mövzusu idi.[3]

İki nəhəng Avropa xanədanı İspaniya taxtına iddia edirdi: Fransız Burbonları və Avstriya Habsburqları; hər iki kral ailəsi son İspan kralı ilə yaxından qohumluq əlaqələrinə malik idi.[3]

1670-ci ildə İngiltərə Duver müqaviləsinin şərtlərinə görə XIV Lüdovikin İspaniya taxtına hüquqlarını dəstəkləməyi qəbul etdi. 1688-ci il də Böyük İttifaqın şərtlərinə görə İngiltərə və Hollandiya Respublikasını I Leopoldu dəstəkləməyi öhdəsinə götürdülər.[4]

1700-cü ildə İspaniya İmperiyası, İtaliyada, İspan Hollandiyasında, FilippinlərdəAmerikada mülkləri özündə birləşdirirdi və artıq hakim böyük güc olmasa da, böyük ölçüdə iri dövlət sayılırdı.[5] Bu səbəbdən İspaniya taxtına yiyələnmək əlavə güc demək idi. Bu gücün ya Avstriya Habsburqları ya da Fransız Burbonları tərəfindən alınması Avropadakı güc nisbətini dəyişdirəcəkdi Bu səbəbdən İspan mirası Avropada böyük dövlətlərin əksəriyyətinin qoşulduğu müharibəyə səbəb oldu. O, İsveç, Saksoniya, Danimarka-NorveçRusiya kimi dövlətlərin iştirak etdiyi 1700–1721-ci illərdə baş vermiş Şimal müharibəsinə də təsir göstərmişdir.[6]

1688–1697-ci illərdə baş vermiş doqquz illik müharibə zamanı ordular 1648-ci ildə ortalama 25.000-dən, 1697-ci ilə qədər 100.000-ə qədər böyümüşdü.[7] Bu da sənaye inqilabı öncəsi iqtisadiyyatların davamlılıq səviyyəsini aşağı salırdı. 1690-cı illər eyni zamanda kiçik buz dövrünün ən aşağı nöqtəsinə çatmış, daha soyuq və rütubətli hava dövrü Avropada məhsul istehsalını kəskin şəkildə azaltmışdı.[8] 1695–1697-ci illərdə olan böyük qıtlığın indiki Şotlandiya, Estoniya, Finlandiya, Latviya, Norveçİsveçdəki əhalinin 15–25%-ni, Fransa və Şimali İtaliyada da isə iki milyon nəfərin öldürdüyü təxmin edilir.[9]

1697-ci il Reysvik müqaviləsinin şərtlərinə görə Fransanın müttəfiqlər olmadan hər hansı bir siyasi hərəkət etməsi qəbul edilməz idi. Doqquz illik müharibə sona yaxınlaşdıqca, İspan mirası məsələsi kritik hal aldı. II Karlın səhhətinin pisləşməsi isə böyük döyüş ərəfəsində səssizlik idi.[10] Fransa və ya Avstriyadan fərqli olaraq, İspaniya taxt-tacı ana xətti ilə miras alına bilərdi. II Karlın bacıları Fransa və Avstriya krallarının həyat yoldaşları idilər. Mariya Tereza (1638–1683-cü illər) Fransa kralı XIV Lüdoviklə, Matqarita Tereza (1651–1673-cü illər) isə Müqəddəs Roma imperatoru I Leopoldla evli idi. Bu səbəbdən hər iki monarx evinin uşaqları taxta iddia edirdilər. Bununla belə 1689-cu ildə İngiltərə Kralı Orleanlı III Vilhelm 9 illik müharibədə imperatorun dəstəyini aldığından, imperatorun bütün İspan imperiyasına iddialarını dəstəkləyəcəyinə söz vermişdi.[11]

İspan taxtına başqa bir namizəd isə 1692-ci ildə anadan olan Bavariya şahzadəsi İosif Ferdinand idi. Onun anası Mariya Antoniya (1669–1692) I Leopoldun Matqarita Terezadan olan qızı idi. O ata tərəfdən Vittelsbax sülaləsinə aid olduğundan nə Burbonlara, nə də Habusbuqlara bağlılığı yox idi. Bu səbəbdən əgər o, İspaniya taxtına çıxardısa Avropada qüvvələr nisbəti dəyişməzdi. 1698-ci ildə Fransa, İngiltərə və Hollandiya Respublikası arasında imzalanan Haaqa müqaviləsinə əsasən, beş yaşlı İosif II Karlın varisi olaraq təyin edildi. İspaniya taxtına iddialarından imtina etmək müqabilində Fransa və Avstriya İspaniyanın Avropa ərazilərinin bir hissəsini alacaqdılar.[12]

İspaniyada bu razılaşma böyük narazılığa səbəb oldu. Onlarsız imperiyanın ərazisinin bölünməsi böyük hiddətlə qarşılandı. Üstəlik ispanlar imperiya mülklərinin bölünməsini istəmirdilər. 1699-cu ilin fevralında İosifin ölümü anası Mariya Antonianı qane edəcək yeni bir həll yolunu tələb edirdi. 1685-ci ildə İspan taxtına iddiasını I Leopoldun oğulları İosif və Ferdinand Vensel irəli sürdü.[13]

Bu addım ciddi hüquqi şübhələr doğursa da, lakin Lüdovik və Vilyam bundan 1700-cü il London Müqaviləsini hazırlamaq üçün istifadə etdilər. Bu şərtlər Ferdinand Venseli yeni varis etdi, Fransa, Savoya və Avstriya ərazi təzminatını aldı, lakin nə Leopold nə də Karl bununla razılaşmadığından müqavilə təsir gücünə malik deyildi. 1700-cü ilin oktyabrında II Karl vəfat etdi. Ölməzdən əvvəl o, Böyük Doufinin ikinci oğlu Anju hersoqu Filipi varisi elan etdi. Əgər o, imtina edərdisə, o zaman ikinci varis onun kiçk qardaşı Beriyalı Karl olurdu.[14] Müqavilənin imzalanmasından bir neçə gün sonra, 1688-ci ildə II Vilhelm tərəfindən taxtdan endirilən İngiltərənin əvvəlki kralı II Yakov Fransada öldü. XIV Lüdovik əvvəlki razılaşmalara görə II Vilhelmi kral kimi tanısa da, indi o, taxt-taca yeganə varis kimi II Yakovun oğlu Ceyms Fransis Edvard Stüartı gördüyünü elan etdi.[3] Bu halda müharibə qaçılmaz oldu və II Vilhelm özü 1702-ci ilin martında öldükdə, varisi Kraliça Anna Haaqa müqaviləsini dəstəklədiyini təsdiqlədi. Bundan qəzəblənən İngiltərə və Hollandiya Respublikası (XIV Lüdovik Fransa əsgərlərinin İspaniya Hollandiyasına daxil olması onu qəzəbləndirmişdi) cavab olaraq ordularını toplamağa başladılar və 1702-ci il mayın 14-də Fransa və İspaniyaya müharibə elan etdilər.[3] Avstriya mayın 5-də İngiltərə və Hollandiyaya qoşuldu.[15]

Şimali Amerikada vəziyyət

[redaktə | mənbəni redaktə et]
Port Royalın daş istehkamları, Akadiya, 1702-ci il. Müharibənin əvvəlində bir neçə yaşayış məntəqəsində daş istehkam var idi.

Müharibə təkcə Avropada deyil, Şimali Amerikada da baş verdi. Burada hərbi əməliyyatlar Şimali Amerikadakı Fransa və İngiltərənin koloniyaları arasında sərhəd bölgələri ilə bağlı mübahisələr də səbəb oldu.[16] Ən qızğın mübarizə daha sonra cənubda Karolina əyalətindən şimalda Massaçusets körfəzi əyalətinə qədər uzanan ingilis koloniyalarının şimal və cənub-qərb sərhədləri boyunca torpaqlar, həmçinin Nyufaundlend və Hudzon körfəzi ərazisindəki adalardakı ayrı-ayrı yaşayış məntəqələri və ticarət limanları üzərində gedirdi.[17] Bəziləri hələ çox kiçik olan bu koloniyalarda insan məskənləri sahilboyu, daxili hissələrdə də ayrı-ayrı yaşayış məntəqələri var idi, bəzən onlar Appalaç dağlarına qədər uzanırdı. Appalaç dağlarının qərbində və Böyük göllərin cənubunda materikin daxili hissəsi zəif tədqiq edilmişdi. Oralarda yerli hindi tayfaları yaşayırdı. Lakin artıq fransız və ingilis tacirləri həmin ərazilərə qismən yol tapmağa başlamışdılar. Floridadakı ispanlar fəaliyyətləri yerli yerli əhalinin xristianlaşdırılmasından ibarət olan missioner şəbəkəsi təşkil etmişdilər. Fransız kəşfiyyatçılar 1699-cu ildə Missisipi çayının mənsəbində, müasir Biloksi yaxınlığındakı Fort Morepas şəhərində məskunlaşdılar və qan düşmənləri İngilis müstəmləkəçilərinin müttəfiqləri Çikasav hindiləri olan Şoktau hindiləri ilə dostluq əlaqələri quraraq, daha da daxili ticarət yolları çəkməyə başladılar.

Fransızların cənubda olması Karolina kolonistlərinin ölkə daxilində qurduqları mövcud ticarət əlaqələrini təhdid edirdi. Bundan əlavə, İspaniyanın ərazi tələbləri hər üç tərəf arasında gərginlik yaradan amil idi. Fransa və İspaniya bu vəziyyətdə ittifaqa girdilər, baxmayaraq ki, yaxın vaxtlara qədər Doqquzillik müharibədə bir-birinə qarşı döyüşmüşdülər.[18] Savanna çayının cənubundakı ərazilər Karolinalılar və Floridalılar arasında mübahisəli idi. Bu münaqişəyə Roma Katolik ispanları və Protestant ingilisləri arasında sahil boyu ərazilər üzərində dini düşmənçilik daxil idi.

Şimalda münaqişənin ərazi mübahisələri ilə yanaşı iqtisadi tərəfi də var idi. Nyufaundlend Britaniya müstəmləkə mülklərinin bir hissəsi idi, onun mərkəzi Sent Consda, fransız kolonistləri isə Plezansda yerləşmişdi. Bu kolonistlər Böyük Nyufaundlend buxtasında balıq tutmaq hüququ uğrunda bir-biri ilə rəqabət aparırdılar ki, bu da Akadiya (indiki Yeni Şotlandiya və Nyu-Brunsvik ərazilərini əhatə edən ərazi) və Massaçusetsdən olan balıqçılar tərəfindən də istifadə olunurdu. Yeni Fransa və Massaçusets arasındakı sərhəd zonası (daha sonra Men bölgəsini əhatə edirdi) də mübahisəli idi.[19][20] Müqəddəs Lourens çayı və hər şeydən əvvəl Massaçusets və Nyu-Yorkun sahil zonaları arasındakı sərhəd zonaları yerli qəbilələr[21] (ilk növbədə Abenaki və İrokez) aid idi. Kral Uilyamın müharibəsi nəticəsində hindi təhlükəsi bir qədər zəifləmiş kimi görünsə də, onlar hələ də qitənin daxili hissəsindəki ucqar yaşayış məntəqələri üçün böyük təhlükə yaradırdılar.[22]

Korolina və Florida

[redaktə | mənbəni redaktə et]
1704-cü ilin fevralında Massaçusets ştatının Deerfild şəhərinə yeni fransız basqını

Əsrin əvvəllərində aparıcı fransızingilis kolonistləri Missisipi çayına nəzarətin bu ərazilər üzərində gələcək inkişaf və ticarətdə mühüm rol oynayacağını başa düşdülər və bunun üçün hər bir tərəf digərinin güc qazanmasının qarşısını almaq üçün bir plan hazırlamağa başladı. Kanadalı tədqiqatçı, fransız Pyer Le Moin d'İbervill, ingilislərə qarşı mübarizədə və onları qitədən sıxışdırıb çıxarmaq üçün Missisipi çayı boyunca yaşayan yerli tayfalarla əlaqələrin inkişafı ideyasını irəli sürdü. Bu ideyanı həyata keçirmək üçün o, 1699-cu ildə Missisipi çayının mənsəbində Fort Morepas adlı müstəmləkə qəsəbəsini qurdu. Daha sonra o, yerli hindu xalqları — çoktolar, çikasolar və natçezlər ilə dostluq əlaqələri qurmağa başladı.[23]

Karolina əyalətindən olan ingilis tacirləri və tədqiqatçılar, 1670-ci ildə yarandığı ildən başlayaraq, artıq qitənin cənub-şərq hissəsi boyunca uzanan, həmçinin bütün Missisipi çayı boyunuəhatə edən əsaslı ticarət şəbəkəsi qurmuşdular. Floridadakı ispanlara ehtiyatla yanaşan karolinalılar, fransızların sahildə yerləşərək möhkəmlənməsinin təhlükənin fərqində idilər. 1700-cü ilə qədər Karolinaların qubernatoru olan Cozef Bleyk və 1702-ci ildən onun xələfi Ceyms Mur fransız və ispanların qitənin cənub və qərbində mümkün məskunlaşma perspektivlərini aydın şəkildə görürdülər.

1702-ci ilin yanvarında Avropada müharibə başlamazdan əvvəl İbervil ispanlarla danışıqlara başladı.[24] O, onları Apalaçi qəbiləsinin hindiləri ilə birlikdə ingilislərə və onların müttəfiqlərinə qarşı silahlı ekspedisiya toplamaq üçün dəvət etdi. İspanlar avqust ayında Pensakoladan ayrılan Fransisko Romo de Urisenin başçılıq etdiyi belə bir ekspedisiyanı guya Karolinada ticarət mərkəzlərini ziyarət etmək üçün təşkil etdilər. İngilislər gözlənilən ekspedisiya haqqında əvvəlcədən xəbər tutaraq, Flint çayında müdafiə təşkil etdilər və ispanların rəhbərlik etdiyi hərbi kolonnanı məğlub etdilər. Eyni zamanda İspaniyanın tərəfində vuruşan 500-ə yaxın hindli də öldürüldü və ya əsir düşdü.[25]

Karolina hakimiyyət nümayəndələri hərbi əməliyyatların başlanması barədə rəsmi bildiriş aldıqda, Qubernator Mur ordu təşkil etdi və onu İspaniyanın Florida əyaləti üzərinə göndərdi.[26] 1702-ci ildə 500 ingilis əsgəri və könüllüləri 300 hindi ilə birlikdə İspaniyanın Florida əyalətindəki San Aqustin şəhərini tutub yandırdılar.[27] Lakin ingilislər əsas qalanı ala bilmədilər və İspan donanması Havanadan gələndə oranı tərk etdilər.

1704-cü ildə ingilislər yerli hindi xalqı olan kriki ittifaqda apalaçilərin yaşadığı qərbi Floridaya hücum etdilər.[28]Onlar oradakı demək olar ki, bütün katolik missiyalarını məhv etdilər, apalaçilər isə ya qətl edildi, ya da kölə edildi.[29] İspanlar Florida üzərində nəzarəti saxlasalar da, onların missiyaları məhv edildi və heç vaxt bərpa olunmadı.

1706-cı ildə Karolina Havanadan Çarlston üzərinə göndərilən birləşmiş Fransa-İspan quru və dəniz qüvvələrinin ikinci hücumunu uğurla dəf etdi.[30][31]

Yeni İngiltərə və Akadiya

[redaktə | mənbəni redaktə et]
Fransa kolonisti Pyer Le Moyn de İbervillin portreti.

1703-cü ildə Yeni İngiltərədə Men ştatındakı Uellsdən Falmuta (müasir Portlend, Men) və Haverhillə qədər olan ingilis mühacirlərin düşərgəsinə 500 hindi və Leboeuf de Bebassin başçılıq etdiyi bir neçə kanadalı tərəfindən basqın edildi. Nəticədə burda məskunlaşan 160-a yaxın ingilis qətlə yetirildi və ya əsir götürüldü.

1704-cü ilin fevralında kapitan Jan-Batist Ertel de Ruvilin başçılıq etdiyi "Derfeld qırğını" zamanı Abenaki və Mohak qəbilələrindən olan 250 hindi, həmçinin 50 fransız kanadalı Massaçusets körfəzindəki Derfeld adlı ingilis yaşayış məntəqəsini dağıdıb, çoxlu sayda kolonistlər qətlə yetirib və əsir aldılar. Əsir uşaqların əksəriyyəti Mohak ailələrinə verildi, sağ qalan yaşca böyük əsirlər sonradan fransız məhbusları ilə dəyişdirildi.[32]

Həmçinin 1704-cü ildə Yeni İngiltərədən olan ingilis kolonistləri Akadiyadakı fransız kolonistlərinə hücum edərək qisas aldılar. Həmin ayda 500 kolonist Port Royaldakı Akadiya qalasını mühasirəyə aldı. Lakin 18 gün mühasirəyə baxmayaraq onu tuta bilmədi.[33]

1705-ci ildə Massaçusetsin şimalındakı yaşayış məntəqələrinə basqınlar davam etdi. Çünki ingilis müstəmləkəçiləri bu hücumları dəf etmək və ya müdafiə etmək üçün heç bir təsirli üsul tapa bilmədilər. Basqınlar o qədər sürətli və gözlənilməz idi ki, müstəmləkə qoşunlarının hücumu dəf etmək üçün öz ərazilərində toplaşmağa vaxtları olmurdu. Lakin onlar hindi yaşayış məntəqələrinə və düşərgələrinə cavab zərbələri endirmək üçün qoşun təşkil etdikdə, demək olar ki, həmişə onları artıq viran və tərk edilmiş vəziyyətdə tapırdılar. Sonra bir müddət sakitlik oldu və fransız və ingilis müstəmləkəçilərinin rəhbərləri əsirlərin qarşılıqlı mübadiləsi barədə şərti razılığa gələ bildikdə basqınlar dayandırıldı. Ancaq buna baxmayaraq, bəzən fransızların da dəstəklədiyi hindi basqınları müharibənin sonuna qədər davam etdi.[34]

1707-ci ilin mayında Massaçusets qubernatoru Cozef Dadli 1600 nəfəri Akadiyanın paytaxtı Port Royalı ələ keçirmək üçün yeni ekspedisiyaya apardı. Lakin bu, yürüş uğursuzluqla nəticələndi. Avqustda təşkil olunan növbəti ekspedisiya da uğursuz oldu. Buna cavab olaraq fransızlar Piskatakua çayı boyunca Nyu-Hempşirin əksər yaşayış məntəqələrini ələ keçirmək üçün möhtəşəm bir plan hazırladılar. Lakin onlar heç vaxt fransız qoşunlarının onun həyata keçirilməsi üçün lazım olan hindi əhalisi tərəfindən kütləvi dəstəyini ala bilmədi.[35] Əvəzində fransızlar Massaçusets ştatının Haverhill şəhərinə basqın təşkil etdilər. 1709-cu ildə Yeni Fransanın qubernatoru Filippe de Riqo Vodreil, Bostonun şimalındakı ərazilərin üçdə ikisinin fransız və hindi basqınları nəticəsində tərk edildiyini bildirdi. Növbəti basqınlar zamanı fransız və hindi qoşunları əsirsiz geri döndülər. Çünki Yeni İngiltərə kolonistləri öz qalalarında sığınıb, heç bir aktiv hərbi əməliyyatlar keçirmədilər. 1709-cu ilin yanvarında fransızlar Kanadadan olan Mikmaq hindi qəbiləsinin könüllülərinin köməyi ilə Sent Con Fortunu ələ keçirdilər.[36]

1710-cu ilin sentyabrında Frensis Nikolsonun başçılıq etdiyi 3600 nəfərlik Britaniya və müstəmləkə qüvvələri bir həftəlik mühasirədən sonra nəhayət Port Royalı ala bildilər. Bu, Fransanın Akadiyanın materik hissəsinə (Yeni Şotlandiyanın hazırkı materik ərazisi) nəzarətinin sona çatdığını rəsmiləşdirdi.[37]

Yeni Fransaya (Kvebek) qarşı hərbi ekspedisiyalar

[redaktə | mənbəni redaktə et]
İngilislər Port Royalı ələ keçirdikdən sonra Fransa qüvvələrinin şəhərdən təxliyəsi. Port Royalın süqutu Fransanın Akadiyanın şərq yarımadası üzərində nəzarətinə son qoydu.

Fransızlar Nyu-York əyalətinə hücum etməkdən çəkinirdilər, çünki onlar ingilislərdən daha çox 1701-ci ildə Monrealda Böyük Sülh bağladıqları irokezlər arasında iğtişaşlardan qorxurdular. Nyu-York tacirləri də Yeni Fransaya hücum etməkdən çəkinirdilər, çünki bu, Yeni Fransa vasitəsilə hindilərlə böyük gəlirli xəz ticarətini təhlükə qarşısına qoya bilərdi.[38] Olbani hindilərinin nümayəndəsi Piter Şuylerin səylərinə baxmayaraq, irokezlər müharibənin çox hissəsində neytral qaldılar.[39]

İngilis hərbi komandirləri Frensis Nikolson və Samuel Veç kraliçadan müəyyən maliyyə və hərbi dəstək alaraq 1709-cu ildə Yeni Fransaya hücum təşkil etdilər. Onların planı Şamplen gölü boyunca Monreala quru hücumu və Kvebekə dəniz hücumundan ibarət idi. Quru ekspedisiyası Şampleyn gölünün cənub sərhədlərinə qədər gəldi, lakin vəd edilən dəniz dəstəyini almadığı üçün geri çəkildi. Onlara göməyə gedəcək dəniz qüvvələri İspaniya mirası uğrunda müharibədə Avropa arenasında Portuqaliyanı dəstəkləmək üçün göndərildi. İrokezlərin bu yürüşü dəstəkləyəcəklərinə söz verdiyi iddia edilirdi, lakin onlar ekspedisiyanın uğursuzluğa məhkum olduğu artıq aydın olan vaxta qədər ingilislərə yardım göndərməyi müvəffəqiyyətlə təxirə saldılar. Qısa müddətdən sonra ekspedisiya geri çağırıldı.[40] Bu hadisədən sonra, 1710-cu ildə Albanidən (Nyu-York) Peter Şuyler və Frensis Nikolson, alqonqin qəbilələrinin bir neçə hindi liderinin müşayiəti ilə, Britaniya hakimiyyətini Amerikanın şimal-qərb sərhədindəki vəziyyətlə maraqlandırmaq üçün Londona getdilər. Hindi ekspedisiyası böyük maraq və ictimai rəyin artmasına səbəb oldu. Nəticədə Kraliça Anna onlara qəbul günü təyin etdi. Onların cəhdi uğur qazandı və kraliça yeni bir hərbi ekspedisiyanın təşkilində onlara dəstək verməyə razı oldu. Bu dəstək 1710-cu ildə Port Royal şəhərinin ələ keçirilməsinə gətirib çıxardı.[41] Növbəti il, Nikolson yenidən İngiltərəyə qayıtdı və Kvebeki almaq üçün yenidən cəhd etmək üçün dəstək aldı.[36]

Belə ki, 1711-ci ildə ingilislər Yeni Fransanın paytaxtı Kvebek şəhərinə birgə quru və gəmi hücumu planlaşdırdılar. Admiral Hovenden Uolkerin başçılıq etdiyi 5000-ə yaxın əsgəri daşıyan 15 gəmidən ibarət donanma iyun ayında Bostona çatdı və burada yerli sakinlərdən onlara lazımi dəstək verildi.[42] Daha sonra ekspedisiya iyulun sonunda gəldiyi birbaşa Kvebekə doğru hərəkət etdi. Lakin sonra gözlənilməz bir fəlakət baş verdi. İngilis gəmiləri Müqəddəs Lavrentiya körfəzinə daxil olduqda, pis hava şəraiti, qalın duman və demək olar ki, görünmə qabiliyyətinin olmaması səbəbindən bu gəmilərin çoxu batdı və ya qayalıq sahillərə çırpıldı. 700-dən çox adam itdi və Uolker ekspedisiyanı geri çağırmağa məcbur oldu.[43] Bu vaxt Frensis Nikolson quru yolu ilə Monreala getdi, lakin Corc gölünün sahillərinə çataraq Uolkerin dəniz ekspedisiyasının uğursuzluğu xəbərini öyrəndi. Bundan sonra o, da geri dönməyə məcbur oldu. İrokezlər ingilisləri bir neçə yüz döyüşçü ilə təmin etmələrinə baxmayaraq, eyni zamanda qarşıdan gələn Fransız ekspedisiyası barədə xəbərdarlıq etdilər.[44]

Fransızların Liburq qalasındakı donnanması

Nyufaundlendin az məskunlaşan ada hesab edilməsinə baxmayaraq, onun ərazisində çoxlu ingilis və fransız kiçik yaşayış məntəqələri və balıq ovu mövsümündə avropalılar tərəfindən geniş istifadə olunan bir neçə böyük balıqçılıq məntəqəsi var idi.[45] Adada hər iki tərəf öz istehkam şəhərlərini möhkəmləndirmək siyasəti yürüdürdü. Fransızlar Avalon yarımadasının qərb tərəfindəki Plasansda, ingilislər Konsepsion körfəzindəki Sent Conson şəhərlərini əsas dayaq məntəqəsinə çevirmişdilər.[46] 1689–1697-ci illərdə Kral Uilyamın müharibəsi zamanı Pyerr Le Moyn de İbervill ingilis yaşayış məntəqələrinə basqın etmişdi.[47] 1702-ci ildə Nyufaundlend yenidən döyüş meydanına çevrildi.[48] Həmən ilin avqust ayında, kapitan Con Leakın komandanlığı altında ingilis donanması, Plasansa müdaxilə etmədən bəzi fransız yaşayış məntəqələrinə hücumlar etməyə cəhd etdi. 1705-ci ilin qışında Fransanın Plasans qubernatoru Daniel de Auger de Suberkas, bir neçə ingilis yaşayış məntəqəsini dağıdan və Sent Conson şəhərlərində Uilyam qalasını ələ keçirmək üçün uğursuz cəhd edən fransız və mikmaq hindilərinin birgə ekspedisiyasını təşkil edərək və ona rəhbərlik etməklə cavab verdi. Fransızlar və onların hindi müttəfiqləri yay boyu ingilisləri qorxutmağa davam etdilər. Onlar ingilis məskənlərini xarabalığa məruz qoydular və hərbi basqınları dayandırmaq müqabilində onlardan böyük məbləğdə — 188.000 funt-sterlinq pul aldılar.[49] İngilislər 1706-cı ildə öz donanmalarını göndərməklə buna cavab verdilər. Donanma Nyufaundlendin şimal sahilindəki fransız balıqçı məntəqələrini tamamilə məhv etdi.[50] 1708-ci ilin dekabrında fransızlar kanadalı və mikmaq hindilərindən ibarət bir qüvvə topladılar. Onlar Sent Consonu ələ keçirdilər və ingilis istehkamlarını dağıtdılar. Bununla belə, hərbi və maddi imkanlar olmadığı üçün onlar yenidən ingilislərə qayıdan və 1709-cu ildə etibarlı şəkildə möhkəmləndirilmiş şəhəri tərk etdilər. Eyni fransız ekspedisiyası da Ferriland şəhərini tutmağa cəhd etdi, lakin onların oradakı hücumu ingilislər tərəfindən uğurla dəf edildi.[51]

İngilis donanmasının komandirləri 1703-cü və 1711-ci illərdə Plasansa hücum ehtimalını nəzərdən keçirdilər. Lakin onlar bu planı heç vaxt həyata keçirmədilər. Plasans üzərinə hücum təklifi Müqəddəs Lavrentiya körfəzindəki fəlakətdən sonra admiral Uolker tərəfindən irəli sürülmüşdü.[52]

Sülhün bağlanması

[redaktə | mənbəni redaktə et]
Kraliça Anna müharibəsindən sonra Şimali Amerikada Avropa istilaçılarının tutduğu ərazilər.

Fransa və Böyük Britaniya 1711-ci ilin oktyabrında, Londonda sülh öncəsi sənədlərin imzalanması nəticəsində barışdılar. Bunun ardınca, Utrext Konqresi, 29 yanvar 1712-ci ildə, İngilis nümayəndələri Con Robinson, Bristol yepiskopu və Tomas Ventvors, Lord Straffordun iştirakı ilə açıldı[53]. Böyük Britaniya, Fransa və İspaniya ilə avqustun 19-da Parisdə İspaniyanı əhatə edən "silahların susdurulması" (saziş) barədə razılaşdı. Bununla danışıqlar tempi sürətləndi. Utrextdə imzalanan ilk müqavilə Fransa ilə Portuqaliya arasında 7 noyabrda imzalanan, 14 mart 1714-cü ildə Fransa ilə Savoy arasında olan barışıq idi. Elə həmin gün İspaniya, Böyük Britaniya, Fransa və İmperiya Kataloniyanın boşaldılmasına və İtaliyada silahlı birləşmənin olmasına razılıq verdi. Sülh haqqında əsas müqavilələr barədə 1713-cü il 11 aprel tarixində razılığa gəlindi. Bunlar Fransa və Böyük Britaniya, Hollandiya, Savoy, PrussiyaPortuqaliya arasında beş ayrı müqavilə idi. İspaniya V Filippin nəzarətində, 13 iyulda Utrextdə Savoy və Böyük Britaniya ilə ayrıca sülh müqavilələri bağladı. Utrextdəki danışıqlar növbəti il sürətlə davam etdi, İspaniya ilə Hollandiya arasında sülh müqaviləsi yalnız 26 iyun 1714-cü ildə, İspaniya ilə Portuqaliya arasında isə 6 fevral 1715-ci ildə imzalandı[54].

Utrext qurultayının nəticəsi olaraq bir neçə başqa müqavilə də bağlandı. Fransa, Böyük Britaniya və Hollandiya ilə ticarət və naviqasiya müqavilələrini imzaladı (11 aprel 1713). Böyük Britaniya İspaniya ilə oxşar müqavilə imzaladı (9 dekabr 1713)[54].

Beləliklə, 1713-cü il Utrext sülhünün şərtlərinə görə Şimali Amerikada Fransa ingilislərin İrokezlər üzərində feodal ağalığını tanıdı,Yeni ŞotlandiyaNyufaundlend (ada) və Rupert Torpağındakı ərazilərə iddialarını irəi sürdü[55]. Karib dənizindəki Sent Kitsadasının fransızlara məxsus hissəsi də tamamilə İngiltərəyə verildi[55].

Fransa, Şimali Amerikanın ən bahalı hərbi qurğusu olan Liusburq qalasını inşa etdiyi Keyp-Breton adası da daxil olmaqla digər müharibə öncəsi Şimali Amerikadakı mülklərini qorudu[56].

Şimali Amerika 1760-cı ildə, Paris müqaviləsindən əvvəl, Yeni İngiltərə bu zaman Müqəddəs Lavrentiya çayı ilə həmsərhəd idi və Yeni Şotlandiya hələ Nyu-Bransuik tərəfindən bölünməmişdi

Yerli əhalinin sayı, xüsusən də Şimali Yeni İngiltərənin sərhəd bölgələrində hökmranlıq edən abenaki qəbiləsinin sayı müharibə nəticəsində xeyli azaldı. Onlar tədricən şimal ərazilərinə çəkilməyə başladılar. 1720-ci illərdə Lord Dummer Müharibəsi zamanı isə bu proses daha da sürətləndi. Ceyms Murun hərbi əməliyyatları Şimali Karolinada yaşayan tuskarora hindilərinə qarşı da davam etdirildi. 1711-ci ildə başlanmış Tuskaror müharibəsinin də nəticələri hindilər üçün acı oldu. Onların çoxu qaçqın kimi şimala qaçaraq dil qrupu qohumluqları olan irokez qəbilələrinə qoşuldu.[57]

İspaniya Floridası müharibədə verdiyi ağır itkilərdən sonra heç vaxt özünə gələ bilmədi (hər on sakindən biri öldürüldü) və sonradan 1763-cü ildə Paris sülh müqaviləsi ilə bitən Yeddiillik müharibədən sonra Böyük Britaniyaya verildi.[58] Britaniya tacına tabe ərazi olan Atlantik okeanı sahilləri boyunca yerləşdirilən hindilər daha əvvəl ingilis hakimiyyəti altına keçən digər hindi tayfaları ilə birlikdə Britaniya imperiyasının müttəfiqləri olmağa məcbur oldular. Bu isə növbəsində 1715-ci ildə Cənubi Karolinanın mövcudluğuna böyük təhlükə yaradan Yamasya müharibəsinə qədər davam etdi.[59]

Nyufaundlend və Akadiyanın itirilməsi fransızların Atlantik okeanı sahillərində Keyp-Breton adasına qədər nüfuz dairəsini məhdudlaşdırdı.[60] Orada Nyufaundlenddən olan fransız mühacirlər İle Royale koloniyasını qurdular və Luisburq qalasını tikdilər.[61] Nyufaundlend sahillərindən də istifadə etmək hüququna qismən sahib olan fransızların mövcudluğu, fransız və ingilislər arasında balıqçılıq üstündə uzun müddətli mübahisələrə səbəb oldu. Bu narazılıqların çoxu XVIII əsrin sonuna qədər həll edilmədi.

Böyük Britaniya ilə İspaniya arasında 1713-cü il tarixli Utrext müqaviləsinin İspan dilində ilk buraxılışı (solda) və daha sonra Latın və İngilis dillərində

Akadiyanın əraziləri ilə bağlı fikir ayrılıqları da davam edirdi. Fransızların özləri tərəfindən heç vaxt rəsmi şəkildə tərtib edilməmiş Akadiya ərazisinin sərhədləri haqqında heç bir yekun razılaşma əldə edilmədi. Fransa israr etdi ki, bu əraziyə yalnız Akadiya yarımadası (Keyp-Bretondan başqa müasir Yeni Şotlandiya yarımadası [62]) daxildir və onlar müasir Nyu-Bransuikə olan iddialarını qoruyub saxlayırlar.[63] Bu mübahisə Yeddiillik müharibəyə qədər bütün Fransanın Şimali Amerika ərazilərinin ingilislər tərəfindən işğalına qədər tam həll edilməmiş qaldı.[64]

Fransızlar Utrext müqaviləsində nəzərdə tutulan ticarət şərtlərini yerinə yetirmədilər. Onlar ingilislərin ucqar hindu tayfaları ilə ticarətinin qarşısını almağa çalışırdılar və İrokez ərazisində Fort Niaqaranı tikdilər. Müqəddəs Lavrentiya körfəzi sahillərində fransız məskənləri genişlənməkdə davam edirdi. Onlar həmçinin 1718-ci ildə Yeni Orlean ərazisində və bəzi digər yaxın ərazilərdə məskunlaşmağa çalışdılar; nəhayət, bu cəhdlər uğursuz oldu və sonra fransızlar İspanların nəzarətində olan TexasFlorida ərazilərində genişlənmələrini davam etdirmək qərarına gəldilər. Fransız ticarət şəbəkələri Meksika körfəzinə aparan çay marşrutları boyunca uzanırdı,[65] bunun nəticəsində onların həm ingilislərlə, həm də ispanlarla münaqişələri yenidən başladı.[66] Ohayo çayı vadisi əraziləri də daxil olmaqla, Missisipi çayı boyunca fransızların məskunlaşması, həmçinin Britaniya ticarət şəbəkələri, müstəmləkə məskənləri və ingilislərə tabe olan appalaçi tayfaları ilə əlaqənin artmasına səbəb oldu. Bu da 1754-cü ildə Fransız-hindu müharibəsi başlayanda yenidən münaqişəyə gətirib çıxardı.[67]

  1. The first Indian War was en:King Philip's War, the second was en: King William's War, and the fourth was en:Father Rale's War. See Alan Taylor, Writing Early American History, University of Pennsylvania Press, 2005, p. 74.
  2. Denis Héroux, Robert Lahaise, Noël Vallerand, La Nouvelle-France, p. 101 [1] Arxivləşdirilib 2023-07-25 at the Wayback Machine
  3. 1 2 3 4 Борисов Ю. Дипломатия Людовика XIV. М.: Международные отношения. 1991. ISBN 5-7133-0305-5.
  4. Hochedlinger, 2003. səh. 171
  5. Storrs, 2006. səh. 6–7
  6. Frey, 1995. səh. 191-192
  7. Childs, 1991. səh. 1
  8. White, 2011. səh. 542-543
  9. de Vries, 2009. səh. 151–194
  10. Meerts, 2014. səh. 168
  11. Frey, 1995. səh. 389
  12. McKay, 1983. səh. 54-55
  13. Ingrao, 2000. səh. 105
  14. Rule, 2017. səh. 91–108
  15. Wolf, 1974. səh. 514
  16. Weber, p. 158
  17. Stone, pp. 161, 165
  18. Weber, pp. 158–159
  19. Pope, pp. 202–203
  20. Drake, pp. 115, 203
  21. Drake, p. 36
  22. Drake, p. 150
  23. Waselkov and Hatley, pp. 105–137
  24. Peckham, p. 58
  25. Oatis, pp. 49–50
  26. Arnade, p. 33
  27. Winsor, p. 318
  28. Arnade, pp. 35–36
  29. Covington, p. 340
  30. Crane, p. 390
  31. Higginbotham, pp. 308–312, 383–385
  32. Parkman, Ebenezer. (1769). The Story of the Rice Boys: Captured by the Indians 8 August 1704. Westborough Historical Society, Westborough, MA, 1906. 7 pp. Download PDF
  33. Peckham, p. 65
  34. Charland, Thomas. "Rale, Sébastien". 2023-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  35. Eccles, p. 139
  36. 1 2 Peckham, p. 71
  37. "Drake. The Border Wars of New England. pp. 264–266". 1897. 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.
  38. Parkman (1892), pp. 8–14
  39. Parkman (1892), p. 14
  40. Peckham, p. 69
  41. Peckham, p. 70
  42. Rodger, p. 129
  43. Peckham, p. 72
  44. Eccles, p. 136
  45. Prowse, pp. 277–280
  46. Prowse, pp. 223, 276
  47. Prowse, p. 229
  48. Prowse, p. 235
  49. Prowse, pp. 242–246
  50. Prowse, pp. 246–248
  51. Prowse, p. 249
  52. Prowse, pp. 235–236
  53. The staunch Tory Strafford was hauled before a committee of Parliament for his part in the treaty, which the Whigs considered not advantageous enough.
  54. 1 2 Randall Lesaffer, "The Peace of Utrecht and the Balance of Power" Arxivləşdirilib 2021-08-29 at the Wayback Machine, Oxford Public International Law.
  55. 1 2 George Chalmers, Great Britain. "A Collection of Treaties Between Great Britain and Other Powers". Printed for J. Stockdale. 24 January 1790 – Internet Archive vasitəsilə.
  56. Royle, Trevor. Culloden; Scotland's Last Battle and the Forging of the British Empire. Little, Brown. 2016. səh. 148. ISBN 978-1408704011.
  57. Peckham, p. 75
  58. Weber, pp. 144–145
  59. Weber, p. 166
  60. Prowse, p. 251
  61. Peckham, p. 74
  62. Griffiths, (2005). səh. 286
  63. Peckham, p. 84
  64. Griffiths, (2005). səh. 390–93
  65. Weber, p. 184
  66. Peckham, p. 82
  67. Parkman (1897), pp. 133–150

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]