Lalə Ədalətqızı (12 mart 1976, Birinci Qaralı, Neftçala rayonu) — Azərbaycanlı jurnalist[1], teleaparıcı və ssenarist.
Lalə Ədalətqızı | |
---|---|
Lalə Ədalət qızı Nəcəfova | |
Digər adı | Lalə Ədalətqızı Fətullayeva |
Doğum tarixi | 12 mart 1976 (48 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Dini | İslam |
İxtisası | Jurnalist |
Təhsili | |
Fəaliyyəti | Müxbir, aparıcı, ssenarist |
Fəaliyyət illəri | 1994-cü ildən |
Mükafatları | Həsən bəy Zərdabi mükafatı |
Lalə Ədalətqızı Fətullayeva (ata soyadı) 12 mart 1976-cı ildə Neftçala rayonunun Birinci Qaralı kəndində anadan olub. 1983-1993-cü illərdə Qədimkənd kənd orta məktəbində təhsilni əla qiymətlərlə başa vuraraq 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2004-2007-ci illərdə BDU-nun Jurnalistika fakültəsində Radio-telejurnalistika ixtisası üzrə magistr pilləsini uğurla başa vurub. Nəsir İmanquliyev, Famil Mehdi, Şirməmməd Hüseynov, Qulu Məhərrəmli, Aydın Dadaşov, Zeynal Məmmədli və.s kimi Azərbaycan ziyalılarından dərs alıb.
1994-cü ildən ilk məqalələri BDU-nun “Bakı Universiteti” qəzetində dərc olunub. 1995-ci ildə “Biznes Press” qəzetində, 1996-cı ildən “Ədalət” qəzetində, 1999-cu ildən “Tv-Tell” jurnalında müxbir kimi fəaliyyət göstərib. 1999-cu ildə Azərbaycanın xalq artisti, tanınmış kinorejissor, həmin vaxt “Sara” televiziyasının baş rejissoru vəzifəsini icra edən Vasif Babayevin təklifi və təkidi ilə Sara TV-də müxbir və teleaparıcı kimi çalışmağa başlayıb. Sara TV-də Səhər, Xəbərlər, Tibb, Hüquq və digər verilişlərin aparıcısı olub. Bu televiziya bağlandıqdan sonra qısa müddət "Günay" qəzetində müxbir kimi çalışıb. 2000-ci ildən “İnternews Network” təşkilatında müxbir və aparıcı olaraq işə başlayıb. "İnternews"un hazırladığı və “ANS” televiziya kanalında yayımlanan “Nə isə” sosial televiziya layihəsində, “Bir böl iki” gender proqramında, Space kanalında yayımlanan "Media və mən" verilişində aparcılıq edib. 2002-ci il 22 mart tarixində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə “Hyatt Regency” mehmanxanasında baş tutan “Jurnalistlərin Dostu” mükafatının təqdim olunma mərasimi tədbirinin[2][3][4] aparıcısı olub. 2003-cü ildə Gender problemləri mövzusunda olan “Bir Böl İki“ verilişindəki müxbir və aparıcılıq fəaliyyətinə görə Azərbaycan Jurnalistlər Birliyi tərəfindən Həsən bəy Zərdabi mükafatı ilə təltif edilib.[5] 2005-ci ildə teleaparıcı kimi “Lider” televiziyasında Səhər proqramını tamaşaçılara təqdim edib. 2006-cı ildən “İnternews Azərbaycan” İctimai Birliyində Qafqaz dövlətlərinin yeniyetmələri arasında olan “Uşaq Yol ayrıcı” gənclər layihəsi çərçivəsində hazırlanan “Keçid dövrü” verilişinin prodüseri və təlimçisi vəzifəsini icra etməyə başlayıb.[6] "İnternyus"un hazırladığı Azərbaycanın Avropaya uğurlu inteqrasiyasını əks etdirən Avropa Şurasının maliyələşdirdiyi “Avropa və biz” televiziya verilişinin layihə rəhbəri olub və layihəni uğurla icra edib. 2008-ci ildə “MZ prodakşın”ın hazırladığı anaların marifləndirilməsi məqsədini daşıyan “Bal balam“ verilişində aparıcılıq edib.[7] 2008-ci ildən "İnternyus Azərbaycan"da tanınmış televiziya mütəxəssiləri, jurnalistlər və rejissorlar Qulu Məhərrəmli, Kənan Quluzadə, Ayaz Sayalev, İrakı Berulava və digərləri ilə birlikdə regiondan və Bakıdan olan gənclərə jurnalistika, aparıcılıq peşəsi üzrə peşəkar təlimlər keçib. "İnternyus"dakı təlimlər nəticəsində hal-hazıda mətbuatda uğurlu imzalara çevrilmiş jurnalistlərdən və aparıcılardan Vüsalə Kərimova, Səidə Bəkirqızı[8], Əzizə Dünyamalıyeva, Aytən Əliyeva, Günel Şahmalıqızı, Mahmud Rövşənoğlu və bir çoxları var.
2009-cu ildən tele-aparıcılıq fəaliyyətinə son verərək əmək fəaliyyətinə müəllif, layihə rəhbəri, redaktor və ssenari müəllifi kimi davam edib. 2011-ci ildə “Azad Azərbaycan” televizya kanalının (ATV) “Bizim Səhər” proqramının baş redaktoru vəzifəsini icra edib. 2012-ci ildə “Fətiyev prodakşın”da baş prodüser vəzifəsində işləyib. Həmin prodakşının hazırladığı, ANS televiziya kanalında yayımlanan Azərbaycan televiziya məkanının ilk animasiya layihəsi olan “Sehrli aşpaz” verlişinin layihə rəhbəri və ssenari müəllifi olub.[q 1] 2014-cü ildə “Qlobal” prodakşının hazırladığı İctimai televiziya kanalında yayımlanan “Qonaq olun” mətbəx şousunun layihə rəhbəri və ssenari müəllifi kimi çalışıb.[q 2] 2015-ci ildən ATV-də “Qadına görə verlişi”nin redaktoru və ssenari müəllifi vəzifəsində fəaliyyətinə davam edib. [q 3] 2016-ci ildə ATV-də hazırlanan və yayımlanan “Üçüncü göz” maarifləndirici layihənin redaktoru və ssenari müəllifliyini edib.[q 4][q 5] 2016-cı ildə ATV ilə paralel olaraq “MZ prodakşın”ın istehsalı olan, Lider televiziyasında yayımlanan, anaların savadlanması, gələcək nəslin sağlam olması məqsədi daşıyan “Analar məktəbi” maarifləndirici layihəsinin rəhbəri, redaktoru və sseanri müəllifi olub.[q 6] 2017-ci ildə ATV-də hazırlanan və yayımlanan Türkiyə və Azərbaycan dövlətlərinin mədəniyyətləri arasında körpü, dostluq yaradan “Məlahətli söhbətlər” verlişinin redaktoru, ssenaristi kimi işinə davam edib. 2018-ci ildə ATV-də tanınmış ziyalıların həyat yolu haqqında olan “Geriyə baxanda” proqramında redaktor və ssenari müəllifi kimi maraqlı proqramlara imza atıb.[q 7] 2019-cu ildə MZ prodakşının MAG verilişi[9] üçün olan təlimlərdən bəhrələnən və bu gün Azərbaycanın bütün televiziya kanallarında çalışan neçə-neçə müxbir var. 2019-2020-ci illərdə ATV-də “Ulduzlu yayım” əylənəcli musiqili televiziya layihəsinin sseanri müəllifi və redaktoru, 2020-ci ildə həm də paralel olaraq “İş Media”nın istehsalı olan “Mənim Süfrəm” kreativ mətbəx şousunun müəllifi və sseanri müəllifi olub.
2020-ci ildə 44 günlük Vətən Müharibəsinin ən qızğın günlərində ATV-də canlı yayımlanan “Döyüş Vaxtı” ictimai-siyasi proqramının redaktorulğunu edib. 2021-ci ildə ATV-də “Gün Ortası” maarifləndirici, əlyəncəli verilişinin redaktoru, 2021-ci ildən hal-hazıra kimi ATV-də “Qonağım ol” sənət insanları və ziyalıllarla hazırlanan musiqili, əyləncəli televiziya verilişinin ssenari müəllifi və redaktorudur. 2021-ci ildən hal-hazıra kimi ATV ilə paralel olaraq “ARB” kanalında kreativ, məşhur “O ÜZ” televiziya layihəsinin ssenari müəllifidir.
Həmçinin ATV kanlında həftəlik verilişlərdə redaktor, ssenarist kimi fəaliyyət göstərməkdən başqa kanalın önəmli günlərə, bayramlara aid böyük şou proqramlarının ssenari müəllifidir. 2018-ci ildə “Nəğməli Bahar” əyləncəli, musiqli şou proqramın ssenari müəllifi və redaktoru olub. 2018-ci ildə bu kanalda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr edilmiş “Yeni İl Şənliyi” şou proqramının ssenari müəllifi və direktoru, yenə bu tv kanalda 2019-cu ildə lentə alınan “Yaz havası” Novruz şou proqramının ssenari müəllifiliyini edib. 2020-ci il “Novruz Xonçası” bahar şousunun ssenari redaktoru və müəllifi olub.
ATV-də yayımlanan “Zərif qəhrəman” verilişinin 14 fevral 2015-ci ildəki buraxılışında Lalə Ədalətqızından geniş bəhs edilib.[10] 2017-ci ildən başlayaraq bir çox dövlət əhəmiyyətli tarixi günlərə, hadisələrə həsr edilmiş sənədli filmlər üçün orijinal sseanrilər yazıb. Bu ssenarilər əsasında əhəmiyyətli sənədli, bədii-sənədli televiziya filmləri çəkilərək nümayiş olunub.
Sənədli filmlərinin siyahısı
Ssenari müəllifi olduğu video-çarxlar
Ssenari müəllifi olduğu klip